|
|
№4
2020
Azərbaycan Respublikası Hesablama Palatasının
rüblük rəsmi məlumat bülleteni
M Ü N D Ə R İ C A T
ÖN SÖZ
3
AUDİTOR TRİBUNASI
Firsənd Qurbanov
Azərbaycan Tibb Universitetində 2018-2019-cu illərdə daxilolmaların və xərclərin proqnozlaşdırılması və
icrasına dair aparılan maliyyə auditinin nəticələri haqqında
4
Cəfər Həsənov
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələri haqqında
20
Vaqif Həsənov
Dövlət büdcəsindən respublikanın regionlarında subartezian quyularının layihələndirilməsi və tikintisi üçün
“Azərbaycan Meliorsasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadənin
auditinin nəticələri haqqında
31
AKTUAL PROBLEMLƏR
Elvin Hacıyev
Dövlət investisiya layihələrinin qiymətləndirilməsi: xərc-gəlir təhlili
52
Vüsal Quliyev
Dövlət satınalmaları: strategiyalar, prinsiplər, çağırışlar və səmərəlilik əsaslı satınalmalar
56
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
EUROSAİ-ın Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrupunun 4-cü Toplantısı
61
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti İNTOSAİ-ın Uyğunluq Auditi üzrə Alt-
komitəsinin videoformatda keçirilmiş 17-ci İllik Toplantısında iştirak etmişdir
64
HƏMKARLAR
Əfqanıstan Respublikası Ali Audit Ofisi
67
INTOSAI
Artificial Intelligence: Preparing for the Future of Audit
70
Xronika
73
Dəyərli deyimlər
74
Bütün hüquqlar qorunur. Əvvəlcədən Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən yazılı və qanuni şəkildə təsdiqlənmiş xüsusi icazə
və müvafiq müqavilə olmadan bu nəşrin tam va ya qismən har hansı bir formada çap edilməsi, surətinin çıxarılması və yayılması qadağandır.
ÖN SÖZ
Hörmətli oxucular!
“Dövlət auditi” bülleteni 2020-ci ilin son
buraxılışı ilə sizin görüşünüzə gəlmişdir. 2020-ci
il
27 sentyabr tarixindən etibarən yaşadığımız
Vətən Müharibəsinin Ali Baş Komandanımızın
elan etdiyi Qələbə xəbəri ilə başa çatdığı,
rəşadətli Ordumuzun ədaləti bərqərar etdiyi bu
dövrdə Azərbaycan Respublikasının Hesablama
Palatası da ölkənin ali audit orqanı olaraq, haqq
səsimizi, qanımız və canımız bahasına əldə
etdiyimiz Qələbə xəbərini böyük fəxarət hissi ilə
öz həmkarlarına çatdırmışdır.
Hesablama Palatası günün tələblərinə uyğun olaraq, əmək fəaliyyətini ənənəvi və
distant rejimdə təşkil etmiş, rüb ərzində İş planına uyğun olaraq kənar dövlət maliyyə
nəzarəti tədbirlərini həyata keçirməyə davam etmişdir. Başa çatmış audit tədbirlərindən bir
neçəsinin xülasəsi ilə “Auditor tribunası” rubrikasında tanış ola bilərsiniz.
Bildiyiniz kimi, “Dövlət auditi” bülleteninin hər bir buraxılışında əməkdaşlarımız və
həmkarlarımızın apardığı araşdırmalara da yer verir, bu məqalələri “Aktual mövzular”
rubrikasında dərc edirik. Sözügedən bu rubrikaya nəzər salmaqla, siz dövlət satılnalmaları və
əsas çağırışlar, strategiyalar, dövlət investisiyalarının qiymətləndirilməsi zamanı geniş tətbiq
olunan xərc-gəlir təhlili barədə ətraflı məlumat əldə edə bilərsiniz.
Həmişə olduğu kimi, “Dövlət auditi” bülleteninin bu nömrəsində də beynəlxalq
həmkarlarımızdan biri barədə sizin üçün ətraflı məlumat tərtib etmiş, Əfqanıstan
Respublikasının Ali Audit Ofisinə dair məqaləni diqqətinizə təqdim etmişik.
Qeyd olunanlardan əlavə, 2020-ci ilin sonuncu buraxılışında ali audit qurumlarının
beynəlxalq təşkilatı olan İNTOSAİ-ın rüblük jurnalında dərc edilmiş “Süni intellekt: Auditin
gələcəyi üçün hazırlıq” adlı məqaləyə də yer verilmişdir.
Hörmətlə,
Vüqar Gülməmmədov
Azərbaycan Respublikası Hesablama Palatasının sədri
3
AUDİTOR TRİBUNASI
2020, №4
Firsənd Qurbanov
auditor, iqtisad üzrə fəlsəfə doktoru
AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ 2018-2019-CU İLLƏRDƏ DAXİLOLMALARIN
VƏ XƏRCLƏRİN PROQNOZLAŞDIRILMASI VƏ İCRASINA DAİR APARILAN MALİYYƏ
AUDİTİNİN NƏTİCƏLƏRİNƏ DAİR AUDİTOR HESABATININ XÜLASƏSİ
ÜMUMİ MƏLUMATLAR
Auditin keçirilməsinin əsası: Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il
üzrə İş planı və 24.08.2020-ci il tarixli Q-69 nömrəli və 28.08.2020-ci il tarixli Q-71 nömrəli
Kollegiya qərarları.
Auditin məqsədi: Azərbaycan Tibb Universitetinin 2018-2019-cu illərdə maliyyə
əməliyyatlarının və hesabatlarının uyğunluğu, düzgünlüyü, dürüstlüyü və tamlığının
müəyyənləşdirilməsi.
Auditin predmeti:
¾ Daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti;
¾ Aparılan əməliyyatların normativ-hüquqi aktların tələblərinə uyğunluğu;
¾ Mühasibat uçotunun təşkili, aparılan əməliyyatların ilkin uçot sənədlərində və illik
maliyyə hesabatlarında əks olunması vəziyyəti;
¾ Dövlət əmlakının istifadə vəziyyəti.
Auditlə əhatə olunan dövr: Kənar dövlət maliyyə nəzarəti tədbiri 01.01.2018-ci il
tarixindən 01.01.2020-ci il tarixinədək olan dövrü əhatə etməklə, 31.08.2020-ci il tarixindən
30.09.2020-ci il tarixinədək keçirilmişdir.
Auditor hesabatı “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə və audit qrupu tərəfindən təqdim olunan məlumatlara əsasən, Ali Audit
Qurumlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ) 100 (Dövlət sektorunda auditin təməl
prinsipləri), ISSAI 200 (Maliyyə auditinin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl
prinsipləri),ISSAI
1000 (INTOSAI Maliyyə auditi tövsiyələrinə ümumi giriş), ISSAI 1240
(Maliyyə hesabatlarının auditi zamanı fırıldaqçılığın aşkar edilməsi üzrə auditorun
vəzifələri), ISSAI
1300 (Maliyyə hesabatlarının auditinin planlaşdırılması), ISSAI 1320
(Auditin planlaşdırılmasında və keçirilməsində əhəmiyyətlilik), ISSAI 1700 (Maliyyə
hesabatları üzrə rəy formalaşdırılması və hesabat təqdim olunması) saylı standartların
ümumi prinsiplərinə uyğun hazırlanmışdır.
Auditin obyekti: Azərbaycan Tibb Universiteti (bundan sonra - ATU) və onun tabeli-
yində olan tibb müəssisələri.
4
AUDİTOR TRİBUNASI
2020, №4
Auditlə əhatə olunan vəsaitlər
ATU-nun gəlirlərinin strukturu dövlət sifarişi və dövlət hesabına təhsilalanlar üzrə
daxilolmalar, dövlət büdcəsindən daxilolmalar və ödənişli əsaslarla təhsilalanların təhsil
xərci üzrə daxilolmalardan ibarət olmuşdur.
2018-ci ildə ATU-nun ümumi gəlirləri 43463729,0 manat (ilin əvvəlinə qalıq 7609554,0
manat, 35854175,0 manat daxilolma, o cümlədən 17715497,0 manat ödənişli xidmətlər
üzrə daxilolma) məbləğində proqnozlaşdırılmış və 43494499,0 manat və ya 30770,0 manat
çox, xərcləri isə 35854175,0 manat proqnoza qarşı 35004779,6 manat icra olmuşdur.
2019-cu ildə ATU-nun ümumi gəlirləri 50234489,0 manat (ilin əvvəlinə qalıq 7919480,0
manat, 42315009,0 manat daxilolma, o cümlədən 19656851,0 manat ödənişli xidmətlər
üzrə daxilolma) məbləğində proqnozlaşdırılmış və 50137380,0 manat, 99,8% və ya 97109,0
manat az, xərcləri isə 42315009,0 manat proqnoza qarşı 38058178,5 manat icra olmuşdur.
ATU tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə 2018-ci ildə 41
halda, o cümlədən, 27 halda açıq tender,12 halda kotirovka sorğusu, 2 halda bir mənbədən
satınalma, 2019-cu il ərzində 38 halda, o cümlədən,17 halda açıq tender, 20 halda kotirovka
sorğusu, 1 halda bir mənbədən satınalma prosedurundan istifadə olunub. Bir mənbədən
satınalma prosedurunun tətbiqi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müvafiq razılıq
məktubu əsasında həyata keçirilmişdir. Satınalma predmeti olan vəsaitin 2018-ci ildə
3111756,5 manatı və ya 88,7%-i açıq tender, 343193,8 manatı və ya 9,8%-i kotirovka
sorğusu, 54249,7 manatı və ya 1,5%-i bir mənbədən satınalma metodu ilə, 2019-cu ildə isə
2278292,3 manatı və ya 81,3%-i açıq tender, 503707,4 manatı və ya 18,0%-i kotirovka
sorğusu, 19583,0 manatı və ya 0,7%-i bir mənbədən satınalma metodu ilə xərc edilmişdir.
ATU tərəfindən 2018-2019-cu illərdə keçirilmiş dövlət satınalmalarının təhlili göstərir
ki, bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalınması (o cümlədən təsərrüfat
mallarının alınması, çap işləri, inventarların alınması və digər xidmətlər) hər iki ildə eyni
firma tərəfindən həyata keçirilmişdir.
NƏTİCƏLƏRİN RƏSMİLƏŞDİRİLMƏSİ
Öyrənilmiş sənədlər və tətbiq olunan meyarlar:
¾ Xərc smetaları;
¾ Xəzinə üzləşmə aktları;
¾ Bank hesablarındakı vəsaitlərin dövriyyəsini əks etdirən məlumatlar;
¾ Dövlət satınalmaları üzrə əsas və digər sənədlər;
¾ Bağlanmış müqavilələr;
¾ Ştat cədvəlləri;
¾ Əməkhaqqı cədvəlləri;
¾ Tələbə kontingentinin hərəkətinə dair əmrlər;
¾ Təhsil haqqının hesablanması cədvəlləri;
¾ Təqaüd əmrləri və təqaüd hesablama cədvəlləri;
¾ İnventarizasiyanın nəticələrinə və əsas vəsaitlərin silgisinə dair aktlar;
5
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Mühasibat uçotuna dair sənədlər.
¾ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 02.07.2002-ci il tarixli 358-IIQ
nömrəli Qanunu;
¾ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu, “Kotirovka
sorğusu prosedurunun təşkili və keçirilməsinə dair Təlimat” və satınalmalarla əlaqədar digər
qanunvericilik aktları;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.05.2004-cü il tarixli 75 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası qaydaları”;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.2004-cü il tarixli 149 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı”;
¾ Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
¾ Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
¾ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu;
¾ “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu;
¾ “Təhsil müəssisəsində olan vəzifələrin Vahid tarif-ixtisas sorğu kitabçası”nın təsdiq
edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
Kollegiya qərarı;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və
magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi haqqında” 25.06.2010-cu il tarixli 120 nömrəli Qərarı;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.11.2013-cü il tarixli 330 nömrəli
Qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili
Qaydaları”;
¾ “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul
təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
19.10.1992-ci il tarixli 562 nömrəli və “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi
təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul
kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 13.07.2006-cı il tarixli 171 nömrəli Qərarları;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” 24.11.2010-cu il tarixli 215
nömrəli Qərarı;
¾ “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin
təyin olunması və ödənilməsi Qaydası”;
¾ Təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə əlaqədar
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamları ;
¾ Tikinti Norma və Qaydaları;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2003-cü il tarixli 34 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin
nümunəsi”;
6
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 25.12.2018-ci il tarixli Q-
13 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları";
¾ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli Q-
12 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və
qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə Təlimat”;
¾ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli
16.07.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası
Qaydaları”;
¾ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli
23.09.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş
“Təmir məsrəflərinin uçotda əks
etdirilməsinə dair Qaydalar”;
¾ Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə
təsdiq edilmiş
“Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”;
Sübutların qiymətləndirilməsi: Aparılan audit prosedurları ilə toplanan və digər
fəaliyyət nəticəsində əldə olunan məlumatların (dəlillərin, sübutların) müəyyən edilmiş
meyarlar (qanunlar, normativ sənədlər və s.) üzrə qiymətləndirmələri aparıldı. Audit
predmeti olan məlumatlara dair toplanmış sübutların, həmçinin audit aparılan qurumdan
alınan rəy müvafiq meyarlar ilə müqayisə edildi.
Hesablama Palatasının Audit qrupunun hesabatı üzrə Azərbaycan Tibb Universiteti
tərəfindən təqdim olunan cavab məktubu nəzərə alınmaqla aşağıdakı nəticəyə gəlindi.
NƏTİCƏ
Daxilolmaların proqnozlaşdırılması və icrası vəziyyəti üzrə:
¾ 2018-2019-cu illərdə ödənişli əsaslarla təhsil alanların təhsil haqqı üzrə
daxilolmaların proqnozlaşdırılması prosesində ödənişli əsaslarla təhsilalan tələbə
kontingentinin hərəkəti və əvvəlki illərin faktiki göstəricilərində müxtəlif səbəblərdən xaric
edilmiş və akademik məzuniyyət götürmüş tələbə və rezidentlərin nəzərə alınmaması
səbəbindən, ümumilikdə 191350,0 manat, dövlət sifarişi və dövlət hesabına təhsil alanların
təhsil xərci üzrə isə tələbələrə verilən təqaüdlər, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama
Hərəkatı üzrə əcnəbi tələbələrin təhsillə bağlı xərclərinə olan tələbat barədə vəsait
proqnozlaşdırılarkən, dövlət sifarişi üzrə tələbə kontingentinin hərəkəti və əvvəlki illərin
faktiki göstəricilərində müxtəlif səbəblərdən xaric edilmiş və akademik məzuniyyət
götürmüş tələbə və rezidentlər nəzərə alınmayaraq, ümumilikdə 282490,0 manat vəsait
artıq proqnozlaşdırılmış, eyni zamanda 01.01.2020-ci il tarixinədək ATU-dan müxtəlif
səbəblərdən xaric olunmuş (2008-2019-cu illərdə) ödənişli əsaslarla təhsilalanlardan təhsil
haqlarının bağlanmış müqavilə şərtlərində göstərilmiş müddətlərdə alınmasının təmin
edilməməsi səbəbindən təhsilalanların ATU-ya ümumilikdə 245 halda 361930,0 manat,
təhsilini başa vurmuş (2009-2019-cu illərdə) ödənişli əsaslarla təhsilalanların isə
ümumilikdə 40 halda 113567,2 manat təhsil haqqı borcu qalmışdır.
7
AUDİTOR TRİBUNASI
2020, №4
Bu tapıntı ilə əlaqədar bildiririk ki, gəlir və xərclərin proqnozlaşdırılması zamanı ATU-nun
maliyyə fəaliyyətinin nəticələri düzgün qiymətləndirilməmiş, müxtəlif səbəblərdən xaric
edilmiş və akademik məzuniyyət götürmüş tələbə və rezidentlər üzrə kontingentin hərəkəti
nəzərə alınmamış, eləcə də daxili nəzarətin zəif olması səbəbindən təhsilalanların təhsil
haqqı borcunun alınması təmin edilməmişdir ki, bu da məhdud imkanlar çərçivəsində
vəsaitin daxiolmalarda tam təmin edilməməsi və icrasında (idarə olunmasında) risk
amillərinin yaranması kimi qiymətləndirilir.
Auditlə əhatə olunan dövrdə ATU-nun rezidenturasında dövlət sifarişi ilə təhsil alan,
lakin müxtəlif səbəblərdən Universitetdən xaric edilmiş rezidentlər üzrə təhsil xərcinə görə
ümumilikdə 40 halda 78071,0 manat, ATU-nun rezidenturasında dövlət sifarişi əsasında
təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış rezidentlər
üzrə təhsil xərcinə görə ümumilikdə 35 halda 63800,0 manat, müxtəlif səbəblərdən
Universitetdən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 59 halda 117044,0 manat,
akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə
görə 16 halda 18909,0 manat və güzəşt hüququ olduğuna görə təhsil xərci dövlət
büdcəsinin vəsaiti hesabına ödənilən tələbələrdən güzəşt hüququ bitdiyi halda, bu tələbələr
üzrə təhsil xərcinə görə 5 halda 5000,0 manat vəsait olmaqla, dövlət sifarişi əsasında
təhsilalanların təhsil haqqının ödənilməsinə dövlət büdcəsindən ayrılmış cəmi 282824,0
manat məbləğində vəsaitin istifadə olunmadığı halda, müvafiq qaydada nəzərə alınması və
ya dövlət büdcəsinə qaytarılması təmin edilməmişdir.
Bu tapıntı ilə əlaqədar bildiririk ki, dövlət sifarişi ilə təhsil alan, lakin müxtəlif
səbəblərdən ATU-dan xaric edilmiş tələbə və rezidentlərin, həmçinin akademik məzuniyyət
götürməsi ilə bağlı təhsilini dayandırmış tələbə və rezidentlərin, eyni zamanda dövlət
büdcəsinin vəsaiti hesabına ödənilən güzəşt hüququ bitmiş tələbələrin hərəkətinin təhlili və
uçotu işinin təşkil olunmaması nəticəsində büdcə vəsaitinin ATU-nun bank hesabında
istifadəsiz qalmasına, habelə büdcə vəsaitinə olan tələbat barədə verilmiş sifarişlərdə artıq
vəsaitin ayrılmasına, eləcə də qeyd olunan mənbələr hesabına ilin sonuna olan qalıq vəsaitin
növbəti il üzrə gəlirlərə daxil edilməklə xərclərə öz təsirini göstərməsinə səbəb olmuşdur ki,
bu da vəsaitin idarə olunmasına və tələbələrin hərəkətinin uçotunun aparılmasına daxili
nəzarətin zəif təşkil olunması ilə əlaqələndirilir.
Aparılan əməliyyatların normativ-hüquqi aktların tələblərinə uyğunluğu üzrə:
¾ ATU tərəfindən tələbələrlə bağlanmış müqavilələr əsasında tələbələrin yataqxanada
yaşayış xərcinə hesablama metoduna uyğun olaraq mühasibat yazılışı verilməyərək,
tələbələrin yaşayış haqqına görə 2018-ci ildə 407363,0 manat, 2019-cu ildə 508518,0
manat, ümumilikdə 915881,0 manat gəlir qabaqcadan gəlir kimi tanınmayaraq, “Maliyyə
vəziyyəti haqqında hesabat”ın “Aktivlər” bölməsinin “Qısamüddətli aktivlər” maddəsinin
“Qısamüddətli debitor borcları” sətrində göstərilməmişdir.
Audit subutu ilə əlaqədar bildiririk ki, “İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın 3.2-ci
bəndinə əsasən, mühasibat uçotunun hesablama metodu əməliyyatların və digər
hadisələrin baş verdiyi zaman (və yalnız pul vəsaitinin və ya onun ekvivalentinin alınması və
ya ödənilməsi zamanı deyil) uçota alınmalıdır. Mühasibat uçotunun hesablama metodu
əsasında uçota alınan maliyyə hesabatlarının elementləri (aktivlər, öhdəliklər, xalis
8
AUDİTOR TRİBUNASI
2020, №4
aktiv/kapital, gəlirlər və xərclər) onların baş verdiyi zaman aid olduğu dövrlər üzrə maliyyə
hesabatlarında tanınır və həmin Qaydaların 11.7-ci bəndinə əsasən, “Xidmətlərin
göstərilməsi üzrə qısamüddətli debitor borcları” 111-2 №li subhesabında təşkilatın
xidmətlərin göstərilməsinə görə 12 ay ərzində alıcılar və sifarişçilər tərəfindən gözlənilən,
gəlirin tanınma meyarlarına cavab verən qısamüddətli debitor borclarının hərəkəti uçota
alınır. Bu tapıntı qeyd olunan tələblərə əməl edilməmə kimi qiymətləndirilir.
¾ ATU-nun tabeçiliyində olan “Onkoloji Klinika”da ştat intizamı gözlənilməmiş,
klinikanın ştat cədvəlində tibb bacısı və kiçik tibb bacısı ştatları olduğu halda, “Ştatdankənar
işçilərin əmək haqqı” paraqrafında nəzərdə tutulmuş vəsait hesabına əlavə olaraq 16,0 ştat
vahidi orta tibb heyəti (tibb bacısı) və 11,0 ştat vahidi kiçik tibb heyəti (kiçik tibb bacısı)
olmaqla, cəmi 27,0 ştat vahidi üzrə işçi müddətsiz əmək müqaviləsi bağlanmaqla işə
götürülmüş və həmin ştatların saxlanmasına büdcədən məqsədli vəsait ayrılmışdır.
Bu pozuntu ilə əlaqədar bildiririk ki, ATU tərəfindən“Onkoloji Klinika”da əlavə olaraq tibb
bacısı və kiçik tibb bacısı ştatlarının saxlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin
“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 06.10.2004-cü il
tarixli 149 nömrəli və 11.10.2018-ci il tarixli 440 nömrəli qərarlarının “Ştatdankənar işçilərin
əmək haqqı (ştatdankənar şəxslərə ödənilən haqq)” paraqrafının tələblərinin
gözlənilməməsi kimi qiymətləndirilir.
¾ ATU-nun 2018-ci ildə 2 nəfər əməkdaşı iyul-avqust və dekabr aylarında, 2019-cu ildə
isə
4 nəfər əməkdaşı iyul-avqust aylarında müxtəlif sanatoriyalarda sanatoriya-kurort
müalicəsində olduqları halda, həmin aylar üzrə onlara iş vaxtının uçotu tabelində düzgün
olmayaraq iş günləri yazılmış və göstərilmiş günlər üzrə ümumilikdə 422,2 manat
əməkhaqqı ödənilmişdir.
Bildiririk ki, ATU tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının
18.01.2016-cı il tarixli Q-02 nomrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun aparılması
Qaydası”nın 6.3.3-cü yarımbəndinə əsasən, tabellər hər ay müəyyən edilmiş müddətlərdə
doldurulur, müvafiq şəxslər tərəfindən imzalanır və əməkhaqqının hesablanması üçün
mühasibatlığa təhvil verilir. Yuxarıda qeyd olunanlar bu bəndin icrasına, eləcə də işçilərin
davamiyyətinə daxili nəzarətin zəif olması kimi qiymətləndirilir.
¾ ATU-da hərbi həkim hazırlayan Hərbi tibbi fakültədə çalışan, lakin Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin kontingenti olan, 2018-ci ildə 55 nəfər və 2019-cu ildə 50
nəfər inzibati vəzifə tutan hərbçilərə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 19.10.1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən,
ödənilən məzuniyyət vaxtı 13-cü və 14-cü əməkhaqqı, rütbə haqqı, rütbə stajına, məharətə
görə əlavə haqlar, “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil
müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası
məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
13.07.2006-cı il tarixli 171 nömrəli Qərarına əsasən, ödənilən kommunal xərclər, mənzil
kirayəsi və yol xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olduğu halda, 2018-ci ildə
9
AUDİTOR TRİBUNASI
2020, №4
279036,0 manat, 2019-cu ildə isə 377182,9 manat, cəmi 656218,9 manat, o cümlədən
144368,1 manat 22% DSMF ayırması daxil olmaqla ümumilikdə 800587,0 manat vəsait ATU-
nun vəsaiti hesabına ödənilmişdir.
“SERP proqram təminatının modullarının satınalınması” ilə əlaqədar 2018-ci ildə
keçirilmiş kotirovka sorğusunun qalibi ilə 11 modul üzrə 06.08.2018-ci il tarixli 19824,0
manat məbləğində bağlanmış müqavilə üzrə ATU tərəfindən avqust-dekabr ayları üzrə
istifadə olunmayan 6 modul üzrə xidmət üçün 2018-ci ildə cəmi 10974,0 manat, 2019-cu
ildə isə 8142,0 manat vəsait ödənilmişdir.
Maliyyə çətinlikləri ilə əlaqədar gələcəkdə geri qaytarılması məqsədilə maliyyə yardımı
göstərilməsinə görə ATU-nun Elmi Şurasının 27.11.2018-ci il tarixli iclasının 3 saylı
protokoluna əsasən, ATU-nun tabeliyində olan tam təsərrüfat hesablı fəaliyyət göstərən
“Tədris Terapevtik Klinikası”na 400000,0 manat, “Tədris Cərrahiyyə Klinikası”na 900000,0
manat, cəmi 1300000,0 manat vəsait köçürülmüş, lakin debitor borc məbləğinin klinikalar
tərəfindən geri qaytarılması təmin edilməmişdir.
Yuxarıda göstərilən audit sübutları ilə bağlı bildiririk ki, ATU-da hərbi həkim hazırlayan
Hərbi tibbi fakültədə çalışan inzibati vəzifə tutan hərbçilərə 656218,9 manat vəsaitin dövlət
büdcəsi vəsaiti hesabına ödənilməli olduğu halda, ATU-nun daxilolmaları hesabına
aparılması, “SERP proqram təminatının modullarının satınalınması” üzrə istifadə
olunmayan 6 modul üzrə xidmət üçün 2018-2019-cu illərdə ümumilikdə 19116,0 manat
vəsaitin ödənilməsi, həmçinin ATU-nun tabeliyində olan tam təsərrüfat hesablı fəaliyyət
göstərən klinikalara cəmi 1300000,0 manat vəsaitin geri qaytarılmaq şərti ilə maliyyə
yardımının göstərilməsi ATU-nun dövlət sifarişi və ödənişli təhsil haqları hesabına
formalaşan daxilolmalarının qanunvericilikdə nəzərdə tutulmayan məqsədlərə xərc
edilməsi, eləcə də təsərrüfat hesablı təşkilatlara maliyyə yardımının göstərilməsi, həmçinin
müqavilə şərtlərinə uyğun olmayaraq vəsaitin ödənilməsi ATU tərəfindən gəlir və xərclər
smetasında nəzərdə tutulmuş ümumilikdə 1975334,9 (rəqəm cəmi vermir) manat
məbləğində vəsaitin səmərəsiz xərc olunması kimi qiymətləndirilir.
¾ ATU üzrə 2018-2019-cu illlər ərzində yerinə yetirilən təmir işləri obyektlərinin layihə-
smeta sənədləri, iş həcmləri-qiymətləndirmə cədvəlləri, müqavilələr və yerinə yetirilmiş
işlərin qəbulu aktlarının (F-2) seçmə üsulu ilə sənədli auditi nəticəsində podratçı təşkilatlar
və fiziki şəxsə ümumilikdə 9523,0 manat məbləğində artıq vəsait xərc edilmişdir.
¾ ATU tərəfindən cari təmir xərclərinə ayrılmış vəsaitin istifadəsində baş vermiş
nöqsanlar cari təmir aparılan obyektlərdə podratçı təşkilatlar tərəfindən aparılan işin
icrasına, eləcə də işin yekunu üzrə sənədləşmənin tərtibinə ATU tərəfindən nəzarət işinin zəif
təşkil olunması ilə əlaqələndirilir.
2018 və 2019-cu illərdə ümumilikdə 20172,6 manat, o cümlədən Onkoloji Klinikaya
2018-ci ildə alınmış 8222,2 manat, 2019-cu ildə isə alınmış 8547,8 manat məbləğində sarğı
ləvazimatları və materiallarının (maska, baxıl, marla və əməliyyat plyonkasının haqqı), ATU-
nun Elmi Tədqiqat Mərkəzi üçün alınmış 580,0 manat məbləğində tibbi əlcək, cuna və bintin
haqqı “Dərman, sarğı ləvazimatlarının və materiallarının alınması” paraqrafı əvəzinə,
Onkoloji Klinikaya üçün alınmış müvafiq olaraq 1058,0 manat və 1764,6 manat məbləğində
çay dəsmalı və əl-üz dəsmalının haqqı “Digər alışlar və xidmətlər” yarımmaddəsi əvəzinə
“Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” paraqrafından
ödənilmişdir.
10
AUDİTOR TRİBUNASI
2020, №4
Audit dövründə 282100 xərc maddəsi üzrə ayrılmış vəsaitin təsdiq edilmiş xərclər
smetasında iqtisadi təsnifat üzrə tələblərin gözlənilməməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 06.10.2004-cü il tarixli, 149 nömrəli Qərarı ilə təsdiq edilmiş 3 nömrəli
əlavəsinin, yəni büdcə xərclərinin iqtisadi təsnifatının tələbinə əməl olunmaması ilə
nəticələnmişdir.
¾ Professor-müəllim heyətinin dərs yükünün müəyyən edilmiş normadan (ali təhsil
müəssisələrində professor-müəllim heyətinin bir ştat üzrə illik dərs yükü 500 saatdan və 0,5
ştat vahidi üzrə 250 saatdan az olmamaqla) aşağı təsdiq edilməsi kafedralarda professor-
müəllim heyəti üzrə artıq ştat vahidlərinin saxlanmasına səbəb olmuş və eyni zamanda illik
dərs yükü göstərilən normalardan aşağı təsdiq edildiyi halda, ümumilikdə 5 kafedra üzrə 20
halda həmin dərs saatları düzgün olmayaraq, 2018/2019-cu tədris ilində kafedralarda
ödənişsiz və analıq məzuniyyətdə olan ümumilikdə 8 dosent və assisentin dərs saatları
hesabına normaya uyğunlaşdırılmışdır.
2018/2019-cu tədris ilində ATU-da mühazirə saatları üzrə düzgün olmayaraq
assisentlərə ümumilikdə 7 kafedra üzrə 9 halda mühazirə saatları verilərək icra edilmişdir.
Ali təhsil müəssisələrində professor-müəllim heyətinin bir ştat üzrə illik dərs yükünün
tərkibində nəzərdə tutulan auditoriya saatlarının həcmi 60%-dən (300 saatdan) az
olmamaqla təyin edilməlidir. Bu tələblər bəzi hallarda təmin edilməmiş, 2018/2019-cu
tədris ilində 9 kafedrada 37 halda auditoriya saatları normadan aşağı təyin edilmişdir ki, bu
da Nazirlər Kabinetinin 24.11.2010-cu il tarixli 215 nömrəli “Təhsil müəssisələrinin pedaqoji
işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Qərarının tələblərinin
pozulması ilə nəticələnmişdir.
¾ ATU-nun tabeliyində olan Onkoloji Klinikanın 2018-ci və 2019-cu illərdə təsdiq
olunmuş ştat cədvəlləri üzrə bəzi vəzifələr üzrə 1 ştat vahidi əvəzinə 0,5 ştat vahidi olmaqla,
22 və 25 nəfər (əvvəlki illərdə daxil olmaqla) müvafiq vəzifələrdə işləyir.
Bununla yanaşı, “Azərbaycan Tibb Universitetinin obyektlərinin mühafizə xidməti”
işlərinə görə keçirilmiş satınalma zamanı iş və xidmətlərin tərkibinə obyektlərin mühafizəsi
ilə əlaqədar cəlb olunan işçilərdən əlavə olaraq obyektlərin mühafizəsinə aid olmayan 1 ştat
vahidi Xidmət rəisinin və 2 ştat vahidi növbə rəisinin aylıq xidmət haqqı məbləğlərinin
qiymət təklifinə daxil edilməsi nəticəsində qeyd olunan ştat vahidlərinə görə 2019-cu ilin
noyabr-dekabr ayları üzrə cəmi 4800,0 manat vəsait xərc edilmişdir.
Audit subutu ilə əlaqədar bildiririk ki, ATU-nun tabeliyində fəaliyyət göstərən Onkoloji
Klinikanın dövlət büdcəsindən maliyyələşdirilməsini əsas götürərək növbəti il üzrə xərclərin
müəyyən olunması prosesində Klinikanın təsdiq olunmuş ştat cədvəlinə yenidən baxılması,
eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq ATU üzrə ştat intizamına riayət olunması
nəticəsində bu məqsədlərə büdcədən ayrılmış vəsaitin səmərəli istifadə olunması ilə
əlaqəndirilir.
¾ ATU-da yaradılmış təqaüd komissiyaları tərəfindən əsas tibbi baza təhsili üzrə
tələbələrə təqaüdün təyin olunmalarına dair əmrlər verilərkən, tələbə təqaüdü yerlərinin
sayının dövlət sifarişli təhsilalanların sayından artıq müəyyən edilməsi səbəbindən
2017/2018-ci tədris ilinin yaz semestrində 6 halda 3217,5 manat, 2018/2019-cu tədris ilinin
payız və yaz semestrləri üzrə 6 halda 7849,0 manat, ümumilikdə 11066,5 manat tələbələrə
təqaüd xərclərinə görə artıq ödəniş edilmiş, habelə təqaüdə görə tələbələrə artıq ödənilmiş
11
AUDİTOR TRİBUNASI
2020, №4
1581,3 manat vəsait tələbələr tərəfindən ATU-nun hesabına ödənildikdən sonra dövlət
büdcəsinə qaytarılmamış və ya növbəti hesablaşmalarda azaldılmayaraq ATU-nun müvafiq
bank hesabında saxlanılmışdır ki, bu hallar Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli, 38
nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura
səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın 2.4-cü
bəndinin tələblərinin pozulması ilə yanaşı, bu sahədə işin düzgün təşkil olunmaması, eləcə də
daxili nəzarət işinin zəif olması ilə əlaqələndirilir.
¾ Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti Tender Komissiyasının sədri
və ATU-nun 1 əməkdaşı tərəfindən təsdiq edilmiş, həmçinin satınalmalar zamanı malların
(işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi nəticəsində
2018-ci ildə 7 halda 53011,0 manat, 2019-cu ildə isə 5 halda 64244,4 manat olmaqla,
ümumilikdə 12 halda malların vahidinin qiyməti orta bazar qiymətindən baha qiymətə
olmaqla,117255,4 manat artıq xərcə yol verilmişdir.
Bununla yanaşı, keçirilmiş satınalmalar zamanı “Dövlət satınalmaları haqqında”
Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməmiş və nəticədə malların
göndərilməsinin və işlərin başa çatdırılmasının tələb olunan müddətləri və ya xidmət
göstərilməsinin qrafiki tender elanında göstərilməmiş, tenderin əsas şərtlər toplusunda
satınalma müqaviləsinin imzalanması müddəti göstərilməmiş, habelə tender komissiyası
tərəfindən malgöndərənlər (podratçılar) tərəfindən təqdim olunan təklif zərflərinin
daxilolma ardıcıllığı ilə uçota alınmasının qeydiyyatı aparılmamış, eyni zamanda “Mallar
(işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin bəzi tələbləri
gözlənilməmişdir.
Bu tapıntı ilə əlaqədar bildiririk ki,
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun 27.1-ci “Satınalan təşkilat satınalma prosedurlarının
başlanmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan
qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar
istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq
olunmadan satınalma prosedurlarına başlana bilməz. Malların (işlərin və xidmətlərin)
ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir” maddəsinin və Nazirlər Kabinetinin
18.03.2019-cu il tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Malların (işlərin və xidmətlərin)
ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın 1.3-cu “Satınalan təşkilat
tərəfindən malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tender komissiyası
yaradılmasından əvvəl bu Üsullarla malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti
(vergi və rüsumlar nəzərə alınmaqla) hesablanır” bəndinin tələbləri gözlənilməmiş, eləcə də
ATU-da malların (işlərin və xidmətlərin) satın alınması zamanı "Dövlət satınalmaları
haqqında" Qanunun, “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin
Nümunəsi”nin, ATU-da yaradılmış Tender Komissiyasının işinin qanunvericiliyin tələblərinə
uyğun təşkil edilməməsi, həmçinin cari və daxili nəzarət işinin zəif təşkil edilməsi kimi
qiymətləndirilir. Əlavə olaraq bildiririk ki, dövlət satınalmaları üzrə qeyd olunan bəzi
tapıntılar əvvəlki nəzarət tədbiri zamanı da aşkar edilmişdir.
12
AUDİTOR TRİBUNASI
2020, №4
Mühasibat uçotunun təşkili, aparılan əməliyyatların ilkin uçot sənədlərində və illik
maliyyə hesabatlarında əks olunması vəziyyəti üzrə:
¾ ATU-da mühasibat uçotunun avtomatlaşdırılması məqsədilə hazırlanmış “Büdcədən
maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq hesabatları”, “SERP” mühasibatlıq
proqramları tətbiq edilmiş, lakin yuxarıda göstərildiyi kimi proqramın bütün modullarından
istifadə edilməmişdir.
Proqram təminatına uyğun olaraq mühasibatlıqda yalnız “Ehtiyatlar” və “Uzunmüddətli
aktivlər” üzrə baş vermiş əməliyyatlar avtomatlaşdırılmış üsulla aparılmışdır. Auditin əhatə
etdiyi dövrdə mühasibat uçotunun aparılmasında və maliyyə hesabatlarının
hazırlanmasında bir sıra nöqsanlara yol verilmişdir.
Belə ki, ATU-da “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına
əsasən mühasibat uçotunun aparılması qaydaları”nın bütün tələbləri və yeni hesablar
planının tətbiqi təmin olunmamış, maliyyə hesabatlarında təqdim edilmiş məlumatlar
Maliyyə hesabatlarına izahlı qeydlərdə tam açıqlanmamış, mühasibat uçotu qüvvədən
düşmüş hesablar planına uyğun işlənmiş, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə
məbləğlər memorial orderlərdə, dövriyyə balansında və baş kitabda köhnə hesablarla uçota
alınmışdır. Bu isə 18.01.2016-cı il tarixli Q-02 nomrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına, İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun
aparılması Qaydası”nın 2.1, 2.3 və 2.4-cü maddələrinin tələblərinin təmin olunmaması ilə
nəticələnmişdir.
Aktivlərin və öhdəliklərin inventarizasiyasına başlamazdan əvvəl maddi-məsul
şəxslərdən öhdəsində olan aktivlər barəsində “İltizamnamə” alınmamış, 2018 və 2019-cu
illərdə keçirilmiş inventarizasiya zamanı ATU-nun balansında olan xidməti minik
avtomobillərinin yanacaq kartlarının hesablarında olan qalıq məbləğləri inventarizasiya
olunmamış, tərtib olunmuş inventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni
mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı
kənarlaşmalar (fərq) göstərilməmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Kollegiyasının Q-17 nömrəli 16.07.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və
öhdəliklərin inventarizasiyası Qaydaları”nın 2.3, 2.21, 18.2-ci bəndlərinin tələbləri təmin
olunmamışdır.
Hesabat dövründə hesablanmış verginin məbləği barədə məlumat “Muzdlu işlə
əlaqədar ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi”ndə göstərilir və cari ödəmələr
üçün bu bəyannamə hər rüb qurtardıqdan sonra növbəti ayın 15-dək təqdim edilir.
Hesablanmış vergi məbləğləri isə işçi heyətinə çatası gəlirlərin ödənildiyi eyni vaxtda
ödənilir. Yəni müəssisənin şəxsi hesabında əvvəlcə ödənişlər qeydə alınır, sonra isə
hesablamalar bəyannamə ilə təqdim edilir. Lakin bəyannamələrin təqdim olunduğu günə
kimi yeni hesabat dövrünə aid ödənişlər də ola bilər. Odur ki, müəssisənin şəxsi hesabına
istinad edilməklə müəyyən edilmiş 01.01.2018-ci il tarixə 102664,1 manat, 01.01.2019-cu il
tarixə
172534,0 manat və 31.12.2019-cu il tarixə 222518,8 manat artıqödəmə
məbləğlərinin mühasibat uçotu göstəriciləri ilə müqayisə edilməsi məqsədəuyğun deyildir.
13
AUDİTOR TRİBUNASI
2020, №4
İcraçıya əvvəlcədən ödənilmiş avans hesabına malların hissə-hissə qəbul edilməsi işinə
nəzarət tələb olunan səviyyədə təşkil olunmamış, baş vermiş maliyyə-təsərrüfat əməliyyatı
üzrə ilkin uçot sənədlərinin tərtibi və sintetik uçotun aparılması işində nöqsanlara yol
verilmiş, ödənilmiş avansa görə hissə-hissə alınmış yanacaq və sürtkü materiallarının dəyəri
mühasibat uçotu üzrə analitik uçot kitablarına düzgün işlənməmişdir. Nəticədə, podratçı ilə
01.01.2020-ci il tarixinə aparılmış üzləşmə aktına əsasən, yanacaq və sürtkü materiallarının
alınması üçün ödənilmiş avansın faktiki qalığı 4094,9 manat olduğu halda, həmin dövrə
mühasibat uçotu üzrə qalıq 1547,7 manat və ya 2547,2 manat az olmuşdur.
Təşkilatlarda təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə sintetik uçotun aparılmasının
əsas məqsədi təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə hesablanmış, ödənilmiş və qalıq
məbləğin müəyyən edilməsindən ibarətdir. Lakin audit dövründə ATU tərəfindən
təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə 4 №-li memorial order tərtib edilməmiş,
təhtəlhesab şəxslərə təyinatından asılı olaraq verilmiş avanslar və onların istifadəsi üzrə
əməliyyatlara düzgün mühasibat yazılışları verilməmişdir. Belə ki, yanacaq alınması üçün
malsatana köçürülmüş avans məbləğindən sürücülərin kartlarına 2018-ci ildə yüklənmiş
35819,0 manat, 2019-cu ildə yüklənmiş 35665,0 manat avans məbləğinə “Təhtəlhesab
məbləğlər” (144) hesabının debetində və “Malsatan və podratçılara qısamüddətli kreditor
borcları” (301) hesabının müvafiq subhesablarının kreditində mühasibat yazılışı verilməmiş,
01.01.2020-сi il tarixinə kartlarda qalan 2547,2 manat qalıq “Təhtəlhesab məbləğlər” (144)
hesabında, eləcə də maliyyə hesabatlarında aktiv kimi öz əksini tapmamışdır. Nəticədə
“Maliyyə vəziyyəti haqqında hesabat”da “Sair qısamüddətli aktivlər” 2547,2 manat az
göstərilmiş, hesabat dövrü üzrə Xalis Aktivlər (Kapital), eləcə də Ümumi mənfəət (zərər)
düzgün qiymətləndirilməmişdir. “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və
Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və
İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq memorial
order forması əsasında sintetik uçotun aparılması Qaydası” Hissə 8. Təşkilatlarda xidmətlər
və işlər üzrə sintetik uçotun aparılması, Hissə 7. Təşkilatlarda təhtəlhesab şəxslərlə
hesablaşmalar üzrə sintetik uçotun aparılması üzrə tələblər təmin olunmamışdır.
Audit dövrünün sonuna 01.01.2020-ci tarixə ümumilikdə 6372066,8 manat debitor
borcu, 1092708,0 manat kreditor borc olmuşdur.
Maliyyə çətinlikləri ilə əlaqədar gələcəkdə geri qaytarılması məqsədilə verilmiş
1300000,0 manat maliyyə yardımı, o cümlədən ATU-nun tabeliyində olan tam təsərrüfat
hesablı fəaliyyət göstərən “Tədris Terapevtik Klinikası”na verilmiş 400000,0 manat, “Tədris
Cərrahiyyə Klinikası”na verilmiş 900000,0 manat maliyyə yardımı “Verilmiş qısamüddətli
avanslar” (143) sintetik hesabında deyil, “Verilmiş qısamüddətli borclar” (133) sintetik
hesabında uçota alınmalıdır. Hər iki sintetik hesab qısamüddətli aktivlər sinfinə aiddir və bu
səbəbdən qeyd olunan aktivin düzgün olmayan hesabda uçota alınması balansın aktivlərinə
təsir etmir. Lakin 1300000,0 manat məbləğində maliyyə yardımının “Verilmiş qısamüddətli
avanslar”
(143) sintetik hesabında uçota alınması təsnifləşdirmə səhvi kimi
qiymətləndirilməlidir.
“İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat
uçotunun aparılması qaydaları”nın 21.1-ci bəndinin tələbləri təmin olunmamış, ATU-nun
“Anatomiya” kafedrasına 2018-ci ildə alınmış 73029,5 manat məbləğində mulyajların (skelet
14
AUDİTOR TRİBUNASI
2020, №4
eksponatlar) dəyəri 251 №li “Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin uçotu”
hesabında uçota alınması əvəzinə, düzgün olmayaraq 126 №li “Digər ehtiyatlar” hesabında
uçota alınmışdır. Hər iki sintetik hesab balansın aktivlər sinfinə aiddir və bu səbəbdən qeyd
olunan aktivin düzgün olmayan hesabda uçota alınması balansın aktivlərinə və kapital
ehtiyatlarına təsir etmir. Lakin 73029,5 manat məbləğində mulyajların (skelet eksponantlar)
dəyərinin 251 №li “Sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin uçotu” hesabında deyil, 126
№li “Digər ehtiyatlar” hesabında uçota alınması təsnifləşdirmə səhvi kimi
qiymətləndirilməlidir.
2018-ci ildə ümumi dəyəri 4578,4 manat məbləğdə 40 ədəd “lövhə asma 100x140 kod-
588”, ümumi dəyəri 12130,4 manat məbləğdə 40 ədəd “lövhə təkərli 120x200 kod-655”
231-4 №li “Sair torpaq, tikili və avadanlıqların dəyəri” subhesabı əvəzinə 126 №li “Digər
ehtiyatlar” hesabında uçota alınmış, nəticədə “Maliyyə vəziyyəti haqqında hesabat”da
“Torpaq, tikili və avadanlıqlar və digər uzunmüddətli aktivlər” maddəsi 16708,8 manat az,
“Ehtiyatlar” maddəsi isə həmin məbləğ qədər çox göstərilmişdir.
Qeyd olunan inventarların düzgün olmayan hesabda uçota alınması balansın cəmi
aktivlərinə təsir etməsə də, “Digər ehtiyatlar”dan fərqli olaraq, inventarlar amortizasiya
olunandır və istismar edildikcə xərc yaradır. Odur ki, 16708,8 manat məbləğində
inventarların düzgün olmayan hesabda uçota alınması 2018-ci ildə 1571,7 manat, 2019-cu
ildə 1397,3 manat məbləğdə amortizasiya xərcinin az hesablanmasına səbəb olmuşdur.
ATU tərəfindən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına
əsasən mühasibat uçotunun aparılması qaydaları”nın “Torpaq, tikili və avadanlıqlar və digər
uzunmüddətli aktivlərin uçotu”nun tənzimlənməsinə dair 19-cu bəndinin və “Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarına və İctimai Sektor üçün Mühasibat Uçotunun
Beynəlxalq Standartlarına uyğun olaraq memorial order forması əsasında sintetik uçotun
aparılması Qaydası”nın 9.1-ci bəndinin tələbləri təmin olunmamış, qeyri-maddi aktivlər,
torpaq, tikili və avadanlıqlar, daşınmaz əmlaka investisiyalar, bioloji aktivlər, təbii sərvətlər,
digər uzunmüddətli aktivlər və sair uzunmüddətli qeyri-maliyyə aktivlərinin əldə olunması
ilə bağlı baş vermiş maliyyə-təsərrüfat əməliyyatlarına “Torpaq, tikili və avadanlıqlar və
digər uzunmüddətli aktivlər” hesabının (231) müvafiq subhesablarının debeti əvəzinə
düzgün olmayaraq, “İstifadə olunmuş məsrəflər” (122) hesabının müvafiq subhesablarının
debetində mühasibat yazılışları verilmiş, nəticədə 2018-ci ildə əldə olunmuş 44425,5 manat
məbləğində, 2019-cu ildə əldə olunmuş 42760,9 manat məbləğində uzunmüddətli aktivlər
düzgün balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər həmin məbləğlər qədər
artıq hesablanmışdır. O cümlədən:
¾ ATU-nun inzibati binasının elektrik xətlərinin dəyişdirilməsi və akt zalının
işıqlandırılması ilə əlaqədar 2018-ci ildə ümumi dəyəri 2640,0 manat olan 22 kv.m PVC
pəncərələrinin dəyəri, 1 metrinin qiyməti 650,0 manat, ümumi dəyəri 6500,0 manat olan
“səhnə üzərində asılan, avtomatik hərəkət edən işıq asmaq üçün ferma”, vahidinin qiyməti
2500,0 manat ümumi dəyəri 5000,0 manat 2 ədəd “səhnə üzərində asılan, avtomatik idarə
olunan zəncirli telfer edən işıq asmaq üçün ferma” və vahidinin qiyməti 250,0 manat ümumi
dəyəri 500,0 manat 2 ədəd “telfer üçün bərkidici dirsək”, vahidinin qiyməti 120,0 manat
ümumi dəyəri 720,0 manat 6 ədəd projektor olmaqla, cəmi 15360,0 manat məbləğdə
uzunmüddətli aktivlər düzgün balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər
həmin məbləğ qədər artıq hesablanmışdır.
15
AUDİTOR TRİBUNASI
2020, №4
¾ ATU-nun 3 saylı tədris binasının həyətyanı sahəsində abadlıq işləri ilə əlaqədar 2018-
ci ildə tikilmiş ümumi dəyəri 15015,5 manat dəyərində 1187 kv.m asfalt örtüyü düzgün
balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər artıq
hesablanmışdır.
¾ Elmi-Tədqiqat Mərkəzinin laboratoriyasına təcrübə məqsədi üçün 2018-ci ildə
alınmış ümumi dəyəri 14050,0 manat, 2019-cu ildə isə dəyəri 14000,0 manat olan heyvanlar
düzgün balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər
artıq hesablanmışdır.
¾ 2019-cu ildə ATU-nun 4 saylı tədris binasında sanitar qovşağın, vivari və laboratoriya
otağının təmiri ilə əlaqədar quraşdırma xərci ilə birlikdə 165,0 manat dəyərində dəmir qapı,
13014,0 manat dəyərində PVÇ pəncərə olmaqla, cəmi 13179,0 manat məbləğdə
uzunmüddətli aktivlər düzgün balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər
həmin məbləğ qədər artıq hesablanmışdır.
¾ Cari təmirlə əlaqədar 2019-cu ildə alınmış, vahidinin qiyməti 100,0 manat olan 100
ədəd 10000,0 manat məbləğində 80 sm-lik radiator, vahidinin qiyməti 50,0 manat olan10
ədəd 500,0 manat məbləğində araba, vahidinin qiyməti 109,0 manat olan 5 ədəd 545,0
manat məbləğində tülpan əl-üz yuyan, vahidinin qiyməti 216,0 manat olan 10 ədəd 2160,0
manat məbləğində unitazın, ümumilikdə ƏDV ilə birlikdə 15581,9 manat məbləğində
ehtiyatların dəyəri binanın dəyərinə əlavə edilməyərək, düzgün balans hesabında uçota
götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər artıq hesablanmışdır.
Qeyd olunanlarla yanaşı, 2018-ci ildə əldə olunmuş 44425,5 manat məbləğdə, 2019-cu
ildə əldə olunmuş 42760,9 manat məbləğdə uzunmüddətli aktivlərin düzgün balans
hesabında uçota alınmaması, həmin aktivlərin yaratdığı amortizasiya xərcinin də
hesablanmaması ilə nəticələnmişdir.
ATU tərəfindən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına
əsasən mühasibat uçotunun aparılması qaydaları”nın “Ehtiyatların uçotu”nun
tənzimlənməsinə dair 12-ci bəndinin və “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına,
Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına
və İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun olaraq
memorial order forması əsasında sintetik uçotun aparılması Qaydası”nın 8.1-ci bəndinin
tələbləri təmin olunmamış, müxtəlif təyinatlı ehtiyatların əldə olunması ilə bağlı baş vermiş
maliyyə-təsərrüfat əməliyyatlarına
“Digər ehtiyatlar” hesabının
(126) müvafiq
subhesablarının debeti əvəzinə düzgün olmayaraq “İstifadə olunmuş məsrəflər” (122)
hesabının müvafiq subhesablarının debetində mühasibat yazılışları verilmiş, nəticədə 2018-
ci ildə əldə olunmuş 400,0 manat məbləğdə, 2019-cu ildə əldə olunmuş 18977,4 manat
məbləğdə ehtiyatlar düzgün balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər
həmin məbləğlər qədər artıq hesablanmışdır. O cümlədən;
ATU-nun inzibati binasının elektrik xətlərinin dəyişdirilməsi və akt zalının
işıqlandırılması ilə əlaqədar 2018-ci ildə vahidinin qiyməti 40,0 manat ümumi dəyəri 400,0
manat olan 10 ədəd avtomat qoruyucularının dəyəri düzgün balans hesabında uçota
götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər artıq hesablanmışdır.
2019-cu ildə ATU-nun 4 saylı tədris binasında laboratoriya otağının təmiri ilə əlaqədar
vahidinin qiyməti 250,0 manat olan 11 komplekt ƏDV ilə birlikdə 3245,0 manat məbləğində
16
AUDİTOR TRİBUNASI
2020, №4
əl-üz yuyanın (çini-farfor) dəyəri, vahidinin qiyməti 50,0 manat olan 11 komplekt ƏDV ilə
birlikdə 649,0 manat məbləğində çuqun trapın dəyəri, vahidinin qiyməti 200,0 manat olan
10 komplekt ƏDV ilə birlikdə 2360,0 manat məbləğində çuqun baçokla unitazın dəyəri,
vahidinin qiyməti 200,0 manat olan 5 komplekt ƏDV ilə birlikdə 1180,0 manat məbləğində
dəmir sifonla birlikdə metaldan yuma çəlləyinin dəyəri 126 №li “Digər ehtiyatlar” balans
hesabında uçota götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər artıq
hesablanmışdır.
2019-cu ildə ATU-nun 1 saylı yataqxanasının təmiri ilə əlaqədar vahidinin qiyməti 180,0
manat olan 36 komplekt ƏDV ilə birlikdə 7646,4 manat məbləğində əl-üz yuyanın (çini-
farfor) dəyəri, vahidinin qiyməti 50,0 manat olan 11 komplekt ƏDV ilə birlikdə 649,0 manat
məbləğində çuqun trapın dəyəri, vahidinin qiyməti 200,0 manat olan 18 komplekt ƏDV ilə
birlikdə 4248,0 manat məbləğində dəmir sifonla birlikdə metaldan yuma çəlləyinin dəyəri,
ümumilikdə 12543,4 manat məbləğində ehtiyatların dəyəri 126 №li “Digər ehtiyatlar”
balans hesabında uçota götürülməmiş, əvəzində isə xərclər həmin məbləğ qədər artıq
hesablanmışdır.
Beləliklə, bütün qeyd olunanlar göstərir ki, maliyyə hesabatlarında 2018 və 2019-cu illər
üzrə məlumatlar, o cümlədən, “Maliyyə vəziyyəti haqqında hesabat”da aktivlərin dəyəri və
kapital ehtiyatları, “Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat”da faktiki xərclər və
maliyyə nəticələri düzgün əks etdirilməmişdir.
¾ Əvəzsiz verilmə məqsədilə saxlanılan aktivlər 125 №li “Əvəzsiz verilmə və satış
məqsədi ilə saxlanılan digər aktivlər” hesabında uçota alınmalı olduğu halda, 231 №li
“Torpaq, tikili və avadanlıqların dəyəri” hesabında uçota alınaraq, 2019-cu ildə vahidinin
qiyməti 815,0 manat olan 3 ədəd 2445,0 manat dəyərində “Notebook” ATU-nun Elmi
Şurasının 25.06.2018-ci il tarixli 10 saylı protokoluna əsasən, müvafiq tədris illərində 700 bal
toplamış tələbələrə əvəzsiz olaraq verilmiş, lakin əvəzsiz verilməsi nəticəsində xərclərin
tanınmasının, habelə silinməsi nəticəsində yaranmış xərclərə mühasibat yazılışları
“Təlimat”ın 12.18-ci bəndinin tələbinə uyğun verilməmişdir.
ATU-nun anbarında ümumilikdə 463 adda 534165,2 manat məbləğində ehtiyatlar və
maddi aktivlər 01.01.2020-ci il tarixinə kimi anbarda qalıq kimi saxlanılmışdır.
Auditlə əhatə olunmuş 2018-ci və 2019-cu illər üzrə mühasibat uçotunun aparılmasında
və maliyyə hesabatlarının hazırlanmasında yol verilmiş pozuntular, o cümlədən mühasibat
uçotunun qüvvədən düşmüş hesablar planına uyğun işlənməsi, baş vermiş maliyyə-
təsərrüfat əməliyyatları üzrə məbləğlərin memorial orderlərdə, dövriyyə balansında və baş
kitabda köhnə hesablarla uçota alınması, maliyyə hesabatlarında təqdim edilmiş
məlumatların izahlı qeydlərdə tam açıqlanmaması, müəssisəyə aid bütün aktivlərin və
öhdəliklərin inventarizasiyaya cəlb olunmaması və nəticələrin düzgün rəsmiləşdirilməməsi,
təhtəlhesab şəxslərə verilmiş avanslar və onların istifadəsi üzrə əməliyyatlara, verilmiş
qısamüddətli borclara, tikililərin, avadanlıqların, inventarların və ehtiyatların müxtəlif
üsullarla əldə edilməsi əməliyyatlarına mühasibat yazılışlarının düzgün verilməməsi, eləcə
də xərclərin düzgün müəyyənləşdirilməməsi kimi əldə edilmiş audit sübutları qeyd etməyə
əsas verir ki, maliyyə əməliyyatları qəbul edilmiş mühasibat uçotu prinsiplərinə uyğun
işlənməmişdir. Maliyyə vəziyyəti, maliyyə fəaliyyətinin nəticələri, xalis aktivlər/kapitalda
dəyişikliklər haqqında hesabatlarda təqdim edilmiş bəzi məlumatlar müəssisənin maliyyə
fəaliyyətinin nəticələrinin dürüstlüyünə mənfi təsir göstərilməsi kimi qiymətləndirilir.
17
AUDİTOR TRİBUNASI
2020, №4
Dövlət əmlakının istifadə vəziyyəti üzrə:
ATU tərəfindən “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti
haqqında illik xüsusi hesabat forması” tərtib edilməmişdir.
¾ Universitetin əsas tədris korpusunda GSM rabitəsi qəbuledici-ötürücü anten və
qurğuların qurulması, onlara texniki və infrastruktur xidmət göstərilməsi ilə əlaqədar ATU ilə
icraçı arasında bağlanmış “birgə fəaliyyət müqaviləsi”nə (25.09.2012-ci il tarixində) icraçı
tərəfindən bir ildə ƏDV nəzərə alınmamaqla, 3000,0 manat vəsaitin ödənilməsinin nəzərdə
tutulmasına baxmayaraq, 2018 və 2019-cu illərdə ümumilikdə 6000,0 manat vəsait ATU-
nun müvafiq hesabına ödənilməmiş, eyni zamanda müvafiq illər üzrə hər il 3000,0 manat
olmaqla gəlirin tanınması və “Maliyyə vəziyyəti haqqında hesabat”ın “Aktivlər” bölməsinin
“Qısamüddətli aktivlər” maddəsinin “Qısamüddətli debitor borcları” sətrində
göstərilməmişdir.
¾ Açıq məkanda reklam yerləşdirilməsinə görə ATU-nun balansında olan Bakı şəhəri
Nəsimi rayonu A.Bakıxanov 49 ünvanında yerləşən 2 saylı tədris binasının damında ölçüsü
15,36 kv.m X 3,84 kv.m 1 ədəd monitora 58.9824 kv.m reklam sahəsi üçün hüquqi şəxs
tərəfindən ödəniləcək yayım haqqının ƏDV-siz ümumi məbləği 14438,28 manat, aylıq
məbləği 2406,38 manat olmaqla, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
tərəfindən icazə verilmiş, lakin sahədən istifadə edilməsi barədə Əmlak Məsələləri Dövlət
Xidməti ilə müqavilə bağlanmamışdır.
ATU tərəfindən “Dövlət əmlakının qorunub saxlanması və ondan istifadə vəziyyəti
haqqında illik xüsusi hesabat forması”nın tərtib edilməməsi, icraçı ilə bağlanmış müqavilənin
şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun icarə haqqının müəyyən olunmuş qaydada
ödənilməməsi, yaranmış debitor borcun uçotda düzgün əks etdirilməməsi, istifadəsində olan
dövlət əmlakı digər hüquqi şəxslərə icarəyə verildikdə Əmlak Məsələləri Dövlət Xidməti ilə
müvafiq müqavilələrin bağlanmasının təmin edilməməsi ATU tərəfindən sərəncamında olan
dövlət əmlakının “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin
təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli
586 nömrəli Fərmanının tələblərinə tam əməl edilməməsi kimi qiymətləndirilir.
AUDİTOR RƏYİ
Fikrimizcə, audit qrupunun hesabatına dair Azərbaycan Tibb Universitetinin rəyinə
və yuxarıda göstərilənlərə əsasən, Universitet tərəfindən 2018-2019-cu illərdə
daxilolmaların və xərclərin icrası üzrə, eləcə də, təhsil haqları üzrə bağlanmış
müqavilələrin icrası, dövlət sifarişi üzrə büdcə vəsaitinin istifadəsi, ştatların saxlanması,
dövlət satınalmalarının keçirilməsi, təqaüdlərin ödənilməsinin, həmçinin maliyyə
hesabatlarının və onun strukturu üzrə hesabatların tərtibi işinin aparılmasının normativ
hüquqi aktlara uyğunluğu üzrə audit meyarları ilə müqayisədə uyğunsuzluq halları
müşahidə olunur".
18
AUDİTOR TRİBUNASI
2020, №4
Audit obyekti tərəfindən nöqsanların aradan qaldırılması məqsədilə həyata
keçirilmiş tədbirlər:
ATU tərəfindən auditin nəticələri üzrə aşkar edilmiş nöqsanların aradan qaldırılması
məqsədilə dövlət sifarişi ilə təhsil alan, akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini
dayandırmış və müxtəlif səbəblərdən xaric edilmiş tələbələr və rezidentlər üzrə Təhsil
Nazirliyindən alınmış 282824,0 manat, təqaüd xərci üzrə artıq ödənilmiş 12647,8 manat,
malların vahidinin qiymətinin orta bazar qiymətindən baha qiymətə alınması nəticəsində
artıq ödənilmiş 117255,4 manat vəsaitin dövlət büdcəsinə qaytarılmış, cari təmir işlərinin
aparılması üzrə podratçılara artıq ödənilmiş ümumilikdə 8947,0 manat vəsait isə ATU-nun
bank hesabına bərpa edilmişdir.
19
AUDİTOR TRİBUNASI
2020, №4
Cəfər Həsənov
auditor
DÖVLƏT BÜDCƏSİNİN DÖVLƏT ƏSASLI VƏSAİT QOYULUŞUNDAN VƏ EHTİYAT
FONDUNDAN AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNƏ
AYRILAN VƏSAİTLƏRDƏN İSTİFADƏNİN AUDİTİNİN NƏTİCƏLƏRİ HAQQINDA AUDİTOR
HESABATININ XÜLASƏSİ
ÜMUMİ MƏLUMATLAR
Auditin keçirilməsinin əsası: Azərbaycan Respublikası Hesablama Palatasının
13.10.2020-ci il tarixli Q-88 nömrəli Kollegiya qərarı.
Auditin məqsədi: Dövlət investisiyalarından dövlət proqramlarına və layihələrinə
ayrılmış vəsaitlərin istifadəsinin mövcud hüquqi aktlara uyğunluğu.
Auditin predmeti:
¾ ayrılan vəsaitlərin əsaslandırılması və layihə-smeta sənədlərinin tərtibi;
¾ ayrılan vəsaitlər üzrə aparılan maliyyə əməliyyatları və satınalmaların mövcud
qaydalara uyğunluğu;
¾ daxili nəzarətin vəziyyəti.
Auditin keçirilmə müddəti və əhatə olunan dövr: seçilmiş obyektlərin tikintisinə
başlanma tarixindən 01.10.2020-ci il tarixinədək olan dövr əhatə olunmaqla, 20.10.2020-ci
il tarixindən 10.11.2020-ci il tarixinədək keçirilmişdir.
“Dövlət sektorunda auditin təməl prinsipləri (ISSAI 100)” standartının prinsiplərinə və
tövsiyələrinə uyğun olaraq keçirilən audit üzrə tətbiq edilən standartlar və digər mənbələr
hesabatın istifadəçilərinə təqdim olunması məqsədi ilə Auditor hesabatına daxil edilmişdir
(ISSAI 100\8).
Belə ki, audit Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyasının
14.02.2019-cu il tarixli, Q-27 nömrəli qərarı ilə təsdiq edilmiş “Uyğunluq auditinə dair
Təlimat”a uyğun, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (İNTOSAİ) tərəfindən dərc
edilmiş P1 (Lima Bəyannaməsi), Ali Audit Qurumlarının Beynəlxalq Standartları (İSSAİ) 100
(Dövlət sektorunda auditin təməl prinsipləri), 130 (Etika Məcəlləsi), 140 (Keyfiyyətə nəzarət),
400 (Uyğunluq auditinin təməl prinsipləri), 4000 (Uyğunluq auditi standartı), İNTOSAİ GOV
9100 (Dövlət Sektoru üçün Daxili Nəzarət Standartlarına dair Təlimatlar) saylı standartların
tövsiyə və prinsiplərinə müvafiq olaraq aparılmışdır (ISSAI 100\9;12).
“Uyğunluq auditi standartı”nda qeyd olunur ki, auditor yanlış nəticələrin çıxarılma
riskini qəbul olunan aşağı səviyyəyədək azaltmaq üçün prosedurlar yerinə yetirməlidir (ISSAI
20
AUDİTOR TRİBUNASI
2020, №4
4000\52). Bu standartda “Auditor audit prosesi zamanı fırıldaqçılıq riskini nəzərə almalı”
tövsiyə olunsa da (ISSAI 4000\58), fırıldaqçılığın qarşısının alınması və aşkar edilməsi ilə bağlı
ilkin məsuliyyət daxili nəzarət sisteminin layihələndirilməsi, tətbiqi və saxlanmasına məsul
olan nazirliyin rəhbərliyinə aid olması, bu auditin keçirilməsində pandemiya ilə əlaqədar
tikinti işlərinə yerində fiziki baxış keçirilməsinin mümkün olmaması səbəbindən
fırıldaqçılığın aşkar edilməsi əsas məqsəd kimi nəzərdə tutulmamışdır. (ISSAI 4000\63).
Hesab edirəm audit qrupu tərəfindən ayrılan dövlət vəsaitlərinin istifadəsi ilə bağlı əldə
olunan məlumatlar nəzarət tədbirinin Proqramında müəyyən edilən predmet üzrə
məqsədəuyğun (məhdud) əminliyin əldə edilməsinə imkan verir. (ISSAI 400\40;4000\121).
Auditin obyekti: Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (bundan
sonra - Nazirlik) Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti (bundan sonra - Müdiriyyət).
AUDİTİN KEÇİRİLMƏSİ VƏ SÜBUTLARIN TOPLANMASI
Auditlə əhatə olunan obyektlər və dövlət vəsaitləri
Audit hesabatına əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya
xərcləri) üçün nəzərdə tutulan vəsait hesabına tikintisi 2020-ci ildə başa çatmış 5 obyekt
üzrə Nazirliyə ayrılmış 70894,3 min manat vəsaitə qarşı 70807,13 min manat maliyyələşmə
və 70786,6 min manat kassa xərci aparılmışdır (Cədvəl 1).
2019-cu ildə dövlət əsaslı vəsait qoyuluşundan ayrılan 197207,7 min manatın 19608,0
min manatı Olimpiya İdman Komplekslərinin tikintisinə yönəldilmişdir.
Cədvəl 1. Dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan ayrılmış vəsait hesabına inşa edilmiş
obyektlər, vəsaitlərin həcmi və xərclərin strukturu, min
Sıra
Açılmış
Müqavilə
Yerinə yetirilmiş
Ödənilmiş
Obyektin adı
sayı
maliyyələşmə
dəyəri
işlərin dəyəri
vəsait
Lənkəran Olimpiya İdman
20521,3
18277,2
18277,1
Kompleksinin tikintisi
18749,0
Layihə-smeta işləri
250,0
250,0
250,0
1
Sair xərclər
221,7
221,7
221,7
Cəmi:
18749,0
20993,0
18748,9
18748,8
Beyləqan Olimpiya İdman
18290,9
18290,9
18290,9
Kompleksinin tikintisi
18800,0
2
Layihə-smeta işləri
270,0
270,0
270,0
Sair xərclər
219,1
219,1
219,1
Cəmi:
18800,0
18780,0
18780,0
18780,0
Yardımlı İdman
11600,0
11594,0
11576,7
Kompleksinin tikintisi
11970,1
3
Layihə-smeta işləri
230,0
230,0
230,0
Sair xərclər
163,4
163,4
163,4
Cəmi:
11970,1
11993,4
11987,4
11970,1
Tərtər Olimpiya İdman
18598,7
18310,8
18310,8
Kompleksinin tikintisi
18788,0
Layihə-smeta işləri
230
230
230
4
Sair xərclər
246,8
246,8
246,8
Cəmi:
18788,0
19075,5
18787,6
18787,6
Respublika Olimpiya
2410,8
2410,8
2410,8
Mərkəzinin əsaslı təmiri
Layihə-smeta işləri
2500,0
60,0
60,0
60,0
5
Sair xərclər
29,2
29,2
29,2
Cəmi:
2500,0
2500,0
2500,0
2500,0
YEKUN:
70807,1
73342,0
70804,0
70786,6
Qeyd: Sair xərclər dedikdə, layihələrin ekspertizadan keçirilməsi, ehtimal olunan qiymətin müəyyən edilməsi, müəllif nəzarəti və s. bu
kimi digər xərclər nəzərdə tutulur.
21
AUDİTOR TRİBUNASI
2020, №4
Cədvəldə göstərilən obyektlərin tikintisinə 2012-2013-cü illərdə başlanmış, 2020-ci ildə
tikinti-quraşdırma işləri başa çatdırılsa da, sənədləşdirmələrin ilin sonuna yekunlaşdırılması
nəzərdə tutulur.
Cədvəldən, yuxarıda qeyd olunan və digər hesabatlardan əldə olunan məlumatların
təhlili aparılaraq, dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi üzrə
aşağıdakılar müəyyən edildi:
¾ Başa çatdırılmamış qoyuluşların (kapitallaşdırılmış məsrəflərin) həcmi 31.12.2019-cu
il tarixinə maliyyə hesabatlarına əsasən 71727,8 min manat, Palataya təqdim olunan
24.02.2019-cu il tarixli məlumatda isə 55832,9 min manat göstərilmiş;
¾ 01.10.2020-ci il tarixinə ayrılmış 8159,3 min manat nəzərə alınarsa, yarımçıq qalmış
tikintilərin başa çatdırılması üçün 40471,1 min manat vəsait tələb olunur;
¾ Dövlət Statistika Komitəsinin məlumatına (“Obyektlərin, əsas fondların istifadəyə
verilməsi və əsas kapitala yönəldilmiş vəsaitlərdən istifadə edilməsi”) əsasən, 2019-cu ildə
əsas kapitala 19608,1 min manat, Maliyyə Nazirliyinin təqdim etdiyi hesabata (19 nömrəli
əlavə) əsasən 197207,7 min manat, Nazirliyin təqdim etdiyi hesabata əsasən isə 20292,0
min manat büdcə vəsaiti yönəldildiyi göstərilmişdir.
Audit prosesində əldə olunan sübutlar (məlumatlar)
Audit kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında müəyyən edilən audit
qrupu tərəfindən mövcud təlimat və standartların prinsiplərinə uyğun aparılaraq müvafiq
sübutların toplanması həyata keçirilmiş, əldə olunan sübutlara və digər məlumatlara əsasən
19.11.2020-ci il tarixli auditə dair hesabat tərtib edilmişdir.
Audit qrupunun hesabatında göstərilən uyğunsuzluqlar (tapıntılar) ilə tanış olub qeyd
irad və rəy bildirmək üçün həmin hesabat 19.11.2020-ci il tarixli məktubla Nazirliyə təqdim
olunmuş, 27.11.2020-ci il tarixli məktub ilə cavab alınmışdır.
Bu cavab təsbitlərin qanunauyğun olmasını, tam, dəqiq və ədalətli şəkildə təqdim
edilməsini təmin etmək üçün tapıntıların audit olunan təşkilat ilə müzakirə edildiyini
göstərir. (ISSAI 100\49; 4000\214).
Eyni zamanda, ictimai sektor üzrə dövlət sifarişlərinin auditi zamanı ödənişlərin
düzgünlüyü ilə yanaşı, investisiyaların idarəolunmasının səmərəliliyinə və tikinti işlərinin
keyfiyyətinə də diqqət yetirilmişdir (INTOSAI -P-1 \ 21.4).
Audit qrupunun hesabatı üzrə təqdim olunan qeyd və iradlar, eləcə də əldə olunan digər
məlumatlar Auditor Hesabatının Nəticə bölməsini aşağıdakı kimi əsaslandırmağa imkan
verir. Hesabatın hazırlanmasında “Dövlət sektorunda auditin təməl prinsiləri” standartın
prinsip və tövsiyələri nəzərə alınmışdır. (ISSAI 100\51).
NƏTİCƏLƏRİN RƏSMİLƏŞDİRİLMƏSİ
Öyrənilmiş sənədlər və tətbiq olunan meyarlar
Audit qrupu tərəfindən tərtib olunan auditə dair hesabat və ona əlavələr, həmçinin bu
hesabata Nazirlik tərəfindən təqdim olunan 27.11.2020-ci il 27 noyabr tarixli məktub ilə
bildirilən qeydlər, irad və rəy aşkar olunan tapıntılarla birlikdə təhlil edilmiş, auditlə əhatə
olunan obyektlər üzrə təqdim edilmiş “Qiymət cədvəli” və “Yerinə yetirilən işlərin qəbulu
haqqında Akt”ları ilə layihə sənədləri (cizgiləri) üzləşdirilmiş, həmçinin dövlət satınalmaları
22
AUDİTOR TRİBUNASI
2020, №4
ilə bağlı qanunvericiliyin və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə riayət
olunması araşdırılmış, nəzərdə tutulan hədəflərə nail olunması üzrə ayrılan dövlət
vəsaitlərinin hərəkətini, bu vəsaitlər ilə həyata keçirilən maliyyə əməliyyatlarını əks etdirən
sənədlər öyrənilmişdir.
İSSAİ standartlarının tələbinə uyğun audit predmetinə dair nəticə/rəy formalaşdırmaq
üçün əsas təmin etmək məqsədilə auditin planlaşdırılması aparılaraq müvafiq audit
meyarları müəyyən edilmiş, auditin predmeti və audit meyarlarının bir-birinə bağlı,
həmçinin müvafiq audit meyarlarının müəyyən edilməsinin təkrarlanan proses olduğu
nəzərə alınmışdır. (ISSAI 4000\110-111)
Hesabatda audit prosesində istifadə olunan normativ-hüquqi aktlar, tikinti norma və
qaydaları, müvafiq qaydada ekspertizadan keçirilən layihə-smeta sənədləri meyar kimi
müəyyən edilmişdir. (ISSAI 4000\212)
Audit prosedurları ilə toplanan və digər fəaliyyət nəticəsində əldə olunan məlumatlar
(dəlillər, sübutlar) aşağıda qeyd olunan meyarlar üzrə dəyərləndirilib təhlil edilmişdir.
¾ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;
¾ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və satınalma
müqavilələri;
¾ Azərbaycan Respublikası Prezidentinin 17.03.2010-cu il tarixli, 239 nömrəli Fərmanı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası,
monitorinqi və qiymətləndirilməsi Qaydaları”;
¾ Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 348 nömrəli Fərmanı
ilə təsdiq olunmuş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”;
¾ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.02.2003-cü il tarixli 34 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin
nümunəsi”;
¾ Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatı;
¾ “İşlərin qəbulu haqqında Akt”lar (Forma №2), işlərin fiziki həcmi, qiymət cədvəlləri,
obyektlərin layihə-smeta sənədləri;
¾ Podratçı təşkilatlarla bağlanmış satınalma müqavilələri;
¾ Azərbaycan Respublikası Prezidentinin18.04.2006-cı il tarixli, 392 nömrəli Fərmanı
ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında”
Əsasnamə;
¾ Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin 14.11.2006-cı il tarixli Qərarı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin “Tikilməkdə
Olan Obyektlərin Müdiriyyəti”nin Əsasnaməsi;
Audit zamanı “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya
Aktının 4-cü maddəsi, 3-cü abzasına əsasən, aşağıdakı tikinti norma və qaydaları da meyar
kimi müəyyən edilmişdir:
¾ TN və Q IV-5-82 Məcmu Torpaq işləri;
¾ TN və Q IV-5-82 Məcmu 8 Kərpic və bloklardan konstruksiyalar;
¾ TN və Q IV-5-82 Məcmu 9 Metal konstruksiyalar;
23
AUDİTOR TRİBUNASI
2020, №4
¾ TN və Q IV-5-82 Məcmu 10 Taxta konstruksiyalar;
¾ TN və Q IV-5-82 Məcmu 11 Döşəmələr;
¾ TN və Q IV-5-82 Məcmu 16 Daxili boru xətləri;
¾ TH və Q IV-2-82 Məcmu 18 Daxili istiləndirmə qurğuları;
¾ TN və Q IV-5-82 Məcmu 34 Rabitə, radio və televiziya qurğuları;
¾ TN və Q IV-5-82 Məcmu 15 Bəzək işləri;
¾ TN və Q IV-4-82 Materialların, məmulatların və konstruksiyaların smeta qiymətləri;
¾ SSRİ Dövlət Tikinti Komitəsinin 15.08.1983-cü il tarixli 63-D nömrəli məktubu.
Sübutların qiymətləndirilməsi
Aparılan audit üzrə nəticə\rəy formalaşdırmaq məqsədilə əldə edilmiş audit sübutları
(məlumatlar, dəlillər) müəyyən edilmiş audit meyarı ilə müqayisə edilmişdir (ISSAI
4000\179).
Belə ki, audit qrupu tərəfindən toplanmış sübutlar, həmçinin audit keçirilən şöbənin
mütəxəssislərinin fikirləri təhlil edilərkən peşəkar mühakimə tətbiq olunmuş, nəticə
çıxarmaq üçün yetərli və müvafiq sübutlarının olub-olmadığı, eyni zamanda, obyektiv
təsəvvür yaratmaq üçün qiymətləndirmə prosesində audit təsbitləri ilə bağlı təmin edilmiş
bütün sübutlar nəzərdən keçirilmişdir (ISSAI 4000\180-182).
Bir mənbədən əldə olunan audit sübutu digər mənbədən alınmış audit sübutu ilə
uyğunsuzluq təşkil etdiyi hallarda auditin digər aspektlərinə (risklərin azaldılmasına,
əhəmiyyətliliyinə) təsirləri nəzərə alınmışdır. (ISSAI 400\58).
Müdiriyyət tərəfindən auditlə əhatə olunan obyektlər üzrə qüvvədə olan hüquqi
aktların, tikinti norma və qaydalarının tələblərinə əməl olunması vəziyyəti üzrə auditor
rəyini ifadə etmək üçün istifadə olunan dövlət vəsaitlərinin nəticəliliyi, tikilən obyektlərin
layihə-smeta sənədlərinə uyğunluğu, satınalmalar üzrə sağlam rəqabətə əsaslanan
tenderlərin keçirilməsi və çəkilən məsrəflərin uçotunda yol verilə bilən təhriflərə dair
məhdud əminlik təmin edilmişdir. (ISSAI 4000\188-190).
Əhəmiyyətli uyğunsuzluqların dəyər və kəmiyyət ölçülərini əhatə edən məbləğlərin
həcmi və əhəmiyyəti, uyğunsuzluğun mahiyyəti, uyğunsuzluq ilə nəticələnmənin səbəbi,
uyğunsuzluğun yaranmasına təsir edən və digər amillər təhlil edilmişdir.(ISSAI 4000\128)
Yuxarıda göstərilən audit prosedurları ilə toplanan və digər fəaliyyət nəticəsində əldə
olunan məlumatlar (dəlillər, sübutlar) müəyyən edilmiş meyarlar (qanunlar, normativ
sənədlər və s.) üzrə qiymətləndirmələr Audit qrupunun hesabatına Nazirlik tərəfindən
təqdim olunan 27.11.2020-ci il tarixli rəyi nəzərə alınmaqla aparıldı (ISSAI 4000\184-185).
Qeyd edirik ki, pandemiya (“COVİD-19”) ilə əlaqədar obyektlərə fiziki baxış
keçirilməmiş, uyğunsuzluqlar təqdim olunmuş sənədlər üzrə aparılan təhlil və
hesablamalara əsasən müəyyən edilmişir. Nazirlikdən gələn cavabları Hesabatda göstərilən
uyğunsuzluq halları üzrə tədbir görməyə razılığın əlaməti kimi qəbul edirik (ISSAI 4000\214).
NƏTİCƏ
Audit predmeti üzrə toplanmış sübutlar müvafiq meyarlar ilə müqayisə edilərək
aşağıdakılar müəyyən edildi:
24
AUDİTOR TRİBUNASI
2020, №4
1. Ayrılan vəsaitlərin əsaslandırılması və layihə-smeta sənədlərinin tərtibi
1.1. Auditlə əhatə olunan obyektlər üzrə buraxılış layihələrini növbəlilik üzrə ayrıca əks
etdirməklə, illər üzrə yeni və keçid layihələrin təsdiq edilmiş titul siyahıları, keçid layihələr
üzrə bağlanmış müqavilələrin surəti, investisiya qoyuluşunun texnoloji strukturu, o
cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə, layihə və layihənin əsas texniki
və iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihə qabağı aparılmış araşdırmalar
barədə məlumatlar Dövlət İnvestisiya Proqramına daxil edilmək üçün İqtisadiyyat
Nazirliyinə təqdim edilməmiş;
1.2. Auditlə əhatə olunan beş obyekt üzrə sifarişçi tərəfindən hazırlanmış binanın əsas
texniki iqtisadi göstəriciləri, memarlıq həlləri, mühəndisi və texnoloji avadanlıqlara dair
tələblər Layihə tapşırıqlarına daxil edilməmiş;
1.3. Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə şəhər
tikililərinin hüdudlarında yaşıllıq ərazilərin xüsusi çəkisinin 40%-dən az olmamaq şərti ilə
qəbul olunmasına baxmayaraq, obyektin Baş Planı üzrə yaşıllıq ərazisinin sahəsi 28,8% qəbul
edilmiş;
1.4. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyektinin tələblərində
yaşayış rayonu sərhədləri daxilində tikililərinin hüdudlarında yaşıllıq ərazilərin xüsusi
çəkisinin 25%-dən az olmaması barədə qeyd olunmasına baxmayaraq, obyektin Baş Planı
üzrə yaşıllıq ərazisinin sahəsi 21,39% qəbul edilmiş;
1.5. Tikintilərin layihə sənədlərində tikintidə istifadə ediləcək tikinti materiallarının
spesifikasiyası (təsnifat və xarakteristikası) göstərilməmişdir.
Obyektlərin layihə-smeta sənədlərinin tərtibi zamanı Layihə iş həcmlərinin və iş
növlərinin smeta sənədlərinə artıq daxil edilməsi nəticəsində 534148,48 manat fərqin
yaranmasına yol verilmişdir:
¾ Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 232079,23
manat;
¾ Yardımlı rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 68215,7
manat;
¾ Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə: 140102,47
manat;
¾ Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 47414,05
manat;
¾ Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya
Mərkəzinin təmir işləri üzrə 46337,03 manat.
2. Ayrılan vəsaitlər üzrə aparılan maliyyə əməliyyatları və satınalmaların mövcud
qaydalara uyğunluğu
2.1. Nazirlik tərəfindən “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası
Qanununun bəzi tələblərinə tam əməl edilməyərək satınalma müqavilələri bağlanmış:
¾ Tərtər Olimpiya İdman Kompleksinin tikintisi üzrə Antiinhisar Siyasəti və
İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən tikinti işlərinin
yerinə yetirilməsi üçün bir mənbədən satınalma ilə bağlı müqavilənin bağlanmasına
28.02.2020-ci il tarixli məktubla razılıq verildiyi halda, podratçı təşkilatla 13.02.2020-
ci il tarixində 645,7 min manat satınalma müqaviləsi bağlanmış;
25
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Nazirlik tərəfindən Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (iş
və xidmətlərin) satınalınması təcili tələbatın yarandığı səbəb kimi göstərilərək
30.01.2018-ci il tarixində bir mənbədən satınalma metodları tətbiq edilməsinə
razılıq alınsa da, podratçı təşkilatla 2018-ci ilin may ayının sonunda, yəni 4 aydan
sonra 4585,0 min manat dəyərində satınalma müqaviləsi bağlanmış;
¾ auditlə əhatə olunan illərdə əsaslı vəsait qoyuluşu üzrə keçirilmiş satınalma
prosedurları haqqında hesabat tərtib olunmamış;
2.2. Nazirliklə podratçı təşkilatlar arasında 4 obyekt üzrə bağlanmış 8 satınalma
müqaviləsinin 14.3-cü bəndində nəzərdə tutulan müddətlərdə işlərin yerinə yetirilməsi
gecikdirilmiş və müqavilənin xüsusi şərtlərinin 8.1-ci bəndinin tələblərinə uyğun
gecikdirilmiş 3513 günə görə hər gün üçün 0,01% həcmində 2088705,7 manat cərimə
hesablanması təmin olunmamışdır:
¾ Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi üzrə 3 halda gecikdirilmiş
günlərin sayı 892, hesablanmalı cərimənin məbləği 323068,4 manat;
¾ Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2
halda 1584, hesablanmalı cərimənin məbləği 1038076,0 manat;
¾ Beyləqan Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 1
halda 358, hesablanmalı cərimənin məbləği 590700,0 manat;
¾ Yardımlı Olimpiya İdman Kompleksinin tikintisi üzrə gecikdirilmiş günlərin sayı 2 halda
679, hesablanmalı cərimənin məbləği 136861,3 manat hesablanır.
¾ Lənkəran Olimpiya İdman Kompleksinin tikintisi işlərinin yerinə yetirilməsi məqsədi
ilə Nazirliklə podratçı təşkilat arasında bağlanmış 04.03.2020-ci il tarixli müqavilənin
14.3-cü maddəsinin tələbi pozularaq, müqavilənin xüsusi şərtlərində müqavilənin
icra müddəti göstərilməmişdir.
2.3. Obyektlərin smeta sənədlərində qüvvədə olan tikinti norma və qaydaları ilə
müəyyən edilən “Qiymətləndirici”lərin düzgün tətbiq edilməməsi nəticəsində 1028671,27
manat məbləğində qiymət fərqinin yaranmasına yol verilmiş, “İşlərin qəbulu haqqında
Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək, podratçı təşkilatlara ƏDV ilə 415572,57 manat
məbləğində artıq vəsait ödənilmişdir:
¾ Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0
manat;
¾ Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya
Mərkəzinin təmir obyekti üzrə 63662,0 manat;
¾ Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 165540,0
manat;
¾ Lənkəran şəhərində Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə: 15787,57
manat.
2.4. Maliyyə vəsaitlərinin idarəedilməsi üzrə düzgün olmayan qərarların qəbul edilməsi
nəticəsində Tərtər Olimpiya İdman Kompleksinin tikintisi layihəsi üzrə 2014-cü ilin dekabr
ayından 2015-ci ilin iyul ayına qədər 554,5 min manat, 2015-ci ilin iyul ayından 2016-cı ilin
fevral ayına qədər isə 356,6 min manat dövlət vəsaiti podratçı təşkilatın istifadəsində qalmış,
26
AUDİTOR TRİBUNASI
2020, №4
digər podratçı təşkilata təqdim olunan “İşlərin qəbulu haqqında Akt”la (Forma №2) qəbul
edilən işlərin dəyərindən artıq vəsait ödənilməsi səbəbindən 965,0 manat debitor borcun
yaranmasına yol verilmişdir.
3. Daxili nəzarətin vəziyyəti
3.1. Nəzarət mühiti:
¾ Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin 14.11.2006-cı il tarixli Qərarı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin
“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti”nin Əsasnaməsinin 2.2-ci bəndində
“podratçı təşkilatla müqavilə bağlayır” vəzifəsi, 3.3-cü bəndində “müəyyən edilmiş
qaydada podratçı təşkilatla müqavilələr bağlayır” funksiyası Müdiriyyətə verilsə də,
auditlə əhatə olunan layihələr üzrə müqavilələr Nazirlik tərəfindən bağlanmış,
“layihə işlərinin maliyyələşdirilməsi, yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin
dəyərinin ödənilməsini təmin edir” vəzifəsi (2.5-ci bənd), “mövcud sənədlər
əsasında dəyərinin ödənilməsini təmin edir” funksiyası (3.7-ci bənd) yuxarıda qeyd
olunan bəndlərin tələbi ilə uyğunsuzluq təşkil etmiş;
¾ Nazirlikdə qulluq keçən dövlət qulluqçuları üçün etik davranış qaydaları müvafiq
sənədlə müəyyən olunsa da, dövlət qulluqçusu hesab edilməyən işçilər, o cümlədən,
Müdiriyyətin əməkdaşları üçün belə bir sənəd hazırlanmamış,
¾ Nazirliyin müxtəlif əməliyyatları icra edəcək yetərli insan resursuna malik olmadığı,
dövlət qulluğunun idarəedilməsi sistemində müvafiq biliklərə ehtiyac duyulduğu,
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci
maddəsinə əsasən, dövlət qulluqçusunun əlavə təhsilinin fasiləsiz təhsilin və peşə
hazırlığının tərkib hissəsi olduğu qeyd edilsə də, əməkdaşların əlavə təhsil
ehtiyacının olmadığı bildirilmiş;
¾ Müdiriyyətin əməkdaşlarının vəzifələrinə dair öhdəlikləri, peşəkarlıq, bacarıq,
təcrübə üzrə tələb, yüksəliş üsulları, fəaliyyətinin qiymətləndirilməsi,
mükafatlandırma qaydalarını özündə əks etdirən vəzifə təlimatları hazırlanmamış;
¾ Nazirlikdə birbaşa rəhbərliyə tabe olan, ona hesabat verən müstəqil daxili nəzarət (və
ya daxili audit) struktur bölməsinin olmaması, nəzarətin ümumi qaydada, yəni "işin
düzgün" və "düzgün işin" görülməsinin təşkil olunmasından məsul şəxslərin bu işə
nəzarət etməməsi ilə audit zamanı aşkar olunan nöqsanların vaxtında müəyyən
olunmamasının və ya əvvəlcədən qarşısının alınması istiqamətində müvafiq işlər
görülməmişdir.
3.2. Risklərin idarəedilməsi:
Nazirlikdə müxtəlif fəaliyyət sahələrinə uyğun risklərin əvvəlcədən müəyyən
olunmaması səbəbindən layihələr üzrə texniki-iqtisadi hesablamaların aparılması,
obyektlərin layihə-smeta sənədlərinin tərtibi və ekspertizadan keçirilməsi, müqavilə şərtləri
və öhdəliklərin icrası, maliyyə vəsaitlərinin idarəedilməsi zamanı təkrarlanan nöqsanlara yol
verilmişdir.
3.3. Nəzarət fəaliyyəti:
Nazirlikdə fəaliyyət sahələri üzrə ehtimal olunan risklərin (nöqsan və uyğunsuzluqların)
əvvəlcədən qarşısının alınması (proaktiv yanaşma) məqsədilə xüsusi nəzarət fəaliyyəti təşkil
olunmamışdır.
27
AUDİTOR TRİBUNASI
2020, №4
Sorğuda rəhbər vəzifəli şəxslər tərəfindən iş prosedurlarının effektiv və müntəzəm
həyata keçirilməsinə mütəmadi olaraq nəzarət edilməsi barədə qeyd olunsa da, obyektlərin
layihələri ilə smeta sənədlərində göstərilən iş həcmləri arasında 534148,48 manat fərqin
yaranmasına, “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək
podratçılara ƏDV ilə 415572,57 manat məbləğində artıq vəsait ödənilməsi hallarına yol
verilmişdir.
Nazirlikdə fövqəladə hallar üçün iş prosesini ləngitməmək məqsədilə müvafiq
planlaşdırma, ssenarilər tərtib olunmamışdır. Hal-hazırda yaşadığımız dövrdə yeni növ
koronavirus (“COVID-19”) infeksiyasının gətirdiyi nəticələr onu göstərir ki, bütün təşkilatlar
üçün bu cür planlar, ssenarilərə böyük ehtiyac var. Sorğuda 30% işçi iş yerində saxlanmaqla
yanaşı, digər işçilərin məsafədən, onlayn resurslardan istifadə etməklə işə cəlb olunduğu
qeyd olunsa da, audit prosesində müvafiq sübutların toplanması zamanı məlumatların
gecikmələrlə təqdim olunması işçilərin məsafədən fəaliyyətinin təmin olunmasında
problemlərin olduğunu göstərdi.
3.4. İnformasiya və kommunikasiya:
Nazirlik daxilində struktur bölmələr arası əlaqənin elektronlaşdırılması məqsədilə
Elektron sənəd dövriyyəsi proqram təminatından istifadə olunmamışdır.
Nazirlikdə xarici kommunikasiya sistemi ayrı-ayrı şəxslər tərəfindən müxtəlif
məqsədlərə dair müraciətinin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradılsa da,
digər müəssisələr tərəfindən göndərilən rəsmi sənədlərin qəbulu, müvafiq işlərin
görülməsini özündə əks etdirən sənədlərin göstərilmiş icra müddətinə uyğun, effektiv icra
olunmasına nəzarətin təmin olunması üçün elektron sistemdən istifadə edilməmişdir.
Nazirlikdə informasiya mübadiləsinin aparılması üsullarını təsvir edən normativlər
qəbul olunnmamış, qanunvericilikdə edilmiş dəyişiklərin hüquqşunas tərəfindən izlənilməsi
üçün xüsusi proqram təminatında istifadə olunduğu qeyd olunsa da, bu dəyişikliklərin
müvafiq struktur bölmələrinə çatdırılması üçün lazımi proqram təminatı və ya hər hansı
qayda müəyyən olunmamışdır.
3.5. Monitorinq:
Nazirliyin strukturunda daxili nəzarət, daxili audit bölmələri mövcud olmamış, struktur
bölmələrinin fəaliyyətinə şöbə müdirləri və aparat rəhbəri nəzarət etmişdir.
AUDİTOR RƏYİ
Fikrimizcə, audit qrupu tərəfindən aşkar edilmiş faktlara
(nöqsan və
uyğunsuzluqlara) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən
təqdim olunan cavab məktubunda verilən izahatlara və yuxarıda göstərilənlərə əsasən
qeyd etmək olar ki, dövlət büdcəsindən auditi aparılan obyektlərin tikintisinə və əsaslı
təmirinə ayrılan vəsaitlərin istifadəsinin audit meyarları ilə müqayisədə əhəmiyyətli
uyğunsuzluq halları mövcuddur.
TƏKLİF VƏ TÖVSİYƏLƏR
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 29.06.2018-ci il tarixli
1199-VQ nömrəli Qanununun 27.6-cı maddəsinin tələblərinə və Ali Audit Qurumlarının
Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilən standartların tövsiyələrinə uyğun
olaraq, aşkar olunan uyğunsuzluqların və digər nöqsanların aradan qaldırılması
28
AUDİTOR TRİBUNASI
2020, №4
(kompensasiya ödənilməklə), müvafiq işçilərin öz məsuliyyətini dərk etməsi, gələcəkdə bu
kimi halların baş verməsinin qarşısının alınması və ən azı məhdudlaşdırılması istiqamətində
addımların atılması məqsədi ilə aşağıdakılar qeyd olunur:
Təklif olunur:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən:
1. “İşlərin qəbulu haqqında Akt”lara (F№2) əlavə iş həcmi daxil edilərək podratçı
təşkilatlara ƏDV ilə artıq ödənilmiş 415572,57 manat məbləğində vəsait üzrə:
¾ Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 170583,0
manatın;
¾ Bakı şəhəri F.Xoyski prospekti 98A ünvanında yerləşən Respublika Olimpiya
Mərkəzinin təmir obyekti üzrə 63662,0 manatın;
¾ Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə 154840,0
manatın podratçı təşkilatlar tərəfindən dövlət büdcəsinə qaytarılmasının nəzərə alınmasını.
2. Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisi obyekti üzrə podratçı
təşkilata artıq ödənilmiş
10700,0 manat və Lənkəran şəhərində Olimpiya İdman
Kompleksinin tikintisi obyekti üzrə podratçı təşkilata artıq ödənilmiş 15787,57 manat
vəsaitin dövlət büdcəsinə qaytarılmasını.
Tövsiyələr
Əhəmiyyətli uyğunsuzluqlar barədə hesabatda məlumat göstərildikdə, əhəmiyyətli
dərəcədə yaxşılaşma ehtimalı olan hallarda tövsiyələr verilir (ISSAI 4000\215). Bu tövsiyələr
istifadəçiləri üçün faydalı ola bilər.
Tövsiyələr hesabatdan ayrı olaraq təqdim edilə bilər, belə ki, onlar, əsasən, (adətən)
audit olunan təşkilatın rəhbərliyi üçün yazılır. Belə hallarda tövsiyələr rəhbərliyə müvafiq
məktubla da təqdim oluna bilər (ISSAI 4000\217).
Gənclər və İdman Nazirliyinin rəhbərliyi tərəfindən aşağıdakıların nəzərə alınması
tövsiyə olunur:
1. Auditlə əhatə olunan obyektlər üzrə buraxılış layihələrini növbəlilik üzrə ayrıca əks
etdirməklə, illər üzrə yeni və keçid layihələrin təsdiq edilmiş titul siyahıları, keçid layihələr
üzrə bağlanmış müqavilələrin surəti, investisiya qoyuluşunun texnoloji strukturu, o
cümlədən smetaya daxil edilən avadanlıq və qurğular barədə, layihə və layihənin əsas texniki
və iqtisadi parametrlərini müəyyənləşdirmək üçün layihə qabağı aparılmış araşdırmalar
barədə məlumatların Dövlət İnvestisiya Proqramına daxil edilmək üçün İqtisadiyat
Nazirliyinə təqdim edilməməsi, sifarişçi tərəfindən hazırlanmış binanın əsas texniki-iqtisadi
göstəriciləri, memarlıq həlləri, mühəndisi və texnoloji avadanlıqlara dair tələblərin Layihə
tapşırıqlarına daxil edilməməsi, dövlət tikinti normativlərinə tam əməl edilməməsi,
həmçinin obyektlərin layihə-smeta sənədlərinin tərtibi zamanı Layihədə göstərilən iş
həcmləri ilə smeta sənədləri arasında fərqlərin yaranmasına yol verilməsinin dövlət
vəsaitləri üzrə risklərin idarə edilməsində problemlərin olmasına və itkilərə şərait
yaratmasına gətirib çıxarması;
2. Malların (işlərin və xidmətlərin) satınalınması, eləcə də dövlət büdcəsindən və
büdcədənkənar dövlət fondlarından maliyyələşən təşkilatların maliyyə-təsərrüfat
fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən və
29
AUDİTOR TRİBUNASI
2020, №4
büdcədənkənar fondlarından, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən
təyinatı üzrə istifadə olunmaması ilə əlaqədar törədilmiş bəzi hüquqpozmalara görə
müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsi;
3. Nazirliyin aidiyyəti strukturları və Müdiriyyət tərəfindən mövcud Tikinti Norma və
Qaydaların tələblərinə uyğun hazırlanmayan layihə-smeta sənədlərinin icraya qəbul
olunması, icra zamanı bu normativlərə və bağlanmış satınalma müqavilələrinin tələblərinə
tam əməl olunmaması, həmçinin dövlət büdcəsindən hesabat ili üzrə ayrılan vəsaitin uzun
müddətə podratçı təşkilatın istifadəsində qalması, dövlət vəsaitlərindən rasional və tam
səmərəli istifadə edilməməsinə şəraitin yaradılması;
4. Daxili nəzarət sisteminin hüquqi aktlarla müəyyən edilən hədəflərə nail olunması
üçün fəaliyyətinin qənaətli, səmərəli və effektli aparılmasını, ehtiyatların qorunmasını,
mühasibat uçotunun düzgün və tam yerinə yetirilməsini, maliyyə və idarəetmə
məlumatlarının vaxtında və etibarlı emal olunmasını təmin etmək məqsədi ilə
formalaşdırılan struktur, metod, fəaliyyət və proseslərin məcmusu olduğunu;
Daxil və xaric olan sənədlərin qeydiyyatı, təsnifləşdirilməsi, icra müddətinə nəzarət,
cavablandırılması, arxivləşdirilməsi prosesinin elektronlaşdırılmasının görülən işlər üzrə
həm iş yükü, həm də zaman baxımından daha səmərəli, effektiv təşkil olunması üçün faydalı
ola bilməsi;
5. Yuxarıda qeyd olunan uyğunsuzluqlar, Müdiriyyətin Əsasnaməsində qoyulan
hədəflərə nail olmasının qarşısını alan hadisələrin, eləcə də onların baş vermə ehtimallarının
vaxtında müəyyən edilməməsi, tapşırıqların icra vəziyyəti, işçilərinin peşəkarlıq, dürüstlük
və etik dəyərlərə riayət etməsi səviyyəsi, risklərin təsirini azaltmaq və reallaşma
ehtimallarını minimuma endirmək üçün müvafiq qayda və prosedurların olmaması
ümumilkdə daxili nəzarətdə problemlərin olduğunu göstərir.
Hesab edirik ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin
edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədilə
informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması, Nazirliyin tabeliyində
olan struktur və qurumların fəaliyyətində şəffaflığın artırılması və risklərə şərait yaradan
halların aradan qaldırılması üçün modern və çevik idarəetmənin təmin edilməsi hər bir
dövlət orqanı üçün prioritet məsələlərdən biri olmalıdır.
30
AUDİTOR TRİBUNASI
2020, №4
Vaqif Həsənov
auditor, iqtisad üzrə fəlsəfə doktoru
DÖVLƏT BÜDCƏSİNDƏN RESPUBLİKANIN REGİONLARINDA SUBARTEZİAN
QUYULARININ LAYİHƏLƏNDİRİLMƏSİ VƏ TİKİNTİSİ ÜÇÜN “AZƏRBAYCAN MELİORASİYA
VƏ SU TƏSƏRRÜFATI” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNƏ AYRILAN VƏSAİTLƏRDƏN
İSTİFADƏNİN AUDİTİNİN NƏTİCƏLƏRİ BARƏDƏ AUDİTOR HESABATININ XÜLASƏSİ
ÜMUMİ MƏLUMATLAR
Auditin keçirilməsinin əsası: Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci il
üçün İş planı və 21.08.2020-ci il tarixli Q-65 nömrəli Kollegiya qərarı.
Auditin məqsədi: Dövlət büdcəsindən respublikanın regionlarında subartezian
quyularının layihələndirilməsi və tikintisi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadənin qüvvədə olan normativ-hüquqi
aktlara uyğunluğunun müəyyənləşdirilməsi.
Auditin predmeti:
¾ Quyuların layihələndirilməsi və tikintisi üçün tələb olunan vəsaitin hesablanmasının
əsaslılığı və düzgünlüyünün müəyyən edilməsi;
¾ Quyuların tikintisinə çəkilən xərclərin normativ aktlara uyğunluğunun müəyyən
edilməsi;
¾ Təhvil verilmiş quyuların nəzərdə tutulan məqsədlərə istifadəsi vəziyyətinin
müəyyən edilməsi.
Auditlə əhatə olunan dövr: 31.08.2020-ci il tarixindən 29.09.2020-ci il tarixinədək
aparılmaqla, 01.10.2017-ci il tarixindən 01.07.2020-ci il tarixədək olan dövrü əhatə
etmişdir.
Auditor hesabatı “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun
22.13-cü maddəsinin tələblərinə və Audit qrupu tərəfindən təqdim olunan Audit
Hesabatına əsasən, həmçinin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin Audit qrupunun hesabatı ilə bağlı bildirdiyi qeyd, irad və rəy, təqdim etdiyi
məlumatlar nəzərə alınmaqla Ali Audit Qurumlarının Beynəlxalq Standartları (İSSAİ) olan
100 (Dövlət sektorunda auditin təməl prinsipləri), 400 (Uyğunluq auditinin təməl
prinsipləri), 4000 (Uyğunluq auditi üzrə tövsiyələrə ümumi giriş) saylı standartların (İSSAİ-
ların) ümumi prinsiplərinə uyğun hazırlanmışdır.
Auditin obyekti: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin
(bundan sonra - Cəmiyyət) Tikilməkdə Olan Meliorasiya və İrriqasiya Obyektlərinin
Birləşmiş Müdiriyyəti (bundan sonra - Müdiriyyət).
31
AUDİTOR TRİBUNASI
2020, №4
AUDİTİN KEÇİRİLMƏSİ VƏ SÜBUTLARIN TOPLANMASI
Auditlə əhatə olunan vəsaitlər
Auditlə əhatə olunan dövrdə respublikanın müxtəlif bölgələrində əkin sahələrinin və
əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası
Prezidentinin 05.06.2017-ci il tarixli
2962 nömrəli Sərəncamına əsasən, 150 ədəd
subartezian quyusunun qazılmasına görə 10,5 mln. manat, Azərbaycan Respublikası
Prezidentinin 12.03.2018-ci il tarixli 3781 nömrəli Sərəncamı ilə 300 ədəd subartezian
quyusunun qazılmasına görə 21,0 mln. manat, Azərbaycan Respublikası Prezidentinin
05.11.2018-ci il tarixli
647 nömrəli Sərəncamı ilə 35 ədəd subartezian quyusunun
qazılmasına görə 2,5 mln. manat, Azərbaycan Respublikası Prezidentinin 12.02.2019-cu il
tarixli 952 nömrəli Sərəncamı ilə 300 ədəd subartezian quyusunun qazılmasına görə 21,0
mln. manat, Azərbaycan Respublikası Prezidentinin 31.07.2019-cu il tarixli 1367 nömrəli
Sərəncamı ilə 24 ədəd subartezian quyusunun qazılmasına görə 1,96 mln. manat,
Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli 1752 nömrəli Sərəncamı ilə
400 ədəd subartezian quyusunun qazılmasına görə 28,0 mln. manat, Azərbaycan
Respublikası Prezidentinin 03.03.2020-ci il tarixli 1884 nömrəli (31.07.2019-cu il tarixli 1367
nömrəli Sərəncamın davamı olaraq) Sərəncamı ilə 43 ədəd subartezian quyusunun
qazılmasına görə 3,0 mln. manat, cəmi 1252 ədəd subartezian quyusunun qazılmasına görə
87,96 mln. manat məbləğində vəsait ayrılmışdır.
Meliorasiya və irriqasiya obyektlərinin əsaslı tikintisinə ayrılan vəsaitlər Cəmiyyət
tərəfindən xəzinədarlığa verilmiş sifarişlər əsasında Müdiriyyətin xəzinə hesabında
aparılmışdır. Bundan sonra “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) 17.06.2006-cı il tarixli
149 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 20.09.2016-cı il
tarixli 353 nömrəli Qərarına əsasən, meliorasiya və irriqasiya obyektlərinin əsaslı tikintisinə
ayrılan vəsaitlər hesabına görülən işlərin sifarişçi funksiyaları Müdiriyyət tərəfindən həyata
keçirilmişdir.
2017-ci ildə əkin sahələrinin və əhalinin içməli suya olan təlabatının yaxşılaşdırılması
məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 05.06.2017-ci il tarixli 2962 nömrəli
Sərəncamına əsasən, 150 ədəd subartezian quyusunun qazılmasına görə ayrılmış
10500000,0 manat məbləğində vəsaitdən 3131000,0 manat Azərbaycan Respublikası
Hesablama Palatasının 23.10.2017-ci il tarixli Q-117 nömrəli Kollegiya Qərarına əsasən audit
qrupu tərəfindən 30.11.2017-ci il tarixdə yoxlanmış və nəticəsi üzrə akt tərtib edilmişdir.
Müdiriyyət tərəfindən təqdim edilmiş məlumat və Yerli Xəzinədarlıq Orqanının üzləşdirilmə
aktına əsasən, Sərəncamla nəzərdə tutulmuş vəsaitdən 01.10.2017-ci ilə icra olunmamış
7369000,0 manat məbləğində vəsaitə oktyabr-dekabr aylarında 7369000,0 manat
maliyyələşmə açılmış, kassa xərci də maliyyələşmə həddində icra olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 12.03.2018-ci il tarixli 3781 nömrəli Sərəncamı
ilə
300 ədəd subartezian quyusunun layihələndirilməsi və inşasına görə ayrılmış
21000000,0 manat vəsaitə qarşı maliyyələşmə, kassa və faktiki xərclər 100% həcmində,
05.11.2018-ci il tarixli
647 nömrəli Sərəncamla 35 ədəd subartezian quyusunun
layihələndirilməsi və inşasına görə ayrılmış 2500000,0 manat vəsaitə qarşı isə 2018-ci ildə
32
AUDİTOR TRİBUNASI
2020, №4
700000,0 manat məbləğində maliyyələşmə açılmış, kassa xərci də maliyyələşmə həcmində
olmuş və qalan 1800000,0 manat vəsait isə 15.02.2019-cu il tarixdə 1080000,0 manat və
11.03.2019-cu il tarixdə 720000,0 manat məbləğində vəsaitə xəzinədarlıq tərəfindən “Əsas
bölmələrə aid edilməyən sair xərclər» köməkçi bölməsinin “Müxtəlif xərclər” paraqrafından
maliyyələşmə açılaraq maliyyələşmə həddində kassa xərci aparılmışdır. Bununla da,
Sərəncamın birinci hissəsindəki tələb icra edilməyərək, növbəti ilin dövlət büdcəsinin “Əsas
bölmələrə aid edilməyən sair xərclər” köməkçi bölməsi hesabına icra edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12.02.2019-cu il tarixli 952 nömrəli Sərəncamı
ilə 300 ədəd subartezian quyusunun layihələndirilməsi və inşasına görə dövlət əsaslı vəsait
qoyuluşu xərclərindən ayrılmış 21000000,0 manat vəsaitə qarşı il ərzində tam həcmdə
maliyyələşmə açılaraq, kassa və faktiki xərclər də maliyyələşmə həcmində icra olunmuşdur.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 31.07.2019-cu il tarixli 1367 nömrəli
Sərəncamı ilə 24 ədəd subartezian quyusunun qazılmasına görə Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 1960000,0 manat məbləğində ayrılmış vəsaitə qarşı tam
həcmdə maliyyələşmə açılmış, kassa və faktiki xərclər təyinat səviyyəsində icra olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30.12.2019-cu il tarixli 1752 nömrəli Sərəncamı
ilə
2020-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 400 ədəd
subartezian quyusunun qazılmasına görə 28000000,0 manat məbləğində vəsait ayrılmış və
vəsaitin icrasına 2020-ci ildə başlanmışdır. Müdiriyyət tərəfindən təqdim edilmiş məlumat
və Yerli Xəzinədarlıq Orqanının üzləşdirmə aktlarına əsasən, Sərəncamla nəzərdə tutulmuş
28000000,0 manat məbləğində vəsaitə qarşı 2020-ci ilin yanvar-iyun aylarında 7146900,0
manat maliyyələşmə açılmış, kassa xərci 3758500,0 manat, faktiki xərclər isə 7146900,0
manat məbləğində olmuşdur. Faktiki xərclərin kassa xərci ilə müqayisədə 3388400,0 manat
məbləğində çox icra olunmasının səbəbi Podratçı müəssisələr tərəfindən iyun ayı üzrə
işlərin yerinə yetirilməsi barədə Forma 2 aktlarının Sifarişçiyə təqdim edilməsi, lakin həmin
dövr üzrə kassa xərcinin audit dövründən sonra aparılması hesabına olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 03.03.2020-ci il tarixli
1884 nömrəli
(31.07.2019-cu il tarixli 1367 nömrəli Sərəncamın davamı olaraq) Sərəncamı ilə 43 ədəd
subartezian quyusunun layihələndirilməsi və inşasına görə 3000000,0 manat məbləğində
ayrılmış vəsaitdən 2020-ci ilin yanvar-iyun aylarında yerinə yetirilmiş iş və xidmətlərə görə
474500,0 manat maliyyələşmə açılmış, kassa xərci 474500,0 manat, faktiki xərc isə
860500,0 manat məbləğində olmuşdur. Faktiki xərclərin kassa xərci ilə müqayisədə
01.07.2020-ci il tarixə 386000,0 manat məbləğində çox icra olunmasının səbəbi Podratçı
müəssisələr tərəfindən iyun ayı üzrə olan Forma 2 aktlarının Sifarişçiyə təqdim edilməsi,
lakin həmin dövr üzrə kassa xərcinin audit dövründən sonra aparılması hesabına olmuşdur.
Respublikanın müxtəlif yaşayış məntəqələrinin, eləcə də əkin sahələrinin su təminatına
görə Cəmiyyətin tabeli istismar idarələrinin balansında ümumilikdə 8094 ədəd quyu vardır
ki, onlardan 5164 ədədi (istismarda olan 4996 ədəd) 6 rayonda, o cümlədən Ağcabədi
rayonunda 995 ədəd (istismarda olan 924 ədəd), Tərtər rayonunda 538 ədəd (istismarda
olan 538 ədəd), Bərdə rayonunda 926 ədəd (istismarda olan 857 ədəd), Goranboy
rayonunda 895 ədəd (istismarda olan 885 ədəd), Ağdam rayonunda 965 ədəd (istismarda
olan 965 ədəd) və Şəmkir rayonunda 845 ədəd (istismarda olan 827 ədəd) quyu vardır.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında 2017-2019-cu illərdə və
2020-ci ilin yanvar-iyun aylarında layihələndirilmiş 1252 quyudan 2017-2019-cu illərdə 809
33
AUDİTOR TRİBUNASI
2020, №4
ədədi tikilərək əsas vəsait kimi Cəmiyyətin yerli istismar idarələrinin balansına verilmişdir.
Əsas vəsaitlərin daxil olması və onların əsas vəsait kimi uçotda əks olunması “Əsas vəsaitin
istismara qəbul edilməsi haqqında AKT” ilə rəsmiləşdirilmişdir. Yeni tikilmiş və istifadəyə
verilən quyular xüsusi qayda ilə dövlət tərəfindən təşkil olunmuş qəbul komissiyası vasitəsilə
yoxlanaraq qəbul olunmuş və həmin dövlət komissiyasının aktı ilə sənədləşdirilmişdir.
Mövcud qaydalara görə hər bir obyekt üzrə ayrılıqda qəbul-təhvil aktı tərtib olunmuşdur.
Tərtib olunmuş aktda obyektin tam xarakteristikası, tikilmə, onun texniki göstəricilərə
uyğunluğu və istifadəyə verildiyi tarix göstərilmişdir. Tərtib olunmuş akt ona əlavə olunmuş
istehsal-texniki sənədlərlə birlikdə əsas vəsait kimi uçota mədaxil olunması və inventar kartı
açmaq üçün müəssisə mühasibatlığına təqdim olunmuşdur. 2020-ci ildə yeni
layihələndirilən
443 ədəd (400 ədəd və 43 ədəd) quyunun inşa işləri isə davam
etdirilməkdədir.
2017-2019-cu illərdə layihələndirilərək inşa olunmuş və istismara verilmiş 809 ədəd
quyu hesabına sutkalıq 1698900,0 kub metr su hasil edilir ki, bu da 24270,0 hektar əkin
sahəsinin su ilə təmin olunmasına sərf edilir. Bununla yanaşı, 2020-ci ildə 443 ədəd quyu
layihələndirilmiş və hazırda inşaat işləri davam etdirilir ki, bunların hesabına da sutkalıq
930300,0 kub metr su hasil edilməklə 13290 hektar əkin sahəsi su ilə təmin olunacaqdır.
Auditlə əhatə olunan dövrdə layihələndirilmiş 1252 quyunun 464 ədədi və ya 37,1%-i
respublikanın 6 rayonu (Ağcabədi, Bərdə, Ağdam, Tərtər, Goranboy və Şəmkir rayonları) üzrə
olmuşdur ki, ondan 270 ədədinin və ya 58,2%-nin mövcud durumu audit qrupu tərəfindən
yoxlanmışdır.
Audit dövründə dövlət büdcəsindən ayrılmış 87,96 mln. manat məbləğində vəsaitdən
86,7 mln.manatına dövlət satınalmalarının 3 metodundan istifadə edilməklə satınalma
prosedurları keçirilmişdir. Keçirilmiş dövlət satınalmalarında 5 halda 33,3 mln. manat
dəyərində bir mənbədən satınalma metodunun tətbiq edilməsi ilə 28 müqavilə, 3 halda 24,1
mln.manat dəyərində təkliflər sorğusu ilə 19 müqavilə, 2 halda 29,28 mln.manat dəyərində
açıq tender ilə 11 müqavilə, cəmi 58 ədəd satınalma müqaviləsi bağlanmışdır. Bağlanmış
müqavilələrin 28 ədədi və ya 48,3%-i birmənbədən satınalma metodu üzrə, 19 ədədi və ya
32,7%-i təkliflər sorğusu üzrə, 11 ədədi və ya 20%-i açıq tender üzrə olmuşdur (Cədvəl 1).
Cədvəl 1. Auditlə əhatə olunan dövrdə keçirilmiş dövlət satınalmaları, mln. manatla
Tətbiq edilmiş dövlət
İllər
Müqavilə sayı
əhatə olunan vasait
satınalmalarının metodu
Bir mənbədən satınalma
11
10,3
2017
Cəmi
11
10,3
Bir mənbədən satınalma
14
20,7
2018
Təkliflər sorğusu
4
2,5
Cəmi
18
23,2
Təkliflər sorğusu
12
19,8
Bir mənbədən satınalma
1
0,9
2019
Təkliflər sorğusu
3
1,8
Bir mənbədən satınalma
1
0,2
Cəmi
17
22,7
Açıq tender
9
26,3
Bir mənbədən satınalma
1
1,2
2020
Açıq tender
2
2,98
Cəmi
12
30,5
CƏMİ
58
86,7
34
AUDİTOR TRİBUNASI
2020, №4
2019-2020-ci illərdə dövlət satınalmalarının açıq tender, təkliflər sorğusu və elektron
satınalmalarla həyata keçirilməsi hesabına satınalmalara yeni müəssisələrin cəlb edilməsi
ilə nəticələnmişdir ki, bu da dövlət satınalmaları sahəsində şəffaflığın və mikro, kiçik və orta
sahibkarlarının inkişafında düzgün rəqabətliliyin daha da artırılması, onlar üçün əlverişli
biznes şəraitinin, həmçinin dövlət satınalmalarında müsabiqələrin genişlənməsi dövlət
vəsaitlərinin qənaətlə istifadə olunmasına səbəb ola bilər.
Quyuların layihələndirilməsi və tikintisi üçün tələb olunan vəsaitin hesablanmasının
əsaslılığı və düzgünlüyünün müəyyən edilməsi
¾ Auditlə əhatə olunan dövrdə əkin sahələrinin suvarma suyuna və əhalinin içməli suya
olan təlabatının ödənilməsi məqsədilə subartezian quyularının inşa olunması üçün yerli icra
hakimiyyətləri tərəfindən əhali qruplarından, torpaq sahiblərindən və bələdiyyələrdən
aldıqları şikayət məktubları və təklifləri Azərbaycan Respublikasının Prezident
Administrasiyasına göndərmişlər. Administrasiya tərəfindən su tələbatı yaranmış yaşayış
məskənlərində quyuların inşası üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncam
layihəsinin hazırlanması üçün Cəmiyyətə su təlabatı yaranmış yerlərin araşdırılması barədə
tapşırıqlar verilmişdir. Cəmiyyət bir nümayəndə öz aparatından, bir nümayəndə
Müdiriyyətdən və bir nümayəndə “Azdövsutəslayihə” İnstitutundan ayırmaqla, müvafiq
rayonlarda yerli icra hakimiyyətlərinin yaratdıqları (Cəmiyyətin yerli istismar idarələrinin,
Gigiyena və Epidemiyologiya Mərkəzinin yerli şöbəsinin, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin yerli qurumlarının,
“Azərişiq” ASC və yerli bələdiyyələrin nümayəndələri
səviyyəsində) komissiya ilə təklif və şikayət məktublarında qeyd edilmiş yerlərə baxış
keçirmişlər. Komissiya tərəfindən təqdim edilmiş inşaat yerlərinin tələb olunan məqsədə
uyğunluğu barədə və qeyd olunan yerdə suyun olub-olmaması İnstitut tərəfindən
dəqiqləşdirilərək komissiya üzvlərinə məlumat verilmişdir. Komissiya üzvləri tərəfindən
yerləri uyğun hesab edilmiş ərazilər İcra Hakimiyyətlərinə təqdim edilmiş və İcra Hakimiyyəti
verilmiş uyğun yerlərin seçimini edərək komissiya üzvləri ilə birlikdə protokol tərtib etməklə,
bütün iştirakçılar tərəfindən imzalanmışdır. Komissiya üzvləri tərəfindən imzalanmış
protokollar təkrarən Azərbaycan Respublikasının Prezident Administrasiyasına
göndərilmişdir. Eyni zamanda, komissiya tərəfindən quyuların xarici elektrik təchizatı üçün
marşrutlar seçilmiş və İnstitutun hesablamaları ilə quyuların layihələndirilməsi və tikintisinə
çəkiləcək vəsaitin təxmini məbləği müəyyənləşdirilmişdir. Yerli icra hakimiyyətləri
tərəfindən quyu yerlərinin dəyişdirilməsinə dair yeni təkliflərinin olmadığı təqdirdə
sərəncam layihəsi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim
edilmişdir.
Audit gedişatında qazılmış quyuların mövcud durumlarına baxış keçirilərkən mövcud su
mənbəyinin yaxınlığında, şəxsi təsərrüfatlarda, Aqroparklara məxsus torpaq sahələrində,
nasos stansiyalarının və uşaq bağcalarının həyətində quyuların layihələndirilməsi və tikildiyi
müəyyən olunmuşdur. Bu da respublikanın regionlarında su təminatında müəyyən
çətinliklər yaranmış əkin sahələrinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin içməli suya
olan tələbatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin
sərəncamlarının hazırlanmasına dair bəzi yerli icra hakimiyyətləri tərəfindən yeni tikiləcək
subartezian quyularının yeri və sayı barədə təkliflər verilən zaman “Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin
35
AUDİTOR TRİBUNASI
2020, №4
06.06.2012-ci il tarixli
648 nömrəli Fərmanının 3.2-ci “Ərazinin sosial-iqtisadi inkişafı
sahəsində” bəndinin tələblərinə tam əməl edilməməsi, su çatışmazlığına görə bələdiyyə və
əhali qruplarının şikayət və təklifləri üzrə dəqiq araşdırmaların aparılmaması, bir sıra
hallarda texniki və hidrogeoloji şərait tam öyrənilmədən quyu yerlərinin müəyyən edilməsi,
əkin olmayan otlaq sahələrində quyuların qazılması və tikilmiş quyulardan nəzərdə
tutulmuş məqsədlərə tam istifadə edilməməsi ilə nəticələnmişdir.
¾ Auditlə əhatə olunan 2019-2020-ci illərdə tender komissiyası tərəfindən obyektlərin
ehtimal olunan qiymətlərinin hesablanması işlərində Nazirlər Kabinetinin 18.03.2019-cu il
tarixli 106 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların (işlərin və xidmətlərin) ehtimal olunan
qiymətlərinin hesablanması üsulları”ndan istifadə edilməmiş, Nazirlər Kabinetinin
qüvvədən düşmüş 05.12.2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin
mərhələlərlə həyata keçirilməsi Qaydaları”na əsasən, Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət
göstərən Tikintidə Qiymətqoyma Mərkəzinə (bundan sonra - Mərkəz) həvalə olunmuşdur.
Mərkəz tərəfindən ehtimal olunan qiymətlər hesablanarkən tender komissiyasının təqdim
etdiyi “Malların (işlərin və xidmətlərin) cari bazar qiymətləri barədə arayış”da bəzi mal
qruplarının qiymətlərinin cari bazar qiymətlərindən və Dövlət Statistika Komitəsinin
müvafiq illər üzrə dərc etdirdiyi rəsmi bülletenlərdəki eyni adlı mal qruplarının
qiymətlərindən yüksək götürülməsi hesabına ehtimal qiymətləri cari bazar qiymətlərindən
yüksək müəyyənləşdirilmişdir.
¾ Auditlə əhatə olunan dövrdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları
əsasında yeni layihələndirilən və inşa olunan subartezian quyularının xarici elektrik təchizatı
işlərinin sənədli araşdırılması zamanı bəzi nöqsanlara yol verildiyi müəyyən olunmuşdur.
Belə ki, Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Elektrik enerjisindən istifadə Qaydaları"nın 5-ci bəndinə əsasən, enerji təchizatçısının
balans mənsubiyyəti hava xətlərinin və yeraltı kabelin elektrik ayrıcı (“РЛНД”) qurğusuna
daxil olan uclarında müəyyənləşdirildiyi halda, “Azərişıq” ASC tərəfindən verilmiş hər bir
subartezian quyuları üzrə “Texniki şərt”də “Azərişıq” ASC-nin balansında olan bəzi mövcud
dirək və naqillərin Sifarişçi tərəfindən dəyişdirilməsi tələbləri qoyulmuş və işlərin yerinə
yetirilməsi “Azərişıq” ASC-nin müxtəlif tarixli və nömrəli arayışları ilə rəsmiləşdirilmişdir.
Lakin “Azərişıq” ASC-nin balansında olan dirək və elektrik hava xətlərinin dəyişdirilməsinə
dair yerinə yetirilmiş işlər quyuların xarici elektrik təchizatı üzrə Forma 2 aktlarına salınmasa
da, həmin xərclər ayrıcdan qurğuyadək olan xərclərin üzərinə gəlinməklə, ümumilikdə
17750199,65 manat dəyərində elektrik işlərindən 8875099,8 manat məbləğində “10 kV
elektrik hava xətlərinin çəkilməsi” işlərinin dəyərini 3106284,9 manat və ya 35,0%
artırmışdır (o cümlədən Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy və Şəmkir rayonları üzrə
ümumilikdə 1101501,8 manat məbləğində).
¾ 2017-2019-cu illərdə tikilərək istismara verilmiş quyuların müvafiq sərəncamlara,
eləcə də layihə-smeta sənədlərinə uyğun inşasının yoxlanması zamanı cəmi 809 ədəd inşa
olunmuş quyudan 80 ədədinin (2017-ci ildə 16 ədəd, 2018-ci ildə 30 ədəd, 2019-cu ildə 34
ədəd) artezian quyuları kimi qazılaraq istismara verildiyi, 2020-ci ildə yeni inşa olunan və
inşa işləri davam etdirilən 443 ədəd (400 ədəd və 43 ədəd) quyudan isə 44 ədədini artezian
quyularının təşkil etdiyi müəyyən olunmuşdur.
36
AUDİTOR TRİBUNASI
2020, №4
Quyuların tikintisinə çəkilən xərclərin normativ aktlara uyğunluğunun müəyyən
edilməsi
¾ Subartezian (o cümlədən artezian) quyularının layihə-smeta sənədləri bir mənbədən
satınalma metodundan istifadə edilməklə Cəmiyyətin tabeliyində olan "Azdövsutəslayihə"
İnstitutu tərəfindən həyata keçirilmişdir.
¾ Müdiriyyət tərəfindən müxtəlif yaşayış məntəqələrində subartezian quyularının
layihələndirilməsi və tikintisi işləri üzrə 2018-ci ildə 1 halda təkliflər sorğusu (3 müqavilə),
2019-cu ildə 2 halda təkliflər sorğusu (15 müqavilə), 2020-ci ildə isə 1 halda 8 Lot üzrə açıq
tender (11 müqavilə) keçirilmişdir. Satınalmalar üzrə sənədlərin araşdırılması zamanı bütün
hallarda Müdiriyyət tərəfindən
“Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununun 5.3-cü maddəsinin tələbləri gözlənilməmiş və satınalmalar
nəticəsində bağlanmış müqavilələr barədə məlumatlar 5 bank günü ərzində tender
haqqında elanın verildiyi mətbuat orqanında dərc etdirilsə də, rəsmi internet saytında
yerləşdirilməmişdir.
¾ Müdiriyyətlə İcraçı müəssisələr arasında bağlanmış satınalma müqavilələrinin 13-cü
bəndində müqavilə üzrə ödəmələr, o cümlədən avans ödənişi Sifarişçi tərəfindən tenderin
əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmədiyi halda,
2017-ci ilin hesabat dövründə 2 müqavilə üzrə, o cümlədən tikinti işlərinin 15.12.2017-ci il
tarixinədək yerinə yetirilmədiyi və müqavilə şərtlərinə əməl edilmədən işlərin 2018-ci ilin
yanvar ayında tamamlanmasına baxmayaraq, işlərin dəyəri 2017-ci ilin dekabr ayında avans
kimi qabaqcadan ödənilmişdir.
¾ Müdiriyyət tərəfindən respublikanın müxtəlif yaşayış məntəqələrində əhalinin və
əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün subartezian quyularının
layihələndirilməsi işlərinə görə "Azdövsutəslayihə" İnstitutuna 2017-ci ilin IV rübündə
50000,0 manat, 2018-ci ildə 900000,0 manat, 2019-cu ildə 950000,0 manat, 2020-ci ildə
855000,0 manat, cəmi 2755000,0 manat məbləğində vəsait ödənilmişdir. Lakin İnstitut
tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 24.10.2008-ci il tarixdə
qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin 71 nömrəli, 01.09.2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş "Müəssisə, bina və
qurğuların tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması
qaydaları"nın tələblərinə əməl edilməmiş və qazılaraq istismara verilmiş quyuların tikinti-
quraşdırma işlərinə müəllif nəzarəti həyata keçirilməmişdir.
¾ 24.07.2017-ci il tarixində Müdiriyyətlə icraçı arasında 1615000,0 manat məbləğində
satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən, icraçı tərəfindən Ağstafa rayonunda
7 ədəd, Ağsu rayonunda 2 ədəd, Ağdaş rayonunda 1 ədəd, İsmayıllı rayonunda 4 ədəd, Oğuz
rayonunda 4 ədəd, Qazax rayonunda 6 ədəd, Tovuz rayonunda 6 ədəd, Şəmkir rayonunda 7
ədəd quyunun qazılması işləri 15.12.2017-ci il tarixinədək yerinə yetirilməli, gecikmə olduğu
təqdirdə isə hər günə görə 0,1%, cəmi isə ümumi məbləğin 1,0%-i həcmində cərimə
ödənilməli idi. İcraçının tərtib etdiyi Forma 2 aktına əsasən Qazax, Ağdaş, Ağstafa, Tovuz
rayonlarında inşa edilmiş subartezian quyularının tikinti işləri müqavilə şərtlərinə əməl
edilmədən uzadılmış və 2018-ci ilin yanvar ayında tamamlanmışdır. Lakin icraçı tərəfindən
müqavilə şərtlərinə əməl edilmədiyi halda, ona 16150,0 manat məbləğində cərimə tətbiq
edilməmişdir.
37
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Müdiriyyətlə icraçı arasında 01.08.2017-ci il tarixdə 3444000,0 manat məbləğində
satınalma müqaviləsi bağlanmış, müqaviləyə əsasən icraçı tərəfindən 134 ədəd subartezian
quyusunun xarici elektrik təchizatı işləri 15.12.2017-ci il tarixinədək yerinə yetirilməli,
gecikmə olduğu təqdirdə hər günə görə 0,1%, cəmi isə ümumi məbləğin 1,0%-i həcmində
cərimə ödəməli olduğu təqdirdə, icraçının tərtib etdiyi Forma 2 aktına əsasən, Füzuli,
Qobustan, Astara, Yardımlı, Şamaxı, Xaçmaz, Ağstafa, Cəlilabad, Qazax, Quba, Qusar
rayonlarında və Gəncə şəhərində inşa edilmiş subartezian quyularının xarici elektrik
təchizatı işləri müqavilə şərtlərinə əməl edilmədən uzadılmış və 2018-ci ilin yanvar ayında
tamamlanmışdır. Lakin icraçı tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyi halda, ona
34440,0 manat məbləğində cərimə tətbiq edilməmişdir.
¾ 07.12.2018-ci ildə Müdiriyyətlə icraçılar arasında bağlanmış 480000,0 manat,
1346785,7 manat və 538714,27 manat məbləğində satınalma müqavilələrinə əsasən,
icraçılar tərəfindən müvafiq olaraq, 7, 20 və 8 ədəd subartezian quyusunun qazılması işləri
28.01.2019-cu il tarixinədək yerinə yetirilməli, gecikmə olduğu təqdirdə hər günə görə
0,1%, cəmi isə ümumi məbləğin 1,0%-i həcmində cərimə ödəməli olduğu halda, icraçıların
tərtib etdiyi Forma 2 aktına əsasən qazma işləri müqavilə şərtlərinə əməl edilmədən
uzadılmış və 2019-cu ilin fevral ayında (10 gündən çox gecikmə ilə) tamamlanmışdır. Lakin
icraçılar tərəfindən müqavilə şərtlərinə əməl edilmədiyi halda, onlara müvafiq olaraq,
4800,0 manat, 13467,86 manat və 5387,1 manat məbləğində cərimə tətbiq edilməmişdir.
¾ 2019-cu ildə əhalisi 736649 nəfər olan 41 şəhər və rayonun 255 yaşayış
məntəqəsində əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan təlabatının
ödənilməsi üçün 300 ədəd subartezian quyusunun layihələndirilməsi və tikinti işləri üçün
layihə sənədlərinin hazırlanmasına görə Müdiriyyətlə "Azdövsutəslayihə" İnstitutu arasında
900000,0 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə görə İcraçı
tərəfindən 30.06.2019-cu il tarixinədək 300 subartezian quyusu üzrə layihə-smeta
sənədləri hazırlanaraq Sifarişçiyə təqdim edilməli idi. Lakin İcraçı tərəfindən müqavilə
öhdəliklərinə əməl edilməmiş və işlər 60 gündən çox müddətə (aralıq aktlarına əsasən)
gecikmə ilə icra olunmuşdur. Gecikmə hallarının olmasına baxmayaraq müqavilə şərtlərinə
görə 9000,0 manat məbləğində cərimə tətbiq edilməmişdir.
¾ 24.07.2017-ci il tarixində Müdiriyyətlə icraçı arasında bağlanmış 1615000,0 manat
məbləğində satınalma müqaviləsinə əsasən quyuların tikinti işlərinin 15.12.2017-ci il
tarixinədək yerinə yetirilmədiyi və müqavilə şərtlərinə əməl edilmədən 2018-ci ilin yanvar
ayında tamamlanmasına baxmayaraq, Forma 2 üzrə ödənilmiş vəsait Müdiriyyətin
hesabatında debitor borcu kimi uçota alınmamışdır.
¾ Müdiriyyətlə icraçı arasında 01.08.2017-ci il tarixində 3444000,0 manat məbləğində
satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən, icraçı tərəfindən quyuların xarici
elektrik təchizatı işləri 15.12.2017-ci il tarixinədək yerinə yetirilməli olduğu halda, icraçı
tərəfindən bəzi rayonlarda inşa edilmiş subartezian quyularının xarici elektrik təchizatı işləri
müqavilə şərtlərinə əməl edilmədən 2018-ci ilin yanvar ayında tamamlanmışdır. Forma 2
aktlarına əsasən icraçıya ödənilmiş vəsaitlər Müdiriyyətin debitor və kreditor borcu barədə
hesabatında uçota alınmamışdır.
Təhvil verilmiş quyuların nəzərdə tutulan məqsədlərə istifadəsi vəziyyətinin
müəyyən edilməsi
38
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Ağcabədi rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən 86 quyudan 38-nin, o cümlədən 2017-ci il üzrə 3 ədəd, 2018-ci il üzrə 11
ədəd, 2019-cu il üzrə 14 ədəd və 2020-ci il üzrə 10 ədəd quyunun mövcud istifadə vəziyyəti
yoxlanmışdır. Yoxlama zamanı İstismarçı tərəfindən “Dövlət əmlakının qorunub saxlanması
və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə qismən əməl edilmədiyi
müəyyən edilmişdir. Belə ki, 12 halda suyun təzyiqini ölçən manometrlər nasaz vəziyyətdə
olmuş, 6 halda, o cümlədən 2017-ci ildə Hindarx kəndində inşa edilmiş 8 nömrəli, 2018-ci
ildə Köyük kəndində inşa edilmiş 11 nömrəli, Şahsevən kəndində inşa edilmiş 17 nömrəli,
Hindarx kəndində inşa edilmiş 1 nömrəli, 2019-cu ildə Hindarx kəndində inşa edilmiş 3
nömrəli, Minəxorlu kəndində inşa edilmiş 14 nömrəli quyularda manometrlər quyu
başlığından açılaraq yerinə boru ucluqları bağlanmış, 19 halda su sayğacları nasaz
vəziyyətdə, 6 halda, o cümlədən 2017-ci ildə Köyük kəndində inşa edilmiş 1 nömrəli, Hindarx
kəndində inşa edilmiş 8 nömrəli, Taynaq kəndində inşa edilmiş 7 nömrəli, 2018-ci ildə Köyük
kəndində inşa edilmiş 12 nömrəli, Poladlı kəndində inşa edilmiş 3 nömrəli, Kəhrizli kəndində
inşa edilmiş 7 nömrəli quyuların su sayğaclarının quyu başlığından çıxarılması, 8 halda
quyuların iş prinsipinə zidd olaraq quyu başlıqlarında konstruktiv dəyişikliklər edilmiş,
quyular üçün quraşdırılmış transformatorlar yalnız quyuların elektrik gərginliyi üçün
nəzərdə tutulduğu halda, 3 transformatordan, o cümlədən 2017-ci ildə Hindarx kəndində
inşa edilmiş 8 nömrəli quyudan yaxınlıqda yerləşən şəxsi fermaya və digər istiqamətə, 2019-
cu ildə Şahmallı kəndində inşa edilmiş 13 nömrəli quyudan şəxsi fermaya elektrik xətləri
çəkilmiş, 2 halda, o cümlədən 2017-ci ildə Köyük kəndində inşa edilmiş 1 nömrəli və 2018-ci
ildə Köyük kəndində inşa edilmiş 12 nömrəli quyuların quyu başlığının siyirtməsi çıxarılmış, 2
halda, mövcud siyirtmələr nasaz vəziyyətdə olmuş, 2 halda, o cümlədən 2018-ci ildə Hindarx
kəndində inşa edilmiş 2 nömrəli və Kəhrizli kəndində inşa edilmiş 7 nömrəli quyuların
reperləri quyu sahəsindən çıxarılmış və bütün hallarda quyuların texniki göstəriciləri
mövcud reperlərə qeyd edilməmişdir.
Quyulara baxış zamanı 1 halda quyunun fasiləsiz istismarı nəticəsində quyu ağzının
betonunun çatlayaraq yararsız vəziyyətə düşdüyü müəyyən edilmişdir. Eləcə də, 15 quyu
sahəsində təmizlik işləri və alaq otlarının vurulması təmin edilməmiş, bu səbəbdən də
yanğın təhlükəsi yaranmış, 4 halda quyu sahəsinin hasarında kənar müdaxilələrlə əlaqədar
müxtəlif hissələri sökülmüşdür. 2019-cu ildə 1 halda Şahsevən kəndində inşa edilmiş 6
nömrəli quyunun suqaldırıcı borusundan əks klapan olmadığı üçün quyunun iş prinsipi
pozulmuşdur.
Bəzi subartezian quyularına nəzarət mexanizmini həyata keçirmək üçün innovativ
texnoloji elementlərlə təchiz edilmiş, uzaqdan idarəetmə qurğusu olan SCADA sisteminin
quraşdırılmasına baxmayaraq, 21 halda həmin qurğular işləməmişdir. 2019-cu ildə 1 halda
Hindarx kəndində inşa edilmiş 4 nömrəli quyuda SCADA tipli uzaqdan idarəetmə
qurğusunun nəzarət kamerası dirəkdən açılmış və quyu sahəsində müəyyən olunmamışdır.
¾ Ağdam rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən 84 quyudan 58-nin, o cümlədən 2017-ci il üzrə 4 ədəd, 2018-ci il üzrə 38
ədəd, 2019-cu il üzrə 6 ədəd və 2020-ci il üzrə 10 ədəd quyunun istismar vəziyyəti
yoxlanmışdır. Yoxlama zamanı İstismarçı tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması
və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
39
AUDİTOR TRİBUNASI
2020, №4
Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə qismən əməl edilmədiyi
müəyyən edilmişdir. Belə ki, 6 halda suyun təzyiqini ölçən manometrlər nasaz vəziyyətdə
olmuş, 1 halda 2017-ci ildə Sarıcalı kəndində inşa edilmiş subartezian quyusundan
manometr quyu başlığından açılaraq yerinə boru ucluğu bağlanmış, 5 halda su sayğacları
nasaz vəziyyətdə, 1 halda Fövqəladə Hallar Nazirliyinin Baş Dövlət Ekspertizası İdarəsinin
(bundan sonra - Ekspertiza İdarəsi) rəyi olmadan və layihə-smeta sənədlərinə əməl
edilmədən quyunun iş prinsipinə zidd olaraq quyu başlığında konstruktiv dəyişiklik edilmiş
və bütün hallarda quyuların texniki göstəriciləri reperlərə qeyd edilməmişdir.
Quyuların mövcud durumu yoxlanarkən 1 halda quyu sahəsində sahə nəzarətçiləri
tərəfindən vaxtaşırı təmizlik işləri aparılmadığı və alaq otlarının vurulmadığı, 1 halda
quyunun suqaldırıcı borusunda əks klapanın olmadığı və quyunun iş prinsipinin pozulduğu,
4 halda isə quyularda suyun enerjisini söndürən qurğularda su sızmalarının olduğu
müşahidə edilmişdir.
Qeyd edilənlərlə yanaşı, bəzi quyularda SCADA uzaqdan idarəetmə sisteminin
quraşdırılmasına baxmayaraq, 2 halda, o cümlədən 2019-cu ildə Baharlı kəndində 21
nömrəli və Orta Qərvənd kəndində 22 nömrəli subartezian quyularının qurğuları işləməmiş,
1 halda isə 2019-cu ildə Ballar kəndində inşa edilmiş subartezian quyusu digər subartezian
quyusuna 170 metr məsafədə inşa olunmuşdur.
¾ Bərdə rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən 68 quyudan 42 ədəd subartezian quyusunun, o cümlədən 2017-ci il üzrə 6
ədəd, 2018-ci il üzrə 17 ədəd, 2019-cu il üzrə 17 ədəd və 2020-ci il üzrə 2 ədəd quyunun
mövcud vəziyyəti yoxlanmışdır. Yoxlama ilə İstismarçı tərəfindən “Dövlət əmlakının qorunub
saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə qismən əməl
edilmədiyi müəyyən edilmişdir. Belə ki, 21 halda suyun təzyiqini ölçən manometrlər nasaz
vəziyyətdə olmuş, 8 halda, o cümlədən Qaradəmirçi kəndində inşa olunmuş 38 nömrəli,
Əmirli kəndində inşa olunmuş 40 nömrəli, Şahvəlilər kəndində inşa olunmuş 41 nömrəli,
Qurdlar kəndində inşa olunmuş 69 nömrəli, Soğanverdilər kəndində inşa olunmuş 73 və 74
nömrəli, Şərəfli kəndində inşa olunmuş 75 nömrəli, Xanərəb kəndində inşa olunmuş 62
nömrəli quyularda manometrlər quyu başlığından açılaraq yerinə boru ucluqları bağlanmış,
17 halda su sayğacları nasaz vəziyyətdə, 4 halda, o cümlədən 2017-ci ildə Əmirli kəndində
inşa olunmuş 40 nömrəli, Şahvəlilər kəndində inşa olunmuş 41 nömrəli, 2018-ci ildə
Piyadalar kəndində inşa olunmuş 72 nömrəli, Kələntərli kəndində inşa olunmuş 84 nömrəli
subartezian quyularında su sayğaclarının olmadığı, 13 halda, o cümlədən 2017-ci ildə
İmamqulubəyli kəndində inşa olunmuş 34 nömrəli, Birinci Qazaxlar kəndində inşa olunmuş
35 nömrəli, Qaradəmirçi kəndində inşa olunmuş 38 nömrəli, Xanərəb kəndində inşa
olunmuş 39 nömrəli, Şahvəlilər kəndində inşa olunmuş 41 nömrəli, 2018-ci ildə Kətəlparaq
kəndində inşa olunmuş 70 nömrəli, Piyadalar kəndində inşa olunmuş 72 nömrəli, Əmirli
kəndində inşa olunmuş 75 nömrəli, Böyük Qacar kəndində inşa olunmuş 80 nömrəli,
Qaradəmirçi kəndində inşa olunmuş 81 nömrəli, 2019-cu ildə Mirzalıbəyli kəndində inşa
olunmuş 74 nömrəli, Şərəfli kəndində inşa olunmuş 78 nömrəli, Şirvanlı kəndində inşa
olunmuş 67 nömrəli subartezian quyularında Ekspertiza İdarəsinin rəyi olmadan və layihə-
smeta sənədlərinə əməl edilmədən əsassız şəkildə quyuların iş prinsipinə zidd olaraq
konstruktiv dəyişikliklər edilmiş, quyular üçün quraşdırılmış transformatorlar yalnız quyu
40
AUDİTOR TRİBUNASI
2020, №4
nasoslarının elektrik gərginliyi üçün nəzərdə tutulduğu halda, 2 transformatordan, o
cümlədən 2017-ci ildə Birinci Qazaxlar kəndində inşa olunmuş 35 nömrəli və 2018-ci ildə
Şahvəlilər kəndində inşa olunmuş 79 nömrəli subartezian quyularının transformator
yarımstansiyasından kənar obyektlərə elektrik xətləri çəkilmiş, 3 halda quyu başlığının
siyirtməsi çıxarılmış, 1 halda mövcud siyirtmə nasaz vəziyyətdə olmuş və bütün hallarda
quyuların texniki göstəriciləri reperlərə qeyd edilməmişdir.
Bununla yanaşı, 3 halda, o cümlədən 2017-ci ildə Xanərəb kəndində inşa olunmuş 39
nömrəli, 2018-ci ildə Qurdlar kəndində inşa olunmuş 69 nömrəli, Piyadalar kəndində inşa
olunmuş 71 nömrəli quyuların fasiləsiz istismarı nəticəsində quyu ağzının betonu çatlayaraq
yararsız vəziyyətə düşmüşdür.
Quyuların mövcud durumu yoxlanarkən 11 quyu sahəsində vaxtaşırı təmizlik işlərinin
aparılmaması və alaq otlarının vurulmamasına görə yanğın təhlükəsinin yarandığı, 8 halda
quyu sahəsinin hasarında müxtəlif hissələrinin söküldüyü, 2 halda quyunun suqaldırıcı
borusunun əks klapanlarının olmadığı üçün iş prinsipinin pozulduğu, 8 halda isə quyularda
suyun təzyiqini söndürən qurğularda su sızmaları müşahidə olunmuşdur. Yoxlama zamanı 5
halda, o cümlədən 2018-ci ildə Soğanverdilər kəndində inşa olunmuş 73 nömrəli quyudan 1
ədəd, Şərəfli kəndində inşa olunmuş 78 nömrəli quyudan 1 ədəd, Kələntərli kəndində inşa
olunmuş 84 nömrəli quyudan 1 ədəd, 2019-cu ildə Soğanverdilər kəndində inşa olunmuş 64
nömrəli quyudan 2 ədəd, Piyadalar kəndində inşa olunmuş 65 nömrəli quyudan 1 ədəd su
qaldırıcı boruları çıxarılaraq quyu sahəsinə qoyulduğu müəyyən edilmişdir.
Bəzi subartezian quyuları nəzarət mexanizmini həyata keçirmək üçün innovativ
texnoloji elementlərlə təchiz edilmiş uzaqdan idarəetmə qurğusu olan SCADA sisteminin
quraşdırılmasına baxmayaraq, 12 halda həmin qurğular işləməmişdir.
2017-ci ildə Şahvəlilər kəndində inşa edilmiş 41 nömrəli subartezian quyunun fasiləsiz
işlədilməsi ilə əlaqədar kaskad idərəetmə şkafı və kompensasiya qurğusu yanmış, 2020-ci
ildə Şirvanlı kəndində yeni tikilmiş 97 nömrəli quyu su mənbəyinin (kanal) yaxınlığında inşa
olunmuşdur.
¾ Tərtər rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən 54 quyudan 39-nun, o cümlədən 2017-ci il üzrə 7 ədəd, 2018-ci il üzrə 13
ədəd, 2019-cu il üzrə 13 ədəd və 2020-ci il üzrə 6 ədəd quyunun mövcud vəziyyəti
yoxlanmışdır. Yoxlama ilə İstismarçı tərəfindən “Dövlət əmlakının qorunub saxlanması və
səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə qismən əməl edilmədiyi
müəyyən edilmişdir. Yoxlama zamanı 19 halda suyun təzyiqini ölçən manometrlər və 19
halda su sayğacları nasaz vəziyyətdə olmuş, 11 halda subartezian quyularının iş prinsipinə
zidd olaraq quyu başlıqlarında Ekspertiza İdarəsinin rəyi olmadan və layihə-smeta
sənədlərinə əməl edilmədən konstruktiv dəyişikliklər edilmiş, 1 halda 2017-ci ildə Səhləbad
kəndində inşa olunmuş 128 nömrəli subartezian quyusundan quyu başlığının siyirtməsi
çıxarılmış və bütün hallarda quyuların texniki göstəriciləri reperlərə qeyd edilməmişdir.
2017-ci ildə 1 halda Köçərli kəndində inşa edilmiş 126 nömrəli quyunun fasiləsiz və
nəzarətsiz istismarı nəticəsində quyu ağzının betonu çatlayaraq yararsız vəziyyətə düşmüş,
3 halda, o cümlədən 2017-ci ildə Seydimli kəndində inşa edilən 123 nömrəli, 2018-ci ildə
Bala Kəngərli kəndində inşa olunmuş 256 nömrəli və 2019-cu ildə Bala Kəngərli kəndində
41
AUDİTOR TRİBUNASI
2020, №4
inşa olunmuş 260 nömrəli quyuların suqaldırıcı borusundan əks klapanları olmadığına görə
quyunun iş prinsipi pozulmuş, 4 halda quyu sahəsinin hasarında kənar müdaxilələrlə
əlaqədar müxtəlif hissələri sökülmüş və 8 metrlik hissə quyu sahəsində müəyyən
edilməmiş, 11 halda quyularda təmizlik və təhlükəsizlik qaydalarına əməl olunmamışdır.
2018-ci ildə 2 halda, o cümlədən Kəbirli kəndində inşa olunmuş 259 nömrəli və 2019-cu
ildə Qarağacı kəndində inşa olunmuş 267 nömrəli quyularda suyun enerjisini söndürən
qurğularda su sızmaları müşahidə olunmuşdur ki, bu da quyu divarında uçma təhlükəsi
yaratmışdır. Müvafiq dövrdə inşa olunmuş subartezian quyuları 5 halda mövcud su
kanallarının yaxınlığında inşa olunmuşdur. 2017-ci ildə 1 halda Buruc kəndində inşa olunmuş
124 nömrəli subartezian quyusundan 1 ədəd (11 metr uzunluğunda olan) suqaldırıcı boru
çıxarılmışdır.
Quyulara baxış zamanı subartezian quyularının başlığında quraşdırılmış su sərfiyyatını
ölçən su sayğaclarının (19 halda) nasaz vəziyyətə düşməsi müəyyən edilmişdir.
Bəzi subartezian quyularına nəzarət mexanizmini həyata keçirmək üçün innovativ
texnoloji elementlərlə təchiz edilmiş və uzaqdan idarəetmə qurğusu olan SCADA sisteminin
quraşdırılmasına baxmayaraq, 26 halda həmin qurğular işləməmişdir.
Subartezian quyularının müvafiq sərəncamlardakı təyinata uyğunluğu yoxlanarkən 2
halda, o cümlədən 2018-ci ildə Tərtər şəhərində inşa olunmuş 249 nömrəli və 2019-cu ildə
Bayandur kəndində inşa olunmuş 266 nömrəli quyulardan tingçilik təsərrüfatı və otlağa su
vermək üçün istifadə olunduğu, həmçinin 2019-cu ildə 1 halda Tərtər şəhər ərazisində inşa
olunmuş 256 nömrəli quyunun otlaq sahəsində olduğu müəyyən olunmuşdur.
Quyular üçün quraşdırılmış transformatorlar yalnız quyu nasoslarının elektrik gərginliyi
üçün nəzərdə tutulsa da, 1 halda Buruc kəndində əvvəlki illərdə inşa edilmiş mövcud
subartezian quyusunun transformatorundan kənar məqsədlər üçün elektrik xətləri
çəkilmişdir.
¾ Şəmkir rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən (2020-ci ildə qazılacaq quyularla birlikdə 54 quyudan faktiki qazılmış 39
quyu) 39 quyudan 31-nin, o cümlədən 2017-ci il üzrə 6 ədəd, 2018-ci il üzrə 12 ədəd, 2019-
cu il üzrə 12 ədəd və 2020-ci il üzrə 1 ədəd quyunun istismar vəziyyəti yoxlanmışdır. Yoxlama
ilə İstismarçı tərəfindən “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
06.06.2007-ci il tarixli Fərmanının tələblərinə bəzi hallarda əməl edilməmişdir. Yoxlama
zamanı 22 subartezian quyusunun iş prinsipinə zidd olaraq, quyu başlıqlarında Ekspertiza
İdarəsinin rəyi olmadan və layihə-smeta sənədlərinə əməl edilmədən konstruktiv
dəyişikliklər edilmiş, 22 halda suyun təzyiqini ölçən manometrlər nasaz vəziyyətdə olmuş, 2
halda, o cümlədən 2019-cu ildə Dəllər Cırdaxan kəndində inşa olunmuş 252 nömrəli və
Düyərli kəndində inşa olunmuş 243 nömrəli quyularda manometrlər quyu başlığından
açılaraq yerinə boru ucluqları bağlanmış, 18 halda su sayğacları nasaz vəziyyətdə, 9 halda, o
cümlədən 2018-ci ildə Zəyəm Qəsəbəsində inşa olunmuş 241 və 242 nömrəli, Düyərli
kəndində inşa olunmuş 245 nömrəli, 2019-cu ildə Düyərli kəndində inşa olunmuş 241, 242
və 243 nömrəli, Zəyəm Qəsəbəsində inşa olunmuş 240 nömrəli, Dəllər Cəyir kəndində inşa
olunmuş 248 nömrəli, Dəllər Cırdaxan kəndində inşa olunmuş 252 nömrəli quyuların su
sayğaclarının olmamış, quyular üçün quraşdırılmış transformatorlar yalnız quyuların elektrik
42
AUDİTOR TRİBUNASI
2020, №4
gərginliyi üçün nəzərdə tutulduğu halda, 6 ədəd quyu transformatorundan kənar
məqsədlərə elektrik xətləri çəkilmiş, 1 halda “Texniki şərt”ə əsasən 10 kv-luq elektrik hava
xətləri subartezian quyusunun elektrik təchizatı üçün nəzərdə tutulduğu halda, buna zidd
olaraq digər şəxsi fermer təsərrüfatınadək çəkilmiş, 8 halda quyu başlığı kəsilmiş, 1 halda
kaskad idarəetmə şkafı və kompensasiya qurğusu yanmış, 2 halda mövcud siyirtmələr nasaz
vəziyyətdə olmuş, 4 halda isə, o cümlədən 2018-ci ildə Bayramlı kəndində inşa olunmuş 242
nömrəli, 2019-cu ildə Düyərli kəndində inşa olunmuş 243 nömrəli, Dəllər Cırdaxan kəndində
inşa olunmuş 219 nömrəli, Dəllər Daşbulaq kəndində inşa olunmuş 249 nömrəli quyulardan
siyirtmələr çıxarılmışdır. Subartezian quyularının sahələri 25 halda baxımsızlıq səbəbindən
ot örtüyü ilə örtülərək yanğın təhlükəsi yaratmış, 4 halda quyular su mənbəyinin
yaxınlığında inşa olunmuş, 2 halda transformatordan elektrik açarı çıxarılmış, 1 halda isə
elektrik açarı qurğunun fasiləsiz istismarı nəticəsində yanmış və 1 halda quyu hasarı təmirlə
əlaqədar sökülsə də, layihəyə uyğun quraşdırılmamışdır. Bəzi subartezian quyularına
nəzarət mexanizmini həyata keçirmək üçün innovativ texnoloji elementlərlə təchiz edilmiş
uzaqdan idarəetmə qurğusu olan SCADA sisteminin quraşdırılmasına baxmayaraq 24 halda
həmin qurğular işləməmişdir.
Ekspertiza İdarəsinin rəyi olmadan və layihə-smeta sənədlərinə əməl edilmədən Şəmkir
rayon Suabartezian Quyularının İstismarı İdarəsi tərəfindən 22 halda o, cümlədən 2017-ci
ildə Şəmkir şəhəri ərazisində inşa edilmiş 116 və 117 nömrəli, Yeniabad kəndində inşa
edilmiş 122 nömrəli, Düyərli kəndində inşa edilmiş 120 nömrəli, Dəllər Cırdaxan kəndində
inşa edilmiş 119 nömrəli, Düyərli kəndində inşa edilmiş 121 nömrəli, 2018-ci ildə Çinarlı
kəndində inşa edilmiş 236 nömrəli, Qasım İsmayılov kəndində inşa edilmiş 247 nömrəli,
Düyərli kəndində inşa edilmiş 245 nömrəli, Bayramlı kəndində inşa edilmiş 242 nömrəli,
Düyərli kəndində inşa edilmiş 244 nömrəli, Sabirkənd kəndində inşa edilmiş 240, Zəyəm
qəsəbəsi ərazisində inşa edilmiş 241 nömrəli, Dəllər Cəyir kəndində inşa edilmiş 237
nömrəli, 2019-cu ildə Şəmkir şəhəri ərazisində inşa edilmiş 239 nömrəli, Dəllər Cəyir
kəndində inşa edilmiş 248 nömrəli, Düyərli kəndində inşa edilmiş 241, 242 və 243 nömrəli,
Bayramlı kəndində inşa edilmiş 244 nömrəli, Zəyəm qəsəbəsi ərazisində inşa edilmiş 240
nömrəli, Dəllər Cırdaxan kəndində inşa edilmiş 252 nömrəli subartezian quyularının quyu
başlıqları kəsilmişdir.
Quyulara baxış zamanı subartezian quyularının başlığında quraşdırılmış su sərfiyyatını
ölçən su sayğacları 18 halda nasaz vəziyyətdə olmuş, 8 halda isə ümumiyyətlə quyu
başlığından açıldığı müəyyən olunmuşdur.
Əksər hallarda uzaqdan idarəetmə sistemi olan SCADA qurğusunun su sayğacına
birləşən naqilləri, yaxud da quyudakı sensorları nasaz olduğundan qurğu üzrə nəzərdə
tutulmuş iş prinsipi pozulmuşdur. Nəticədə su istehlakçılarına satılmış suyun uçotunun
aparılmasında qüsurların yaranması müəyyən olunmuşdur.
Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən Şəmkir rayonu üzrə əkin sahələrinin və
əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası
Prezidenti Adminstrasiyasına ünvanlanmış məktublar əsasında layihələndirilmiş və tikilmiş
quyulara baxış zamanı quyuların müvafiq sərəncamların tələblərinə uyğun kənd daxilində
yeri dəyişdirilərək inşa olunduğu müəyyən olunmuşdur. Belə ki, rayonun Yeniabad kəndində
2017-ci ildə inşa olunmuş subartezian quyusu müvafiq sərəncamın tələblərinə zidd olaraq
Cəmiyyətin Şəmkir rayonunda yerləşən “Nasos Stansiyası”nın həyətində tikilmiş və quyuda
43
AUDİTOR TRİBUNASI
2020, №4
konstruktiv dəyişiklik edilərək, quyu başlığı 70 metr məsafəyə əlavə boru ilə artırılaraq nasos
aqreqatlarının soyutma suyu ilə təminatına görə istifadə edilmişdir. Eləcə də, subartezian
quyusunun kaskad idarəetmə şkafından nasos stansiyasına elektrik kabelləri çəkilmişdir.
Şəmkir rayonunda subartezian quyularının təyinatı əhaliyə məxsus pay və həyətyanı
bağ sahələrinin, eləcə də əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün nəzərdə
tutulsa da, bəzi hallarda ərazidə fəaliyyət göstərən istixanaların və şəxsi bağ sahələrinin, o
cümlədən 2017-ci ildə Şəmkir şəhər ərazisində inşa edilmiş 117 nömrəli quyudan 11 hektar
ərazisi olan şəxsi bağ sahəsinə, 2017-ci ildə Düyərli kəndində inşa olunmuş 120 nömrəli
quyuda konstruktiv dəyişiklik edilərək su borusu ilə şəxsi istixanaya və eləcə də, 2017-ci ildə
Düyərli kəndində 121 nömrəli quyu şəxsi bağ sahəsində inşa edilmiş, 2018-ci ildə Şəmkir
şəhər ərazisində inşa edilmiş 235 nömrəli quyu istixana və şəxsi bağ üçün istifadə edilmiş,
2019-cu ildə Düyərli kəndində 241 nömrəli quyu otlaq sahəsində olmaqla yanaşı, digər
subartezian quyusuna 130 metr yaxınlıqda tikilmişdir.
2019-cu ildə Keçili kəndində inşa olunmuş 246 nömrəli quyu pay torpağında vətəndaşın
razılığı əsasında tikilmiş və subartezian quyusunun transformatorunun yarımstansiyası
fasiləsiz iş rejimində istismar olunması səbəbindən ilkin halda quraşdırılmış transformator
yanmışdır. 2019-cu ildə Zəyəm qəsəbəsində inşa olunmuş 240 nömrəli subartezian quyusu
bağ sahəsində, 2019-cu ildə Dəllər Cəyir kəndində inşa edilmiş 248 nömrəli quyu şəxsi
istixanalara xidmət etməklə yanaşı, istismarçı tərəfindən Ekspertiza İdarəsinin rəyi olmadan
və layihə-smeta sənədlərinə əməl edilmədən, quyu sahəsində əlavə avadanlıq qurulmaqla,
suyun enerjisini söndürən qurğu quyu sahəsindən kənara çıxarılmışdır.
¾ Goranboy rayonunda müvafiq dövrdə layihələndirilərək inşa olunmuş, yaxud inşası
davam etdirilən 118 quyudan (2020-ci ildə 60 quyudan 18 ədədi qazılmışdır) 62 quyunun, o
cümlədən 2017-ci il üzrə 10 ədəd, 2018-ci il üzrə 16 ədəd, 2019-cu il üzrə 26 ədəd və 2020-ci
il üzrə 10 ədəd quyunun mövcud istismar vəziyyəti yoxlanmışdır. Yoxlama ilə İstismarçı
tərəfindən “Dövlət əmlakının qorunub saxlanması və səmərəli istifadə edilməsinin
təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli
Fərmanının tələblərinə əməl edilmədiyi müəyyən olunmuşdur. Belə ki, rayonda inşa
olunmuş 24 ədəd subartezian quyusunun iş prinsipinə zidd olaraq quyu başlıqlarında
Ekspertiza İdarəsinin rəyi olmadan və layihə-smeta sənədlərinə əməl edilmədən konstruktiv
dəyişikliklər edilmiş, 38 halda suyun təzyiqini ölçən manometrlər nasaz vəziyyətdə olmuş,
10 halda, o cümlədən 2017-ci ildə Yeniyol kəndində inşa edilmiş 62 nömrəli, Xoylu kəndində
inşa edilmiş 55 nömrəli, Xınalı kəndində inşa edilmiş 58 nömrəli, 2018-ci ildə Goranboy
şəhər ərazisində inşa edilmiş 122 nömrəli, Qırıxlı kəndində inşa edilmiş 138 nömrəli,
Abbasqulular kəndində inşa edilmiş 127 nömrəli, Xoylu kəndində inşa edilmiş 133 nömrəli,
Goranboy şəhər ərazisində inşa edilmiş 121 nömrəli, Qaramusalı kəndində inşa edilmiş 137
nömrəli, 2019-cu ildə Qazanbulaq kəndində inşa edilmiş 30 nömrəli subartezian
quyularında manometrlər quyu başlığından açılaraq yerinə boru ucluqları bağlanmış, 44
halda su sayğacları nasaz vəziyyətdə, 5 halda, o cümlədən 2017-ci ildə Nizamikənd kəndində
inşa edilmiş 54 nömrəli, Qaradağlı kəndində inşa edilmiş 56 nömrəli, Xınalı kəndində inşa
edilmiş 58 nömrəli, 2018-ci ildə Muzdurlar kəndində inşa edilmiş 135 nömrəli, Xoylu
kəndində inşa edilmiş 134 nömrəli quyularda su sayğaclarının olmadığı müəyyən edilmişdir.
1 halda isə quyu başlığında mövcud siyirtmə nasaz vəziyyətdə olmuş, 5 halda isə, o
cümlədən 2017-ci ildə Qaradağlı kəndində inşa edilmiş 56 nömrəli, 2018-ci ildə Qırıxlı
44
AUDİTOR TRİBUNASI
2020, №4
kəndində inşa edilmiş 138 nömrəli, Xoylu kəndində inşa edilmiş 133 nömrəli, 2019-cu ildə
Bağçakürd kəndində inşa edilmiş 118 nömrəli, Goranboy şəhər ərazisində inşa edilmiş 108
nömrəli quyularda siyirtmələr olmamışdır. İstismarçıların səhlənkarlığı nəticəsində 37 halda
ərazi ot örtüyü ilə örtülərək yanğın təhlükəsi yaratmış, 4 halda quyular su mənbəyinin
yaxınlığında inşa olunmuş, 2 halda transformatorun elektrik açarının nasaz vəziyyətdə
olduğu müəyyən olunmuş, 18 halda, o cümlədən 2017-ci ildə Nadirkənd kəndində inşa
edilmiş 61 nömrəli, Xoylu kəndində inşa edilmiş 55 nömrəli, Xınalı kəndində inşa edilmiş 58
və 59 nömrəli, Bəşirli kəndində inşa edilmiş 57 nömrəli, Qaradağlı kəndində inşa edilmiş 56
nömrəli, Nizamikənd kəndində inşa edilmiş 54 nömrəli, 2018-ci ildə Bağçakürd kəndində
inşa edilmiş 124 nömrəli, Qurbanzadə kəndində inşa edilmiş 123 nömrəli, Xoylu kəndində
inşa edilmiş 133 və 134 nömrəli, Şadıllı kəndində inşa edilmiş 130 nömrəli, Qaradağlı
kəndində inşa edilmiş 131 və 132 nömrəli, Goranboy şəhər ərazisində inşa edilmiş 121
nömrəli, Muzdurlar kəndində inşa edilmiş 135 nömrəli, Xınalı kəndində inşa edilmiş 136
nömrəli, Qaramusalı kəndində inşa edilmiş 137 nömrəli quyuların transformatorlardan
elektrik açarları olmamış, 1 halda isə elektrik açarı transformatora qoşulmamış, 14 halda
quyu hasarı sökülmüş, lakin layihəyə uyğun quraşdırılmamışdır.
Quyuların mövcud durumu yoxlanarkən, 6 halda quyunun fasiləsiz istismarı nəticəsində
quyu ağzının betonunun çatlayaraq yararsız vəziyyətə düşdüyü, 1 halda isə su təzyiqini
söndürən qurğunun baxımsızlıq səbəbindən zədələndiyi, 3 halda, o cümlədən 2017-ci ildə
Xınalı kəndində inşa edilmiş 59 nömrəli, 2019-cu ildə Qazanbulaq kəndində inşa edilmiş 30
nömrəli, Qarapirimli kəndində inşa edilmiş 26 nömrəli quyuların suqaldırıcı borusunda əks
klapan olmadığından quyunun iş prinsipinin pozulduğu müəyyən edilmişdir.
İnşa olunmuş quyuların bəziləri, o cümlədən 2018-ci ildə Xoylu kəndində inşa olunmuş
133 nömrəli quyu uşaq bağçasının həyətində, Şadıllı kəndində inşa olunmuş 130 nömrəli
quyu Kürəkçay çayı sahilində, 2019-cu ildə Goranboy şəhər ərazisində inşa olunmuş 11
nömrəli subartezian quyusu şəxsi tingçilik təsərrüfatında və Bağçakürd kəndində inşa
olunmuş subartezian quyusu Şəmkir su anbarından gələn su kanalının 10 metrliyində inşa
olunmuşdur.
2018-ci ildə Sərəncamla rayonun Qurbanzadə kəndində kənd sakinlərinin əkin
sahələrinin su təminatı üçün subartezian quyusunun inşası nəzərdə tutulduğu halda,
quyuda konstruktiv dəyişiklik edilərək quyudan çıxarılan su yalnız boru vasitəsi ilə
“Aqropark”ın əkin sahəsinə çəkilmişdir.
Bəzi subartezian quyularına nəzarət mexanizmini həyata keçirmək üçün innovativ
texnoloji elementlərlə təchiz edilmiş uzaqdan idarəetmə qurğusu olan SCADA sisteminin
quraşdırılmasına baxmayaraq, 14 halda həmin qurğular işləməmişdir.
Quyulara baxış zamanı subartezian quyularının başlığında quraşdırılmış su sərfiyyatını
ölçən su sayğacları 44 halda nasaz vəziyyətə düşmüş, 5 halda isə ümumiyyətlə quyu
başlığından açılmışdır.
Əksər hallarda uzaqdan idarəetmə sistemi olan SCADA qurğusunun su sayğacına
birləşən naqilləri, yaxud da quyudakı sensorları kənar müdaxilələr hesabına nasaz vəziyyətə
düşərək, qurğu üzrə nəzərdə tutulmuş iş prinsipi pozulmuşdur.
Yoxlama zamanı əvvəlki illərdə inşa olunmuş mövcud subartezian quyularının
transformatorundan 3 halda, o cümlədən Xanqərvənd, Yeniyol və Qızılhacılı kəndlərində
digər obyektlərə elektrik xətləri çəkilmişdir ki, bu da quyuların elektrik avadanlıqlarının
sıradan çıxarılmasına zəmin yaratmışdır.
45
AUDİTOR TRİBUNASI
2020, №4
¾ Auditlə əhatə olunan dövrdə quyuların istismar vəziyyətinə baxış keçirilərkən Ağdam,
Ağcabədi və Tərtər rayonları üzrə istismarda olan quyuların istismar vəziyyəti istisna
olmaqla, digər rayonlarda qənaətbəxş olmamışdır. İstismar idarələri tərəfindən bir çox
hallarda quyuların istismarı quyuların inşa olunduğu ərazilərə gediş-gəlişin çətinliyi nəzərə
alınaraq sahə rəislərinə deyil, bu sahədə heç bir təcrübəsi olmayan, elektrik avadanlıqları və
aqreqatlarının iş prinsipindən məlumatsız olan şəxslərə, yaxud da quyuların inşa olunduğu
əkin sahələrinin sahiblərinə verilmişdir. Qeyd edək ki, “Dövlət əmlakının qorunub
saxlanması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə əsasən, dövlət
müəssisə və təşkilatlarının balansında olan əmlakın qorunub saxlanması və səmərəli
istifadəsinin təmin edilməsi ilə bağlı həmin müəssisə və təşkilatların vəzifəli şəxslərinin
hüquqi məsuliyyətinin gücləndirilməsi barədə müvafiq tədbirlər görülməsini və quyulara
nəzarət mexanizminin müasir tələblərə uyğun həyata keçirilməsinə şərait yaradan SCADA
sisteminin daima saz vəziyyətdə saxlanmasını tələb edir.
NƏTİCƏLƏRİN RƏSMİLƏŞDİRİLMƏSİ
Öyrənilmiş sənədlər və tətbiq olunan meyarlar:
¾ Azərbaycan Respublikası Prezidentinin 05.06.2017-ci il tarixli 2962 nömrəli,
12.03.2018-ci il tarixli 3781 nömrəli, 05.11.2018-ci il tarixli 647 nömrəli, 12.02.2019-cu il
tarixli 952 nömrəli, 31.07.2019-cu il tarixli 1367 nömrəli, 30.12.2019-cu il tarixli 1752
nömrəli, 03.03.2020-ci il tarixli 1884 nömrəli (31.07.2019-cu il tarixli 1367 nömrəli
Sərəncamın davamı olaraq) sərəncamları;
¾ Büdcə vəsaitlərinin istifadəsinə dair üzləşmə aktları, müvafiq illər üzrə mühasibat
hesabatları, dövlət satınalmaları üzrə müqavilələr, malların alışı sənədi, qısamüddətli
öhdəlik sənədləri, sifarişlər, ödəniş tapşırıq sənədləri, işlərin yerinə yetirilməsi barədə
Forma-2 aktları, elektron qaimələr və elektron vergi hesab fakturaları;
¾ Dövlət Statistika Komitəsinin qiymətlər haqqında bülletenləri, Azərbaycan
Respublikası İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti və Nazirlər Kabinetinin bir mənbədən satınalmanın aparılmasına
icazə verilməsi barədə müraciət və cavab məktubları.
Audit prosedurları ilə toplanan və digər fəaliyyət nəticəsində əldə olunan məlumatlar
(dəlillər, sübutlar) aşağıda qeyd olunan meyarlar üzrə dəyərləndirilib təhlil edilmişdir:
¾ “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə
əlaqədar müəyyən edilmiş qaydalar;
¾ “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasının 2019-cu il
dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunları və bu qanunların tətbiqi
barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları;
¾ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi;
¾ “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Milli Mühasibat
Uçotu Standartları” və “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən
mühasibat uçotunun aparılması Qaydaları”;
46
AUDİTOR TRİBUNASI
2020, №4
¾ “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və tətbiqi ilə
əlaqədar müəyyən edilmiş qaydalar;
¾ Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, ayrı-ayrı əməliyyatların
aparılması ilə əlaqədar bağlanmış müqavilələr, vəsaitlərin istifadəsinə dair üzləşmə aktları,
müvafiq illər üzrə mühasibat hesabatları və s. sənədlər;
¾ Qüvvədə olan tikinti norma və qaydaları (СНиП) və "Müəssisə, bina və qurğuların
tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin aparılması qaydaları”.
Sübutların qiymətləndirilməsi
Yuxarıda göstərilən audit prosedurları ilə toplanan və digər fəaliyyət nəticəsində əldə
olunan məlumatları, müəyyən edilmiş meyarlar əsasında uyğunsuzluqları müqayisə etdim,
eləcə də Cəmiyyətdən alınan cavab məktubunda göstərilmiş müvafiq qeyd və rəyi nəzərdən
keçirdim. Cavab məktubu bəzi tapıntılara yenidən baxılması zərurətini yaratmış, yetərli
meyarların tam olmaması bəzi sübutlara tam mühakimə yürütməkdə çətinlik yaratmışdır.
Cəmiyyət tərəfindən vəsaitlərdən istifadə üzrə qüvvədə olan hüquqi aktların
tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi üzrə auditor rəyini ifadə etmək
üçün istifadə olunan layihələndirmə və tikinti xərclərinin tələb olunan səviyyədə təşkili,
satınalmaların keçirilməsi və çəkilən məsrəflərin uçotunda əhəmiyyətli təhriflərin olmasına
dair məhdud əminlik təmin edilmişdir.
Sübutlar təhlil edildikdən və onların əhəmiyyətliliyini nəzərdən keçirdikdən sonra
toplanan sübutları meyarlar ilə müqayisə edərək aşağıdakı nəticəyə gəldim.
NƏTİCƏ
1. Quyuların layihələndirilməsi və tikintisi üçün tələb olunan vəsaitin
hesablanmasının əsaslılığı və düzgünlüyünün müəyyən edilməsi üzrə:
1.1. Azərbaycan Respublikası Prezidentinin sərəncam layihələrinin hazırlanmasına dair
bəzi Yerli İcra Hakimiyyətləri tərəfindən yeni tikiləcək subartezian quyularının yeri və sayı
barədə təkliflər verilən zaman “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq
edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli
Fərmanının 3.2-ci “Ərazinin sosial-iqtisadi inkişafı sahəsində” bəndinin tələblərinə tam əməl
edilməməsi, su çatışmazlığına görə bələdiyyə və əhali qruplarının şikayət və təklifləri üzrə
dəqiq araşdırmaların aparılmaması, bir sıra hallarda texniki və hidrogeoloji şərait tam
öyrənilmədən quyuların qazılması üçün yerin müəyyən edilməsinin su təminatında
müəyyən çətinliklər yaranmış əkin sahələrinin, eləcə də yaşayış məntəqələri üzrə əhalinin
içməli suya olan təlabatının yaxşılaşdırılmasına müsbət təsir etdiyini demək mümkün
deyildir.
1.2. 2019- 2020-ci illərdə tender komissiyası tərəfindən obyektlərin ehtimal olunan
qiymətlərinin hesablanması işləri Nazirlər Kabinetinin 18.03.2019-cu il tarixli 106 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin
hesablanması üsulları”ndan istifadə edilmədən, Nazirlər Kabinetinin qüvvədən düşmüş
05.12.2008-ci il tarixli 272 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə
həyata keçirilməsi Qaydaları”na əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar
47
AUDİTOR TRİBUNASI
2020, №4
Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən
Tikintidə Qiymətqoyma Mərkəzinə həvalə olunmuşdur. Mərkəz tərəfindən ehtimal olunan
qiymətlər hesablanarkən tender komissiyasının təqdim etdiyi malların (işlərin və
xidmətlərin) qiymət cədvəlində bəzi qiymətlərin cari bazar qiymətlərindən və Dövlət
Statistika Komitəsinin müvafiq illər üzrə dərc etdirdiyi rəsmi bülletenlərdəki qiymətlərdən
yüksək götürülməsi dövlət vəsaitlərindən qənaətlə istifadə edilməməsinə, artıq xərclərin
yaranmasına səbəb olmuşdur.
1.3. Quyuların tikintisində elektrik təchizatı “Azərişıq” ASC tərəfindən verilmiş texniki
şərtdə Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş
"Elektrik enerjisindən istifadə Qaydaları"nın 5-ci bəndinə əsasən, enerji təchizatçısının
balans mənsubiyyəti hava xətlərinin və yeraltı kabelin elektrik ayrıcı (РЛНД) qurğusuna daxil
olan uclarında müəyyənləşdirildiyi halda, “Azərişıq” ASC tərəfindən verilmiş hər bir
subartezian quyus üzrə “Texniki şərt”də ASC-nin balansında olan mövcud dirək və naqillərin
Sifarişçi tərəfindən dəyişdirilməsi tələblərinin qoyulması büdcə vəsaiti hesabına inşa
olunacaq subartezian quyularının dəyərinin artmasına, ayrılmış büdcə vəsaitindən səmərəli
istifadə edilməməsi risklərinin yaranmasına səbəb olmuşdur.
1.4. 2017-2019-cu illərdə tikilərək istismara verilmiş quyuların müvafiq sərəncamlara,
eləcə də layihə-smeta sənədlərinə uyğun inşasının yoxlanması zamanı 809 ədəd quyudan 80
ədədinin artezian quyuları kimi qazılması və kənarlaşmanın əvvəlki illərdə də mövcud
olmasını vəsaitlərin planlaşdırılması dövründə quyuların subartezian və ya artezian kimi
bölünməsi vaxtında işlərinin təşkil edilməməsi izah etmək olar. Eyni zamanda, qazılma
xərclərinin fərqləndirilməməsi qazılma xərci nisbətən aşağı olan quyulardan qalan vəsaitin
məqsədyönlü istifadəsi imkanlarını məhdudlaşdırır.
2. Quyuların tikintisinə çəkilən xərclərin normativ aktlara uyğunluğunun müəyyən
edilməsi üzrə:
2.1. Subartezian quyularının layihələndirilməsi üçün Cəmiyyət tərəfindən tabeliyində
olan "Azdövsutəslayihə" İnstitutu ilə bir mənbədən satınalma metodundan istifadə
edilməklə, satınalma müqaviləsinin bağlanmasına görə icazənin verilməsi "Dövlət
satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə
uyğun deyil və İnstitutun bu sahədə böyük potensiala və təcrübəyə malik olmasını qeyd
etməklə yanaşı, bu halın satınalma prosesində bərabərlik və rəqabətlilik mühitinin
pozulmasına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, onlar üçün əlverişli biznes
şəraitinin yaradılmasına mane olan amil kimi hesab etmək olar.
2.2 Müdiriyyət tərəfindən müxtəlif yaşayış məntəqələrində subartezian quyularının
layihələndirilməsi və tikintisi işləri üzrə 2018-ci ildə 1 halda təkliflər sorğusu (3 müqavilə),
2019-cu ildə 2 halda təkliflər sorğusu (15 müqavilə), 2020-ci ildə isə 1 halda 8 Lot üzrə açıq
tender (11 müqavilə) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununun 5.3-cü maddəsinin tələbləri gözlənilməməsinə səbəb olmaqla, “Dövlət
satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.2.11-ci və 1.2.13-cü
bəndlərinin tələblərinin pozulması ilə yanaşı, portalın fəaliyyətində aşkarlığın və
hesabatlılığın təmin edilməsinə, həyata keçirilən prosedurların və onların nəticələrinin
izlənməsinə imkan vermir.
48
AUDİTOR TRİBUNASI
2020, №4
2.3 Müdiriyyətlə İcraçı müəssisələr arasında bağlanmış satınalma müqavilələrinin 13-
cü bəndində müqavilə üzrə ödəmələr, o cümlədən avans ödənişi Sifarişçi tərəfindən
tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmədiyi
halda, 2017-ci ilin hesabat dövründə 2 müqavilə üzrə tikinti işlərinin 15.12.2017-ci il
tarixinədək yerinə yetirilmədiyi və müqavilə şərtlərinə əməl edilmədən işlərin 2018-ci ilin
yanvar ayında tamamlanmasına baxmayaraq, işlərin dəyərinin 2017-ci ilin dekabr ayında
avans kimi ödənilməsi Nazirlər Kabinetinin 28.02.2003-cü il tarixli 34 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin 2.3-
cü “Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya
xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür”
bəndinin tələblərinə uyğun olmamaqla, maliyyə intizamının pozulması kimi qiymətləndirilir.
2.4. Müdiriyyət tərəfindən respublikanın müxtəlif yaşayış məntəqələrində əhalinin və
əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün subartezian quyularının
layihələndirilməsi işlərinə görə "Azdövsutəslayihə" İnstitutuna 2755,0 min manat vəsait
ödənildiyi halda, İnstitut tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində
24.10.2008-ci il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin 71№-li, 01.09.2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş
"Müəssisə, bina və qurğuların tikintisinə layihə təşkilatları tərəfindən müəllif nəzarətinin
aparılması qaydaları"nın tələblərinə əməl edilməmiş və qazılaraq istismara verilmiş
quyuların tikinti-quraşdırma işlərinə müəllif nəzarətinin həyata keçirilməməsi “Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nin 48.3.5-ci bəndinin tələblərinə zidd
olmaqla yanaşı, tikintinin və tikinti-quraşdırma işlərinin layihəyə uyğun aparılmasına, aşkar
edilmiş qüsur və pozuntular barədə sifarişçiyə və podratçıya məlumat verilməsinə,
qüsurların və pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sifarişçi və ya podratçı
tərəfindən müvafiq tədbirlər görülmədikdə, bu barədə müvafiq icrahakimiyyəti orqanının
və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun məlumatlandırılmasına imkan
vermir.
2.5. Bağlanmış müqavilə öhdəliklərinə əməl olunmamasına görə podratçı təşkilatlar
üzrə cərimə (83244,96 manat) tətbiq edilməməsi Nazirlər Kabinetinin 28.02.2003-cü il
tarixli
34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və xidmətlər) üzrə satınalma
müqaviləsinin nümunəsi”nin 20.1-ci bəndinin tələblərinə zidd olmaqla yanaşı, işlərin
vaxtında və keyfiyyətlə yerinə yetirilməməsinə, eləcə də podratçı təşkilatlar tərəfindən
müqavilə öhdəliklərinin vaxtında icra edilməməsinə səbəb olur.
2.6 Müdiriyyətlə icraçı arasında bağlanmış 1615000,0 manat məbləğində satınalma
müqaviləsinə əsasən, quyuların tikinti işlərinin 15.12.2017-ci il tarixinədək yerinə
yetirilmədiyi və müqavilə şərtlərinə əməl edilmədən 2018-ci ilin yanvar ayında
tamamlanmasına baxmayaraq, Forma-2 üzrə ödənilmiş vəsaitin Müdiriyyətin hesabatında
debitor borcu kimi və Müdiriyyətlə digər icraçı arasında 01.08.2017-ci il tarixində 3444000,0
manat məbləğində satınalma müqaviləsi bağlanmış və müqaviləyə əsasən ASC tərəfindən
quyuların xarici elektrik təchizatı işləri 15.12.2017-ci il tarixinədək yerinə yetirilməli olduğu
halda, ASC tərəfindən bəzi rayonlarda inşa edilmiş subartezian quyularının xarici elektrik
təchizatı işləri müqavilə şərtlərinə əməl edilmədən 2018-ci ilin yanvar ayında tamamlanması
Müdiriyyətin debitor və kreditor borcu barədə hesabatında uçota alınmaması Nazirlər
49
AUDİTOR TRİBUNASI
2020, №4
Kabinetinin 28.02.2003-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mallar (işlər və
xidmətlər) üzrə satınalma müqaviləsinin nümunəsi”nin 2.3-cü bəndinin “Sifarişçi
müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan
qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür” tələblərinə əməl edilməməsi
və uçot siyasətinin qanunvericiliyin tələblərinə uyğun qurulmaması kimi qiymətləndirilir.
2.7 Müdiriyyətlə İcraçı müəssisələr arasında bağlanmış satınalma müqavilələrinin
şərtlərində avans ödənişi nəzərdə tutulmadığı halda, 2017-ci ilin dekabr ayında avans kimi
ödənilməsi bağlanmış müqavilə şərtlərinin pozulması, vəsaitdən səmərəli istifadə
edilməməsi və “Büdcə sistemi haqqında” Qanunun tələblərinə əməl edilməməsi kimi
qiymətləndirilməlidir.
3. Təhvil verilmiş quyuların nəzərdə tutulan məqsədlərə istifadəsi vəziyyətinin
müəyyən edilməsi üzrə:
3.1. Audit qrupu tərəfindən secmə üsulla quyuların istismarı vəziyyəti və nəzərdə
tutulan məqsədlərə xidmət edilməsi ilə bağlı apardığı monitorinq tədbirlərinin nəticəsində
Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Şəmkir və Goranboy rayon ərazilərində 145 ədəd
manometr və 146 ədəd sayğacın nasaz vəziyyətdə olduğu, yaxud da quyu başlığından
açıldığı, 8 ədəd quyu başlığının hissəvi kəsildiyi, 10 ədəd quyuya xidmət edən transformator
yarımstansiyasına kənar qoşulmaların olduğu, 4 ədəd quyu ağzının betonunun dağılması, 21
ədəd quyuda siyirtmələrin işləmədiyi, 14 ədəd quyu ətrafı hasarın sökülməsi, 8 ədəd
quyuda əks klapanın quraşdırılmadığı,14 ədəd quyuda su sızmalarının olması, 99 ədəd
quyuda SCADA uzaqdan idarəetmə sisteminin iş rejiminin çalışmadığı hallarının müəyyən
edilməsi, İstismar idarələri tərəfindən əksər hallarda quyuların istismarı sahə rəislərinə
deyil, bu sahədə heç bir təcrübəsi olmayan, elektrik avadanlıqları və aqreqatlarının iş
prinsipindən məlumatsız şəxslərin cavabdehlik daşıması, yaxud da quyuların inşa olunduğu
əkin sahələrinin sahiblərinin istifadəsinə verilməsi “Dövlət əmlakının qorunub saxlanması və
səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 06.06.2007-ci il tarixli Fərmanının tələblərinə əsasən, dövlət müəssisə və
təşkilatlarının balansında olan əmlakın qorunub saxlanması və səmərəli istifadəsinin təmin
edilməsində müəyyən çətinliklərin və əkin sahələrinin vaxtında suvarılması işlərində
fasilələrin yaranmasına, elektrik enerjisi xərclərinin düzgün hesablanmamasına, su
ehtiyatlarından qənaətlə istifadə edilməsi və suvarılan torpaqların genişləndirilməsi kimi
məqsədlərə nail olunmamasına əsaslı risklərin yaradılmasına səbəb olur.
AUDİTOR RƏYİ
Fikrimizcə, subartezian quyularının layihələndirilməsi və tikintisi ilə bağlı xərclərin
normativ-hüquqi aktlara uyğunluğu və istifadəsi üzrə aparılmış əməliyyatlar bütün
aspektlər üzrə büdcə, vergi, dövlət satınalmalarını tənzimləyən qanun və qaydalara,
həmçinin maliyyə resurslarının istifadəsi ilə bağlı digər qanunlar və qaydalara bir sıra
hallar üzrə tam uyğunluq təşkil etmir.
Respublikanın regionlarında əkin sahələrinin suvarma suyuna və yaşayış
məntəqələrində əhalinin içməli suya olan tələbatının ödənilməsində hasil edilən suyun
keyfiyyət və kəmiyyətinin artırılması, suyun uçot səviyyəsinin qanunvericiliyin
50
AUDİTOR TRİBUNASI
2020, №4
tələblərinə uyğun aparılması, xərclərin minimuma endirilməsi kimi strateji məqsədlərin
təmin olunmasına birbaşa müsbət təsir göstərən yığım səviyyəsinin qaldırılması, elektrik
enerjisindən qənaətlə istifadənin təşkili və suvarma sistemlərinə nəzarətin və
maarifləndirmə səviyyəsinin gücləndirilməsi zərurəti yaranmışdır.
2013-cü ildən başlayaraq bu sahəyə dövlətin diqqətinin artırılması və son illər
ərzində dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsaitlərin artması, yeni quyuların
istismara verilməsi ilə su təminatının yaxşılaşdırılması şəraitində uyğunluq auditi ilə
müəyyən edilmiş nöqsan və çatışmazlıqları yaradan halların qısa müddət ərzində aradan
qaldırılması və dövlət büdcəsindən ayrılan müvafiq vəsaitlərin nəticəliliyinin və
səmərəliliyinin yüksəldilməsi üçün işlək mexanizmlərin işlənib hazırlanması vacibdir.
51
AKTUAL PROBLEMLƏR
2020, №4
Elvin Hacıyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
Dövlət nəzarəti məsələləri şöbəsinin Monitorinq və təhlil
sektorunun aparıcı məsləhətçisi
DÖVLƏT İNVESTİSİYA LAYİHƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ:
XƏRC-GƏLİR TƏHLİLİ
Ümumi məlumat
Dövlət investisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə
olunan əsas analitik çərçivə Xərc-gəlir təhlilidir (Cost-Benefit Analysis). Bu yanaşma hər
hansı layihə seçilməzdən əvvəl cəmiyyətin bütün üzvlərinin maraqları nəzərə alınmaqla,
bütün ölçülə bilən və çətin ölçülən maddi və qeyri-maddi xərclərin və gəlirlərin sistematik
hesablanmasını tələb edir. Xərc-gəlir təhlili rifahın dəyişməsinə təsir edən investisiya
xərclərini və gəlirlərini qiymətləndirməklə investisiya qərarlarının üstünlüklərini və
çatışmazlıqlarını mühakimə edən analitik vasitədir.
Bu analitik yanaşma metodu mərkəzi icra hakimiyyəti orqanları, məsləhət şirkətləri,
qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və digər maraqlı qruplar tərəfindən
layihələrin və proqramların qiymətləndirilməsi məqsədilə istifadə olunur.
Xərc-gəlir təhlilinin əsas məqsədlərinə: resursların ən yaxşı məqsədlər üçün
yönəldilməsi; qərarların şəffaf tərzdə əsaslandırılması; daha səmərəli alternativlərin
nəzərdən keçirilməsi; hökumətə çoxillik büdcələrin daha yaxşı proqnozlaşdırılması üçün
imkanların verilməsi; mərkəzi və yerli hökumət, donorlar və bank maliyyəsi üçün layihələrin
hazırlanması; podratçılar, xidmət təchizatçıları və hökumətdəki müxtəlif orqanlarla
danışıqlar modelinin hazırlanması; xərclərin bərpa müddətinin təhlil olunması; və bəzi
hallarda tənzimləmənin qiymətləndirilməsi daxildir.
Layihə qiymətləndirilməsinin rolu layihələrin hazırlanması və formalaşdırılması, zərərli
layihələrin qarşısının alınması, yaxşı layihələrin ləğv olunmaqdan qorunması, layihə
komponentlərinin ümumi məqsədlərə uyğun gəlib gəlmədiyinin müəyyən edilməsi,
risklərin mənbəyinin, həcminin və onların necə azaldılmasının aşkar edilməsidir.
Layihə qiymətləndirilərkən likvidlik dəyəri, borca xidmət imkanı, inflyasiya, mübadilə
məzənnəsi, miqyas məsələləri (əhatə dairəsi), müddət məsələləri, tələb və təklif nəzərə
alınmalıdır.
Xərc-gəlir təhlili üzrə əsas ümumi yanaşmalar aşağıdakılardır:
¾ Cəmiyyətin seçimləri əsas dəyər mənbəyi hesab olunur.
¾ Bu seçimlər cəmiyyət tərəfindən gəlirlərin (sosial səmərənin) əldə olunmasına görə
ödəməyə hazır olduqları ödənişlərlə xərclərə görə sərf olunan resurslardan əldə olunan
kompensasiya ilə ölçülür.
52
AKTUAL PROBLEMLƏR
2020, №4
¾ Sosial mənfəət cəmiyyətin cəmi gəlirləri (sosial səmərə) və cəmi xərclərinin fərqinə
bərabərdir.
¾ Gələcək dövr üzrə gəlir və xərclər hesablandıqdan sonra onların cari dəyərinin
müəyyən edilməsi üçün (sosial) diskont faktorundan istifadə olunur və diskontlaşdırılır¹
t
(DF = 1/(1+r)
).
t
¾ Hesablamalar zamanı infyasiya nəzərə alınır.
Layihələrin qiymətləndirilməsi metodları
Xərc-gəlir təhlilinin əsas tərkib hissəsi olan layihənin iqtisadi və maliyyə baxımından
səmərəli olub-olmaması barədə qiymətləndirmə aparılması üçün əsasən altı alternativ
metoddan istifadə olunur:
1. Xalis cari dəyər (bundan sonra - XCD): Layihənin həyata keçirilməsi nəzərdə tutulan
müddətdə gözlənilən müsbət və mənfi xalis nağd pul axınlarının cəbri cəmidir. Bu cəm sıfıra
bərabərdirsə, investorlar özlərinin əlavə investisiyalarının əvəzinin geri qayıdacağını və
qoyduqları kapital üzrə cari dəyərlərin hesablanması üçün istifadə olunan kommersiya
diskont dərəcəsinə bərabər olan səviyyədə gəlir əldə edəcəklərini gözləyə bilərlər. Bu
metoda əsasən cari xərclərlə diskontlaşdırılmış məcmu gəlirlər (gələcək dövr gəlirlərinin cari
dəyəri) muqayisə edilir. Əgər diskontlaşdırılmış məcmu gəlirlər cəmi xərclərdən çoxdursa,
onda XCD müsbətdir (XCD≥0) və layihə səmərəli hesab olunur. Əgər bir neçə layihədən yalnız
bir layihə seçimi edilməlidirsə, layihələrdən ən böyük XCD-si olan layihə seçilir.
XCD-ni müəyyən etmək üçün aşağıdakı düsturdan istifadə olunur:
N
CFt
∑
NPV=
(1+r)
t=0
Burada, NPV - XCD; CF = diskontlaşdırılmış məcmu gəlirlər - cəmi xərclər = xalis pul
axınları; r - faiz dərəcəsi (gəlirlilik faizi); t - müddətdir.
2. Daxili gəlirlilik
(səmərəlilik) dərəcəsi (bundan sonra - İRR): İRR investisiya
layihəsindən əldə edilməsi gözlənilən gəlirlərin cari dəyərini layihəyə sərf edilmiş cəmi
investisiya qoyuluşlarının dəyərinə bərabər edən faiz dərəcəsidir (XCD=0). Bu metoda
əsasən, əgər İRR layihənin faiz dərəcəsindən (r) böyük olarsa, layihə səmərəli layihə hesab
olunur, investisiya qərarı verilir. Əgər bir neçə layihə arasında yalnız bir layihənin seçilməsi
zərurəti yaranarsa, ən böyük İRR olan layihə seçilir.
3. Gəlirlilik indeksi (Gəlir-xərc nisbəti): Bu metoda əsasən, daxil olan xalis gəlir
axınlarının sərf edilmiş xalis nağd vəsaitlərə nisbəti hesablanır. Əgər bu nisbət 1-dən
böyükdürsə, layihə səmərəli sayılır.
4. Geri ödənmə müddəti: İnvestisiyanın özünü ödəməsi üçün diskontlaşdırılmamış
xalis gəlirlər üzrə (müsbət xalis nağd axınları) neçə il tələb olunduğunu göstərir. Qoyulan
investisiyanı daha qısa müddətdə geri qaytaran layihələrin seçilməsinə üstünlük verilir. Lakin
bu zaman uzunmüddətli dövrdə daha çox səmərəli ola biləcək layihələrə investisiyaların
qoyulması diqqətdən yayınır.
¹ Diskontlaşdırma - investisiya qoyuluşlarından əldə olunması gözlənilən gəlirlilik norması, layihənin ona alternativ olan və analoji riski olan digər
layihə ilə müqayisədə qiymətləndirilməsi. Diskontlaşdırmaya təsir edən əsas elementlər gəlirliliyin minimal dərəcəsi, inflyasiya səviyyəsi və investisiya
layihəsinin risk dərəcəsi hesab olunur. Diskontlaşdırma dərəcəsi kimi, əksər hallarda, Mərkəzi Bankın uçot dərəcəsi, beynəlxalq maliyyə institutlarının
istifadə etdiyi diskont dərəcəsi, kredit dərəcəsi, istiqrazların gəlililik dərəcəsi və s. istifadə olunur.
53
AKTUAL PROBLEMLƏR
2020, №4
5. Borcun qaytarılması nisbəti: Borcun qaytarılması nisbəti layihənin öz əməliyyat
xərclərini ödəməsi və borclarla bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsi imkanlarının
müəyyənləşdirilməsi üçün istifadə olunan əsas metoddur.
6. Xərclərlə bağlı səmərəliliyin təhlili: Bu, əsasən, sosial layihələr və proqramlar üçün
istifadə qiymətləndirmə meyarıdır. Adıçəkilən üsuldan layihə üzrə gəlirlərin maddi vəsaitlər
baxımından hesablanması çətin olduqda və ya alternativ investisiyalar üzrə əldə ediləcək
gəlirlər eyni olduqda istifadə edilir. Layihənin sosial-iqtisadi inkişafa töhfəsi müəyyən edilir.
Beynəlxalq təcrübədə qeyd olunan metodlardan daha çox xalis cari dəyər (XCD) və daxili
gəlirlilik dərəcəsi (İRR) metodlarından istifadə olur.²
Xərc-gəlir təhlilinin mərhələləri
Xərc-gəlir təhlili sosial, iqtisadi, siyasi və institusional məzmunun təsviri, məqsədlərin
göstərilməsi, layihənin təsviri, texniki əsaslandırma və ətraf mühitin təhlili, maliyyə təhlili,
iqtisadi təhlil və risklərin qiymətləndirilməsi mərhələlərindən ibarətdir.
Layihə qiymətləndirilməsinin ilk mərhələsi sosial, iqtisadi, siyasi və institusional
məzmunun təsvir olunmasıdır.
2-ci mərhələdə layihənin məqsədləri müəyyən edilir. Məqsədlər konkret göstəricilər və
hədəflər göstərilməklə yekun nəticənin keyfiyyətinin yaxşılaşdırılmasına, xidmətlərdən
yaxşı istifadə olunmasına və mövcud potensialın artırılmasına xidmət etməlidir.
Layihə qiymətləndirilməsinin 3-cü mərhələsi layihənin müəyyən edilməsidir.
Qiymətləndirmənin 4-cü mərhələsi texniki-iqtisadi əsaslandırma və ətraf mühit
təhlilinin aparılmasıdır. Bu zaman tələb təhlili, alternativlərin təhlili, ətraf mühit və iqlim
dəyişikliyi ilə bağlı mülahizələr, texniki dizayn, xərclərin ehtimalı və icra cədvəli öz əksini tapır.
Layihə qiymətləndirilməsinin 5-ci mərhələsi maliyyə təhlilinin aparılmasıdır. Xərc-gəlir
təhlilinin aparılması zamanı maliyyə təhlili layihənin səmərəlilik göstəricilərinin
hesablanması üçün istifadə olunur.
Qiymətləndirmənin 6-cı mərhələsi iqtisadi təhlilin aparılmasıdır. İqtisadi təhlil layihənin
rifahın yüksəldilməsinə etdiyi təsirləri ölçmək üçün istifadə olunur. Burada əsas konsepsiya
mal, iş və xidmət üzrə sosial alternativ xərclər üçün bazarda mövcud olan qiymətlər əvəzinə
kölgə qiymətlərinin istifadə olunmasıdır.
Layihə qiymətləndirilməsinin 7-ci mərhələsi risklərin qiymətləndirilməsinin
aparılmasıdır. Layihə risklərinin qiymətləndirilməsi üçün həssaslıq təhlili, keyfiyyət riskinin
təhlili və ehtimal olunan risk təhlilinin aparılması təklif olunur.
Qabaqcıl təcrübə: Norveç Krallığı
Qabaqcıl ölkələrdə dövlət investisiya layihələrinin xərc-gəlir təhlili dövlət büdcəsinin
tərtibi prosesinin mühüm elementi hesab olunur. Bunu Norveç Krallığının nümunəsində
göstərmək olar.
Norveç Krallığında “Keyfiyyəti Qiymətləndirmə Sxemi” adlı iki mərhələli çərçivə sənədi
siyasəti və inzibati idarəetməni ayırmaqla, dövlət investisiyalarının keyfiyyətinin
təkmilləşdirilməsinə xidmət edən sistemdir (Şəkil 1). “Keyfiyyəti Qiymətləndirmə Sxemi”nin
² Dövlət büdcəsinin digər xərcləri üçün daha spesifik metodlardan da istifadə olunur. Məsələn, xəstəliyə çəkilmiş xərcin təhlili, xərc-nəticəlilik təhlili,
xərclərin minimumlaşdırılması təhlili və s.
54
AKTUAL PROBLEMLƏR
2020, №4
iki əsas mərhələsi var. Birinci mərhələdə Hökumət tərəfindən qərar verilməzdən əvvəl xərc-
gəlir təhlilinin aparılmasına və alternativ layihələrə diqqət yetirilir. İkinci mərhələ isə layihə
Parlamentə təsdiq üçün təqdim olunmamışdan əvvəl xərclərin yenidən nəzərdən
keçirilməsi üçün müstəqil məsləhətçi tərəfindən qiymətləndirmə də daxil olmaqla layihə
idarəetmə strategiyasının hazırlanmasıdır. Bu sxem dövlət vəsaitlərinin səmərəsiz istifadə
edilməsi barədə fikirlərin qarşısını alır və daha çox ehtimal olunan qiymətlərə nəzər yetirir.
Şəkil. Keyfiyyəti Qiymətləndirmə Sxemi
Hökümə n
Parlament
təsdiqi
təsdiqi
İlkin təhlil
Layihənin həyata
İlkin planlaşdırma
(Konsepsiyanın seçimi)
keçirilməsi
Birinci mərhələ:
İkinci mərhələ:
Sosial-iqtisadi xərc-gəlir
İdarəetə
təhlilinin aparılması
strategiyasının təhlili
Uyğunluk, effektivlik və
Xərclərin ehtimal
davamlılığın
olunan qiymətlərinə və
qiymətləndirilməsi
strateji çərçivə sənədinə
uyğun tövsiyələr vermək
Altenativləri reytinqə görə
sıralamaq
İdarəetmə strategiyası
hazırlamaq
Mənbə: Beynəlxalq Valyuta Fondu (2014)
Sektorlardan asılı olaraq layihələrin səmərəliliyi fərqli olsa da, ümumilikdə “Keyfiyyəti
Qiymətləndirmə Sxemi” layihələr üzrə xərclərin azaldılmasına öz töhfəsini vermişdir. 2000-
2009-cü illərdə “Keyfiyyəti Qiymətləndirmə Sxemi”nin həyata keçirilməsi nəticəsində cəmi
qənaət edilmiş vəsait (ilkin büdcə ilə yekun xərclərin fərqi) bütün investisiya xərclərinin 7%-
nə bərabər olmuşdur.
55
AKTUAL PROBLEMLƏR
2020, №4
Vüsal Quliyev
İcmal büdcənin təhlili sektorunun aparıcı məsləhətçisi
DÖVLƏT SATINALMALARI: STRATEGİYALAR, PRİNSİPLƏR,
ÇAĞIRIŞLAR VƏ SƏMƏRƏLİLİK ƏSASLI SATINALMALAR
Dövlət satınalmaları hökumətin iqtisadiyyatı daha dayanıqlı edə biləcəyi istiqamətdə
əsas vasitələrdən biri kimi qəbul edilib. Dövlət satınalmaları bir ölkənin ÜDM-nin orta
hesabla 15-20%-ni təşkil edir və onu güclü “bazar oyunçusu”na çevirir. Dövlət vəsaitindən
qənaətlə və səmərəli şəkildə, həmçinin təyinatı üzrə istifadə edilməsi üçün satınalmaların
keçirilməsi zamanı strategiyalar qəbul edilməli, müəyyən edilmiş prinsiplərə əməl edilməli
və yeni çağırışlara cavab vermək üçün innovativ yanaşmalar tətbiq edilməlidir.
Strategiyalar. Dünya iqtisadiyyatında zaman-zaman baş verən qlobal böhranlar
müxtəlif istiqamətlərdə yeni strategiyaların yaranmasına səbəb olmuşdur. Baş vermiş
maliyyə böhranlarının nəticələrindən biri kimi bir sıra ölkələr tərəfindən dövlət borcunu
idarə etmək üçün dövlət xərclərini azaltmaq əsas prioritet məsələlərə çevrilmişdir. Bu
tendensiya dövlət xərclərində əhəmiyyətli xüsusi çəkiyə malik olan dövlət satınalmalarına
ciddi təsir göstərmişdir. Bu səbəbdən səmərəliliyə nail olmaq və keyfiyyəti artırmaqla dövlət
satınalmaları üzrə xərclərin azaldılması məqsədilə ənənəvi satınalmalardan fərqli müxtəlif
strategiyalar həyata keçirilmişdir. Bu strategiyalara dövlət elektron satınalmaları,
mərkəzləşdirilmiş satınalma və çərçivə sazişləri daxildir (Şəkil 1).
Şəkil 1. Dövlət satınalmalarında tətbiq edilən strategiyalar
Strategiyalar
Elektron satınalmalar
Mərkəzləşdirilmiş satınalma
Çərçivə sazişləri
¾ Elektron satınalmalar dövlət satınalmalarının müxtəlif mərhələlərinin elektron
portalda həyata keçirilməsini ehtiva edir. Elektron vasitələrdən istifadənin məqsədi inzibati
xərclərin optimallaşdırılması və azaldılmasıdır. Elektron satınalma, həmçinin kiçik və orta
sahibkarlar (təchizatçılar) üçün yaradıla biləcək bəzi süni maneələri aradan qaldırır və bunun
sayəsində rəqabətin artması satınalma predmetinin qiymətini azalda bilir.
56
AKTUAL PROBLEMLƏR
2020, №4
¾ Mərkəzləşdirilmiş satınalma bir neçə satınalan təşkilatın adından hər hansı bir
satınalma predmeti üzrə bağlanan müqaviləni ehtiva edir. Bu cür satınalmanın keçirilməsi,
inzibati xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, satınalma predmetinin qiymətinin
aşağı olmasına, şəffaflığın artırılmasına və müqavilə imzalayan satınalan təşkilatlar arasında
təcrübə mübadiləsi nəticəsində ən optimal şəkildə satınalmanın keçirilməsinə şərait yarada
bilər.
¾ Çərçivə sazişləri isə müəyyən dövrlərdə mütəmadi olaraq ehtiyac yaranan bir
satınalma predmeti üzrə bir və ya bir neçə təchizatçı ilə uzunmüddətli birgə müqavilənin
imzalanmasıdır. Bu tip sazişlər satınalmaların təkrar keçirilməsinin qarşısını alır və inzibati
xərcləri azaldır. Təcrübə göstərir ki, çərçivə sazişinin müddəti 4 ildən çox olmur.
Qeyd edilən strategiyalar həm ayrılıqda, həm də bir-biri ilə qarşılıqlı şəkildə tətbiq edilə
bilər. Belə ki, hər hansı çərçivə sazişini elektron vasitələrdən istifadə etməklə
mərkəzləşdirilmiş qaydada bağlamaq olar.
Prinsiplər. Dövlət satınalmalarının həyata keçirilməsi dövlət büdcəsinin icra edilməsi
prosesində əhəmiyyətli mövqeyə malikdir. Satınalmalar zamanı xərclənən vəsaitin böyük
olduğunu və iqtisadiyyata ciddi təsir etdiyini nəzərə alaraq, bu istiqamətdə bir sıra mühüm
prinsiplərə riayət edilməsi əsas prioritet məsələlərdəndir (Şəkil 2).
Şəkil 2. Dövlət satınalmalarının prinsipləri
Şəffaflıq
Ədalətlilik
Hesabatlılıq
Düzgünlük
Rəqabətlilik
Bu prinsiplərdən bir neçəsi barədə aşağıdakıları qeyd etmək olar:
¾ Şəffaflıq - Məxfi əsaslarla keçirilən satınalmalar istisna olmaqla, dövlət satınalmaları
prosesində məlumatlar ictimaiyyətə açıqlanmalı;
¾ Düzgünlük - Tenderdə iştirak edən təchizatçılar və digər müəssisələrin keçirilmiş
satınalma prosesinə bütünlükdə inanmağı və etibar etməsi təmin edilməli;
¾ Ədalətlilik- Satınalma prosesində təchizatçılara eyni şərtlər tətbiq edilməli, qərəzsiz
qərarlar qəbul edilməli və əsassız güzəştlər tətbiq edilməməli;
¾ Rəqabətlilik - ən yaxşı qiymət və keyfiyyəti təmin etmək üçün inhisarçılığa yol
verilməməli və təchizatçıya hər hansı subyektiv üstünlük verilməməli;
¾ Hesabatlılıq - keçirilmiş satınalma zamanı verilmiş qərarlar və onların nəticələri
barədə satınalan təşkilat və müəyyən edilmiş nəzarət orqanı tərəfindən aidiyyəti üzrə
hesabat verilməlidir.
Çağırışlar. Dövlət satınalmalarında prinsiplərə düzgün riayət etməklə yanaşı, daim
yeniliyin tətbiq edilməsinə cəhd edilməli, qabaqcıl təcrübələrdən istifadə edilməlidir.
Təsadüfi deyil ki, innovasiyaların maliyyələşdirilməsi bir çox ölkələrdə əsas prioritet
məsələlərdəndir. Lakin yalnız yeniliyi tətbiq etməklə, yeni ideya və texnologiyadan istifadə
etməklə inkişafa nail olmaq mümkün deyil. Bu səbəbdən, tətbiq edilmiş innovativ yanaşma
57
AKTUAL PROBLEMLƏR
2020, №4
düzgün mühitdə istifadə edilməli və müəyyən prioritetlərlə əlaqələndirilməlidir. Yalnız bu
halda innovativ yanaşma ilə inkişafa nail olmaq olar. İnnovativ dövlət satınalmalalarının
keçirilməsi üçün bir sıra çağırışların həllinə nail olmaq vacibdir.
Kanadanın Beynəlxalq Dayanıqlı İnkişaf İnstitutunun (IISD) araşdırmalarına əsasən, ilkin
bazarla əsas (geniş) bazar arasında uçurum mövcuddur və bu uçurumu aradan qaldırmaq
üçün innovativ dövlət satınalmaları əsas açar rolunu oynaya bilər. İlkin bazar dedikdə, yenilik
tətbiq etməyə cəhd edən, lakin əldə etdiyi məhsul və xidmətləri geniş kütləyə çıxara
bilməyənlərin mövcud olduğu bazar, əsas bazar dedikdə isə həmin innovativ yanaşmaları
təkmilləşdirə bilən və daha ciddi irəliləyiş əldə edə bilən, habelə geniş alıcı kütləsinə çıxış
imkanı olan bazar nəzərdə tutulur.
Şəkil 3. İlkin bazar və əsas bazar arasındakı əlaqə
BOŞLUQ
İlkin bazar
Əsas bazar
İlk tətbiq
Uğur qazandıqdan
Tətbiq
Yenilikçilər
İlk istifadə
edənlər
sonra tətbiq
edən kütlə
etməyənlər
edənlər
2,5%
13,5%
34,0%
16,0%
34,0%
Şəkil 3-dən göründüyü kimi, yenilik tətbiq etməyə həvəsli olan şəxslər ilk istifadə edən
alıcı kütləsinə öz məhsul və ya xidmətini təqdim edir, həmin alıcılar isə digər alıcılar üçün
“özəl müştəri rolunu” oynayır. Belə ki, əgər bu innovativ yanaşma uğurlu olarsa, əsas bazarda
tətbiq edilməyə başlayır. Burada iştirakçıları 3 qrupa ayrımaq olar. Birinci qrup, ilk olaraq,
yeniliyi dərhal tətbiq edənlər, ikinci qrup isə yeniliyin əsas bazarda uğur qazandığı və
ortalama istifadə edilmənin statistik göstəricisini keçdiyi halda tətbiq edən kütlədir. 3-cü
qrupa isə ümumiyyətlə hər cür yeniliyi, elmi nailiyyəti tənqid etməyə və ondan istifadə
etməməyə hazır olan iştirakçıları aid etmək olar.
Burada əsas problem bir çox ideyaların, innovativ yanaşmaların ilkin bazar səviyyəsində
qalması və ya ümumiyyətlə tətbiq edilməməsidir. Bu “boşluğu” aradan qaldırmaq və ilkin
bazarla əsas bazarın əlaqəsini gücləndirmək üçün qabaqcıl təcrübədən istifadə etməklə
dövlət innovasiya proqramını, habelə bu istiqamətdə qrant layihələrini tətbiq etmək olar ki,
bu da innovativ dövlət satınalmalarının keçirilməsi üçün şərait yarada bilər.
58
AKTUAL PROBLEMLƏR
2020, №4
Qeyd edək ki, Qlobal İnnovasiya İndeksində (Global Innovation Index) Azərbaycan
2019-cu ildə 129 ölkə arasında 100 mümkün baldan 30,2 ballıq göstərici ilə 84-cü olmuşdur.
İnnovasiya göstəricilərinə görə isə Qərbi Asiya regionuna aid edilmiş və region üzrə 14-cü
yerdə qərarlaşmışdır.
Səmərəlilik əsaslı satınalmalar. Son illərdə beynəlxalq təcrübə göstərir ki, dövlət
təşkilatları satınalma prosesini təkmilləşdirmək üçün yeni satınalma müqaviləsi növlərini
tətbiq etməklə dövlət satınalmalarında yeni yanaşmaya nail olmuşlar. Bu yanaşma
səmərəlilik əsaslı satınalma müqaviləsi vasitəsilə tətbiq edilir.
Səmərəlilik əsaslı satınalma müqaviləsində satınalan təşkilatın ehtiyacı olan mal və ya
xidmət qeyd edilir və təsvir kifayət qədər sadə və anlaşılan, heç bir fikir ayrılığına yol
verməyən formada olur. Səmərəlilik əsaslı müqavilə satınalmada ənənəvi yanaşmadan
keyfiyyət və nəticə əsaslı yanaşmaya keçid rolunu oynayır. Başqa sözlə desək, ənənəvi
müqavilələrdə təchizatçılara işi necə görəcəyi diktə edilirdisə, səmərəlilik əsaslı
müqavilələrdə predmetin təchizatçı tərəfindən necə və hansı formada ediləcəyi deyil,
yalnız işin sonunda əldə edilən predmetin tələb edilən təsviri verilir. Belə ki, həmin
predmetin əldə edilməsində təchizatçıya ən uyğun üsuldan istifadə etməkdə sərbəstlik
verilir və müqavilə üzrə ödəniş isə həmin təsvir edilən formaya nail olunduqda həyata
keçirilir. Bu, satınalan təşkilatın riskini kifayət qədər azaldır, eyni zamanda təchizatçının
məsuliyyətini artırır.
Səmərəlilik əsaslı satınalma müqavilələrinin bir sıra üstünlükləri mövcuddur və bu
barədə aşağıdakıları qeyd etmək olar:
¾ Təchizatçılara özlərinin alternativ və innovativ yanaşmalarını tətbiq etməklə daha
yaxşı nəticə əldə etməyə imkan verir;
¾ Müqavilədə bir sıra cərimələrin olması və tələb olunan nəticənin qeyd edilməsi
təchizatçıları daha məsuliyyətli davranmağa məcbur edir;
¾ Səmərəliliyin ölçü alətlərinin müəyyən edilməsi görülmüş işlərin monitorinqini
həyata keçirməyə imkan verir ki, bu da tərəflər arasında inamı yüksəldir və hər hansı
məlumatın gizlədilməsinin qarşısını alır, eyni zamanda bir sıra əhəmiyyətsiz xərcləri azaldır;
¾ Risk və məsuliyyətin əsasən satınalan təşkilatdan təchizatçıya ötürülməsinə şərait
yaradır;
¾ Dövlət satınalmalarında səmərəliliyi və hesabatlılığı əhəmiyyətli dərəcədə artırır.
Üstünlükləri ilə yanaşı, səmərəlilik əsaslı satınalma müqavilələrinin düzgün tətbiq
edilmədikdə mənfi təsirləri də ola bilər. Belə ki:
¾ Səmərəlilik əsaslı satınalma müqavilələrinin tətbiq edilməsi üçün dövlət
təşkilatlarının əməkdaşları müvafiq sahədə təlimatlandırılmalı, ixtisas göstəriciləri həmin
sahə üzrə səmərəliliyin ölçülməsinə və nəticəyə nə dərəcədə nail olunduğunun
yoxlanmasına imkan verməlidir. Başqa sözlə desək, satınalma üzrə bütün risk və
məsuliyyətin təchizatçının üzərinə düşməsinə imkan vermək olmaz.
¾ Təchizatçı müqavilə üzrə risk və məsuliyyəti öz üzərinə götürməyə meyil göstərməyə
bilər. Belə ki, əgər müqavilədə qeyd edilən hər hansı stimullaşdırma tədbirləri təchizatçının
götürdüyü riski kompensasiya etmirsə, bu hal baş verə bilər.
59
AKTUAL PROBLEMLƏR
2020, №4
¾ Bəzi spesifik sahələrdə müqavilənin icrasını yoxlamaq və qiymətləndirmək uzun
müddət tələb edə bilər ki, bu da təchizatçılara ödənişin gec edilməsi baxımından uyğun
olmaya bilər.
Beynəlxalq münasibətlərdə dövlət satınalmalarının həyata keçirilməsi “Dövlət
Satınalmaları Sazişi” ilə tənzimlənir. Bu saziş Ümumdünya Ticarət Təşkilatının vasitəçiliyi ilə
imzalanmışdır. Saziş ilk dəfə 1979-cu ildə Cenevrədə (1981-ci ildə qüvvəyə minib), daha
sonra 1994-cü ildə yenidən hazırlanaraq Mərakeşdə imzalanmış (1996-cı ildə qüvvəyə
minib) və 2014-cü ildə son dəyişikliklər edilmişdir. Ümumlikdə, Ümumdünya Ticarət
Təşkilatının 48 üzvü Sazişə qoşulmuş, bundan başqa 36 üzv ölkə və 4 üzv təşkilat isə
müşahidəçi qismində Saziş Komitəsində yer almışdır.
60
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
EUROSAİ-IN BƏLƏDİYYƏLƏRİN AUDİTİ ÜZRƏ XÜSUSİ QRUPUNUN 4-CÜ TOPLANTISI
Bələdiyyələrin Auditi üzrə Xüsusi Qrup (bundan sonra - Qrup) bələdiyyələrin auditi
sahəsində üzv olan ali audit qurumlarının (bundan sonra - AAQ) qabaqcıl təcrübə
mübadiləsi üçün açıq platforma yaratmaq və EUROSAİ ölkələrində bələdiyyələrin auditi
sistemlərində müvafiq inkişafa nail olmaq məqsədilə EUROSAİ-ın İdarə Heyətinin 2016-cı
ildə Lüksemburqda keçirilmiş 44-cü toplantısı zamanı təsis edilmişdir. Qrupun sədrliyini
həyata keçirən Litva Milli Audit Ofisi eyni zamanda qrupun fəaliyyətini əlaqələndirən katiblik
kimi də fəaliyyət göstərir. Xüsusi Qrup Azərbaycan Respublikası Hesablama Palatası da daxil
olmaqla, bələdiyyələrin auditi sahəsini inkişaf etdirməyə çalışan 27 üzv AAQ-dan ibarətdir.
Qrup öz fəaliyyətini daha effektiv etmək üçün aşağıdakı prinsiplərə istinad edir:
¾ Təşəbbüs göstərmək və öhdəlik götürmək;
¾ Komanda işinə hörmət etmək;
¾ Entuziazm və yenilik axtarışı.
EUROSAİ-ın 2017-2023-cü illər üzrə Strateji Planının I Strateji Məqsədinə - “Peşəkar
əməkdaşlığı təşviq etmək və vasitəçilik ilə effektiv, innovativ və müvafiq auditlərin
dəstəklənməsi” - uyğun olaraq, qrupun qarşıya qoyduğu strateji məqsədlər:
1. Dövlət maliyyə idarəçiliyinin inkişafında əsaslı təsiri olan audit nəticələrinə nail olmaq
üçün qabaqcıl təcrübələrin mübadiləsi;
2.
Bələdiyyələrin kənar auditi sisteminin daha səmərəli edilməsi;
3.
Kooperativ auditlərin keçirilməsi.
Qrup fəaliyyətə başladığı ilk vaxtlardan üzv AAQ-ların da fəal iştirakı və dəyərli töhfələri
ilə bələdiyyələrin auditi sahəsində bir çox məlumatları ümumiləşdirərək, AAQ ictimaiyyəti
üçün bələdiyyələrin auditinə dair bir sıra təhlil sənədləri, bələdiyyələrin auditinə dair
məlumat bazası və qrupun özünəməxsus sənədlərini hazırlamışdır.
Azərbaycan Respublikası Hesablama Palatası Qrupa üzv olduğu gündən onun
fəaliyyətində yaxından iştirak etmiş və bu sahədə müvafiq töhfələrini vermişdir. Hesablama
Palatasının nümayəndə heyəti istər Qrupun illik toplantılarında, istərsə də Qrup tərəfindən
həyata keçirilən sorğularda, təhlillərdə fəal şəkildə iştirak etmiş və üzv dövlətlərlə təcrübə
mübadilələrindən faydalanmışdır.
COVID-19 pandemiyasının səbəb olduğu cari vəziyyətlə əlaqədar Qrupun bu il üzrə illik
toplantısı 19.11.2020-ci il tarixində onlayn şəkildə keçirilmişdir. Toplantıda üzv AAQ-ların,
həmçinin EUROSAİ və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri də
daxil olmaqla ümumlilikdə 65 nəfər iştirak etmişdir.
Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının İqtisadi sahələrin auditi
şöbəsinin müdiri Azim Abasov və böyük məsləhətçisi Nazim Nağdəliyev təmsil etmişdir.
Toplantının əsas mövzusu Qrupun 2021-ci il üzrə fəaliyyət planı, 2021-2023-cü illər üzrə İşci
61
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
Proqramı və digər məsələlərin
müzakirəsi olmuşdur. Toplantını
Qrupun Katibliyinin rəhbəri Jura
İvonaityte açıq elan etmiş və
Litva Respublikasının Baş
Auditoru Mindaugas
Macijauskas çıxış edərək toplantı
iştirakçılarını salamlamış və
onlara uğurlar arzulamışdır.
4 saat onlayn rejimdə davam
edən toplantı zamanı Türkiyə,
Slovakiya, Serbiya, Ukrayna,
İtaliya, Yunanıstan, Litva, Latviya və Şimali Makedoniya AAQ-ları Qrupun 2021-ci il üzrə
Fəaliyyət Planında nəzərdə tutulmuş müxtəlif fəaliyyətlər, həmçinin strateji məqsədlərə
dair müzakirələr aparmış, gələcək addımlar müəyyən edilmişdir. Bundan əlavə, İqtisadi
Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi “Sərbəst (mərkəzləşdirilməmiş) siyasətlərin
auditində əməkdaşlıq” adlı təqdimatla çıxış etmişdir.
Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti 3-cü strateji
məqsəd üzrə əsas mövzu kimi səsləndirilən bəzi təkliflərlə bağlı fikirlərini bildirmiş,
həmçinin digər AAQ-larla birlikdə paralel auditlərin aparılması və təcrübə mübadiləsinin
həyata keçirilməsinin bələdiyyə auditinin inkişafına daha çox töhfə verəcəyini vurğulamışdır.
Toplantı zamanı üzv AAQ-lara Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyevin
apardığı uğurlu siyasəti və rəhbərliyi ilə Ordunun gücü və əzmi, habelə xalqın iradəsi və
rəhbəri ətrafında sıx birləşməsi hesabına 44 gün davam edən Vətən müharibəsində illərlə
işğal altında olan torpaqlarımızın azad edilməsinə dair məlumat verilmişdir. Vurğulanmışdır
ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş torpaqlarında dövlət hakimiyyəti
orqanlarının fəaliyyətinin bərpa edilməsi və bələdiyyələrin formalaşdırılması zamanı
Hesablama Palatasının Qrupun beynəlxalq toplantısında əldə etdiyi təcrübənin həmin
bələdiyyələrdə də istifadəsi faydalı olacaqdır.
Toplantınının sonunda Qrupun 2021-ci il üzrə fəaliyyət planı, 2021-2023-cü illər üzrə
İşçi Proqramı, eləcə də digər sənədlər müzakirə edilərək qəbul edilmişdir.
2021-2023-cü illər üzrə İşçi Proqramına əsasən, Qrupun strateji məqsədləri həyata
keçirməsi üçün bir sıra fəaliyyətlər müəyyən edilmişdir. Bu fəaliyyətlər illik toplantıların,
müvafiq mövzular üzrə seminarların, ekspert görüşlərinin təşkil edilməsi, qrupun veb-
saytının, sosial platformalarının idarə edilməsi, xəbər bülleteni və məcmuəsinin dərc
edilməsi, həmçinin EUROSAI və digər kənar maraqlı tərəflər və tərəfdaşlarla bilik
mübadiləsinin gücləndirilməsi, bələdiyyələrə dair əsas məlumat bazasının yenilənməsi və s.
kimi sahələri əhatə edir. Bələdiyyələrin kənar auditi sisteminin daha səmərəli edilməsi üçün
bələdiyyələrin inzibati nəzarətinin təhlili (modellərin müqayisəsi, güclü və zəif tərəflərin
müəyyən edilməsi və s.), yerli özünüidarəetmə qurumlarının audit hesabatlarında qeyd
edilmiş tövsiyələrin gücləndirilməsi mühüm addım kimi qiymətləndirilir. Qrupun kooperativ
auditlər keçirməyə dair strateji məqsədinin həyata keçirilməsi üçün isə kooperativ auditlərin
təşkil edilməsi üçün ən uyğun audit sahələrinin müəyyən edilməsi, kooperativ auditlərin
62
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
keçirilməsində və liderlik etməkdə maraqlı olan AAQ-ların aşkar edilməsi, bu kooperativ
auditlərin başlaması və keçirilməsi, eləcə də həmin audit nəticələrinin müxtəlif platformalar
vasitəsi ilə yayılması kimi fəaliyyətlər nəzərdə tutulmuşdur. Qeyd edilən fəaliyyətlər üzrə
məsul AAQ-lar müəyyən edilərək 2021-ci il üzrə Fəaliyyət Planına daxil edilmişdir.
Yüksək müzakirələr şəraitində keçirilən toplantı Litva AAQ-ının nümayəndəsinin
toplantının nəticələrinə dair məlumatları ümumiləşdirməsi və bağlanış nitqi ilə sona
çatmışdır.
63
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
AZƏRBAYCAN RESPUBLİKASI HESABLAMA PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ
İNTOSAİ-IN UYĞUNLUQ AUDİTİ ÜZRƏ ALT-KOMİTƏSİNİN VİDEOFORMATDA
KEÇİRİLMİŞ 17-Cİ İLLİK TOPLANTISINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Respublikası Hesablama Palatası beynəlxalq fəaliyyətini genişləndirmək
yolunda 09.09.2015-ci il tarixində Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (İNTOSAİ)
əsas qurumlarından olan Uyğunluq Auditi üzrə Alt-komitəsinin (bundan sonra - Alt-komitə)
tam hüquqlu üzvü seçilmişdir.
2004-cü ildə yaradılmış Alt-komitənin əsas məqsədləri “uyğunluq auditi” termininin
müəyyənləşdirilməsi, dövlət sektorunda uyğunluq auditi üzrə müfəssəl təlimatların
hazırlanması, uyğunluq auditinin planlaşdırılması, icrası və hesabatvermə barədə praktik
təlimatların təmin edilməsidir. Alt-komitənin üzvlərinin və müşahidəçi qismində AFROSAİ-E-
in iştirakı ilə keçirilən illik toplantılar zamanı uyğunluq auditi sahəsində görülmüş işlər
müzakirə edilir, bilik və təcrübə mübadiləsi aparılır.
23.11.2020-ci il tarixində Alt-komitəsnin növbəti, 17-ci illik toplantısı Komitənin Katibliyi
olan Hindistan Baş Auditor və Müfəttiş Ofisinin təşkilatçılığı ilə videoformatda keçirilmişdir.
Dünyanı əhatə edən “COVİD-19” pandemiyası səbəbindən Hindistan, Azərbaycan,
Braziliya, Qətər, Meksika, Rusiya Federasiyası, Çin, Norveç Ali Audit Qurumlarını (bundan
sonra - AAQ), INTOSAI-ın İnkişaf Təşəbbüsünü, Avropa Auditorlar Məhkəməsini və
AFROSAI-E-ni təmsil edən nümayəndə heyətlərinin virtual görüşü formatında keçirilmiş
tədbirdə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cəfər Həsənov, Dövlət
investisiyalarının auditi şöbəsinin aparıcı məsləhətçisi Nəzrin Zeynalova Məmmədova və
Beynəlxalq əməkdaşlıq və İT şöbəsinin məsləhətçisi Nərminə İsayeva iştirak etmişdir.
Toplantıda açılış nitqi ilə çıxış edən Hindistanın Baş Auditoru və Müfəttişi Giriş Çandra
Murmu tədbirdə iştirak edən nümayəndə heyətlərini salamladıqdan sonra son zamanlar
“COVİD-19” pandemiyasının dünyada səbəb olduğu problemlərdən, bu problemlərin
həllində, eləcə də dövlət sektorunda şəffaflığın, səmərəliliyin təmin edilməsində AAQ-ların
rolundan bəhs edərək Alt-komitənin AAQ-ların fəaliyyətində rolunu, TAİ (Şəffaflıq,
64
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
Hesabatlılıq və Əhatəlilik) audit təşəbbüsünün əhəmiyyətini vurğulayaraq toplantının işinə
uğurlar arzulamış, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını
bildirmişdir.
Bütün dünyanın hazırda üzləşdiyi ən böyük problemin “COVİD-19” pandemiyası və
onun səbəb olduğu çətinliklər olduğundan, toplantının mövzusu “COVİD-19”-un Uyğunluq
Auditi perspektivindən təsirlərinin auditi” kimi müəyyən edilmişdir. Toplantıda 2019-cu ildə
keçirilmiş 16-cı illik toplantının protokolu müzakirə edilmiş, rəy və təkliflər bildirildikdən
sonra qəbul edilmiş, daha sonra Avropa Auditorlar Məhkəməsinin nümayəndəsi Avropa
İttifaqının (bundan sonra - Aİ) “COVİD-19” böhranına reaksiyası, pandemiyanın Aİ-nin
iqtisadiyyatına göstərdiyi təsir, Avropa Auditorlar Məhkəməsinin audit strategiyasında və
yanaşmasında, eyni zamanda iş planında etməli olduğu dəyişikliklər və 2020-ci ildə aparılmış
auditlər zamanı rast gəlinən problemlər barədə çıxış etmişdir.
Tədbirdə Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan AAQ-larının nümayəndələrinin
“COVİD-19”-un Uyğunluq Auditi perspektivindən təsirlərinin auditi” mövzusu ilə bağlı
təqdimatları dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Hindistan AAQ-nın nümayəndəsi Vani Sririam öz təqdimatında Hindistanda aylara görə
“COVİD-19”-a yoluxma statistikasını təqdim etmiş, Hindistan hökumətinin təşəbbüsləri,
Hindistan AAQ-nın pandemiya zamanı rolu, “COVİD-19”-un səbəb olduğu problemlərə
reaksiyası və görülmüş işlər barədə məlumat vermişdir.
Norveç Baş Auditor Ofisinin nümayəndəsi İnqvild Qulbrandsen Norveç əhalisinin sayını,
daha sonra isə “COVİD-19”-a yoluxanların sayını açıqladıqdan sonra, koronavirus
epidemiyası ilə mübarizə üçün əmək və sosial xidmət sahəsində maliyyələşmə, risklər, əmək
və sosial xidmət sahələrinin işinə nəzarət, aparılan uyğunluq auditi və Parlamentə təqdim
ediləcək ayrıca hesabat barədə məlumat vermişdir.
Rumıniya və Braziliya AAQ-larının nümayəndələri də öz təqdimatlarında “COVİD-19”
pandemiyasının səbəb olduğu problemlər, bu problemlərin həlli istiqamətində hökumət
tərəfindən qəbul edilmiş qanunlar və pandemiyanın büdcəyə təsiri, aparılan auditlər və
verilmiş tövsiyələr barədə bəhs etmişlər.
65
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
2020, №4
İNTOSAİ-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi
“COVİD-19”-un təcili
maliyyələşdirilməsinə və Alt-komitə ilə əməkdaşlığa dair TAİ Audit Təşəbbüsü barədə
təqdimatla çıxış etmiş və üzv AAQ-ların mövzu barədə suallarını cavablandırmışdır.
Hesablama Palatasının auditoru Cəfər Həsənov çıxışında son zamanlar pandemiyanın
səbəb olduğu problemlərdən söz açmış, hökumət tərəfindən görülən tədbirləri və alınmış
nəticələri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, eyni zamanda xüsusi
karantin dövründə işə davamiyyətlə bağlı qəbul edilmiş qərarları və əhalinin sosial rifahının
artırılması məqsədilə görülmüş işləri qeyd etmişdir. Eyni zamanda, auditor 27.09.2020-ci il
arixində Ermənistan tərəfinin Azərbaycanla təmas xəttinin iki istiqamətində təxribat həyata
keçirməsi və Ermənistan Respublikasının yeni ərazilərin işğal olunması arzusunu
reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən əks-
hücum əməliyyatlarına başlanması, aparılan uğurlu əməliyyatların və Ali Baş Komandan
İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, 10 noyabr tarixində Azərbaycanın qələbəsi
ilə nəticələnən bəyanat imzalanması barədə məlumat vermiş, 44 gün davam etmiş
müharibə ərzində Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çox uzaqda
yerləşən yaşayış məntəqələrini hədəfə almasının Ermənistanın terrorçu mahiyyətini və
Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını nümayiş
etdirdiyini qeyd etmişdir.
Toplantı qarşılıqlı müzakirələr və fikir mübadiləsi şəklində 3 saat davam etmişdir.
66
HƏMKARLAR
2020, №4
ƏFQANISTAN RESPUBLİKASI ALİ AUDİT OFİSİ
Əfqanıstan Respublikasının Ali Audit Ofisi (bundan sonra - AAO)
Əfqanıstan Krallığı Konstitusiyasının 61-ci maddəsinin “Maliyyə İşləri”
bölməsinə əsasən, “Əfqanıstan Hökümətinin Əsas Təşkilatı” adı altında
qurulan ölkənin ən ali yoxlama orqanıdır. Hökumətin rəsmi sənədləri
AAO-nun bir əsrdən çox fərqli adlarla mövcud olduğunu göstərir. 1398-
ci ildə Əfqanıstan İslam Respublikası Prezidentinin çıxardığı qanunvericilik Fərmanı ilə
imzalanmış və qüvvəyə minmiş Ali Audit Ofisi (AAO) yeni Qanununun müddəalarına görə,
AAO yenidən “Ali Audit Ofisi” olaraq adlandırılmışdır.
Əfqanıstanın AAO-nun məqsədi audit sahəsində qabaqcıl nümunəvi bir model olmaqla,
dövlət vəsaitlərinin idarəçiliyində şəffaflıq, dürüstlük və hesabatlılığı təmin etmək üçün
vaxtında audit yoxlamaları aparmaqla, etibarlı və qərəzsiz müstəqil hesabatlar vasitəsilə
cavabdehliyi gücləndirməklə inkişaf etmiş bir ali audit qurumu olmaqdır.
AAO-nun əsas missiyası dövlət gəlirləri və xərclərinin həyata keçirilməsini təmin etmək,
dövlət vəsaitlərini qorumaq, dövlət qurumlarının səmərəliliyi, məhsuldarlığı, nəticəliliyi və
qənaətliliyini təmin etmək, xüsusilə dövlət maliyyəsi sahəsində qanunsuz fəaliyyət və qanun
pozuntularını yaradan və dövlət əmlakının idarə edilməsindən məsul olan dövlət və dövlət
müəssisələrinin rəhbərliyini müəyyənləşdirməkdir. AAO-nun əsas dəyərləri aşağıdakılardır:
¾ müstəqillik;
¾ şəffaflıq və hesabatlılıq;
¾ məxfilik;
¾ peşəkarlıq;
¾ əməkdaşlıq;
¾ məqsəd və vəzifələrin qoyulması;
¾ etibarlılıq;
¾ tərəfsizlik və qərəzsizlik.
AAO-nun missiya və vəzifələrinə aşağıdakılar da daxildir:
¾ İllik maliyyə hesabatı, illik Hökumət Qatia hesabatları üzərində yoxlamalar aparmaq
və bu barədə tövsiyələr vermək;
¾ Maliyyə və mühasibat işləri, xüsusilə təşkilat, müəssisə və idarələrdə gəlir və
xərclərin uyğunluğuna dair yoxlamalar aparmaq;
67
HƏMKARLAR
2020, №4
¾ Prezidentin fərmanları əsasında təşkilatlarda xüsusi yoxlamalar aparmaq;
¾ Hökumət büdcəsi hesabına xərclənən maliyyə vəsaitləri və xarici yardımlarla bağlı
audit aparmaq və tövsiyələr vermək;
¾ Xaricdəki dövlət müəssisələrinin filiallarının mühasibat və maliyyə işləri üzrə
yoxlamalar aparmaq;
¾ Nazirliklərin və ictimai təşkilatların daxili audit şöbələrini yoxlamaq;
¾ Layihələrin səmərəliliyini, effektivliyini və iqtisadi cəhətlərini təmin etmək üçün
səmərəlilik auditini aparmaq;
¾ Ətraf mühit auditini inkişaf etdirmək və təşviq etmək;
¾ Planların icrasının təşkilatların iqtisadi, sosial və maliyyə böyüməsinə töhfə
verdiyindən əmin olmaq;
¾ Sərbəst bazarın milli inkişafı və sosial-iqtisadi böyüməsi ilə nəticələnəcək şəkildə
audit aparmaq;
¾ Yoxlamalar zamanı çatışmazlıqları, boşluqları və yaranan maliyyə fərqlərini
müəyyənləşdirmək və müvafiq təşkilatlarda fəaliyyətlərin icrası və təkmilləşdirilməsi üçün
analitik nəticələr vermək;
¾ Dövlət əmlakının mənimsənilməsini müəyyənləşdirib Baş Prokurorluğa göndərmək;
¾ Audit olunan qurumların mühasibat və maliyyə işləri ilə bağlı əsas nəticələrə dair
yarımillik icmal hesabatları Prezident Aparatına və Milli Məclisə təqdim etmək;
¾ AAO-nun potensialını inkişaf etdirmək;
¾ AAO-nun fəaliyyətləri üçün hüquqi baza hazırlamaq;
¾ AAO-nun yoxlamalarının əhatə dairəsini genişləndirmək;
¾ AAO-nun beynəlxalq əlaqələrini inkişaf etdirmək və tanıtmaq və İNTOSAİ
standartlarına əməl etmək;
¾ Daxili audit şöbələrinə metodik rəhbərlik etmək;
¾ Müvafiq orqana mühasibat və maliyyə qaydaları, prosedurları və yoxlanan şəxslərin
səlahiyyətlərinə dair düzəlişlər barədə tövsiyələr vermək.
AAO-nun strukturu Baş Auditor, iki
Cənab Məhəmməd Kateb oğlu cənab Məhəmməd
Naiem Həqmal, 1980-ci ildə Əfqanıstanın Saripul vilayətində
Auditor müavini, Baş Direktor, Aparatın
dindar və ziyalı ailəsində anadan olmuşdur. Cənab Həqmal,
Andlı Sertifikatlı Mühasiblər Birliyinin (ACCA) üzvüdür. 2015-ci
rəhbəri və iyirmi departamentdən
ildən bu yana CIPFA təşkilatının üzvüdür. İngiltərənin Oxford
Brooks Universitetində Tətbiqi Mühasibat ixtisası üzrə
ibarətdir.
bakalavr dərəcəsi ilə 2013-cü ildə World Wide Science
Business-dan İş İdarəetmə (MBA) Magistr dərəcəsi alıb.
AAO tərəfindən maliyyə, uyğunluq,
Cənab Həqmal ali təhsilinin yanında Maliyyə Vəziyyəti Təhlilinin Hesabatları,
Mühasibat uçotunun əsas prinsipləri və əsasları, Maliyyə Auditi, Ətraf Mühitin
səmərəlilik, informasiya sistemlərinin
İdarəetmə Sistemi, Maliyyət və Qiymət Analizi, Maliyyə Açıqlamaları, Maliyyə
Hesabatları Standartları, Ticarət Yazısı mövzularında bir çox rəhbər və peşəkar təlim
auditi, xüsusi auditlər və kənar qrant
almışdır. Cənab Məhəmməd Naiem Həqmal, Kənd Təsərrüfatı, Suvarma və
Heyvandarlıq Nazirliyində Dünya Bankı Layihəsinə qatılaraq maliyyə məmuru olaraq
layihələrinin auditləri aparılır. Audit
çalışmış və mükəmməl çıxışlarından sonra eyni layihənin maliyyə meneceri
vəzifəsinə təyin edilmışdir.
Daha sonra, USAID-ə keçmiş və 2014-cü ildən bəri iki il
olunan obyektlər sırasına Dövlət Büdcə
maliyyə analitiki vəzifəsində çalışmış, eyni zamanda 2014-cü ildən bu yana
Əfqanıstanın Amerika Universitetində (AUAF) ACCA üzrə dərs keçmişdir.
Nazirlikləri, Departamentləri və Müstəqil
Cənab Həqmal, Kabul Bank Qəbul Komissiyasının sədri vəzifəsində çalışdıqdan
Təşkilatları (MDA), Gəlir Təşkilatları, Milli
sonra Əfqanıstan Müdafiə Nazirliyinin Satınalma, Texnologiya və Lojistik nazirinin
müavini vəzifəsində çalışmışdır.
Məclis, Baş vəkil, Ali Məhkəmə, Dövlət
Əfqanıstan İslam Respublikası Prezidentinin Fərmanına əsasən, AAO-nun Baş
Auditoru vəzifəsinə təyin edilmişdir.
Sektorunun Büdcəsi Olmayan Agentliklər
68
HƏMKARLAR
2020, №4
(Dövlətə məxsus Müəssisələr/ Şirkətlər & Bələdiyyələr), Əfqan Qızıl Aypara Cəmiyyəti və s.
təşkilatlar daxildir.
AAO yenilənmiş Ali Audit Qurumlarının Beynəlxalq Standartları olan İSSAİ-lar
çərçivəsinin tələbi ilə uzlaşmağa, inkişaf tərəfdaşlarının meyarları ilə müəyyən edilmiş
şərtləri yerinə yetirməyə və keyfiyyətli audit məhsulları təqdim etməyə, həmçinin təsirli bir
baza yaratmağa nail olmağa çalışır.
AAO-da son zamanlar aşağıdakı dəyişikliklər baş vermişdir:
Yoxlanan şəxs tərəfindən audit tövsiyələrinin yerinə yetirilməsinin vəziyyətinə
nəzarət mexanizmi - yoxlama subyektləri tərəfindən audit tövsiyələrinin yerinə
yetirilməsinin vəziyyətini izləmək, toplamaq və təhlil etmək üçün audit nəticələrinə dair bir
mexanizm hazırlanmışdır. İzləmə məlumat bazası audit tövsiyələrinin yerinə yetirilməsinin
təsdiqlənmiş vəziyyəti üçün əsas verir və auditin əlavə dəyərini vurğulayır.
Peşəkar Potensialın artırılması - İNTOSAİ Potensial İnkişaf Komitəsinin (CBC) ümumi
çərçivəsi əsasında AAO uzunmüddətli peşəkarlaşma və potensial inkişaf planı və strategiyası
hazırlamışdır. Strategiya şirkət daxilində təlim və digər AAQ-ların dəstəyilə təlimlər, peşəkar
sertifikatlaşdırma və peşəkar ixtisaslı kadrların işə cəlb edilməsini əhatə edən çox istiqamətli
yanaşma yolu ilə potensial inkişafına çalışır. AAO 2019-cu ildə Təlim və Potensialın İnkişafı
Mərkəzini qurmuşdur. Bu Mərkəz mühasibat, audit və zəmanət, dövlət maliyyə idarəçiliyi,
Əfqanıstan Ticarət və İnzibati Qanunlar, IS/CAATS və s üzərində öz işlərini qurmaqdadır.
Təlim Mərkəzi sənədlərdən ibarət standart materiallara və kurslara əsaslanan tədris planı ilə
100-ə yaxın yeni abituriyent/auditor üçün illik proqram keçirməyə cavabdehdir.
Bundan əlavə, AAO potensialın inkişafı və təhsili üçün aşağıdakıları da həyata
keçirmişdir:
¾ 122 nəfərlik İngilis dili tədris institutu ilə Anlaşma Memorandumu vasitəsilə
ehtiyacların təhlilinə əsaslanan ingilis dili dərsləri;
¾ İngilis dilini bilən 139 işçi üçün mühasibat dərsləri;
¾ IPSAS əsaslı sertifikat/diplomu davam etdirmələrini təmin etmək üçün 13 işçi üçün
IPSAS təlimləri;
¾ AAO altı ay ərzində 20 ACCA tələbəsini stajçı olaraq işə götürmüşdür.
69
INTOSAI
2020, №4
70
INTOSAI
2020, №4
71
INTOSAI
2020, №4
72
XRONİKA
2020, №4
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası tərəfindən 2020-ci ilin
oktyabr-dekabr aylarında baxılmış məsələlər:
Oktyabr
¾ “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin təhlili üzrə analitik
fəaliyyətin nəticələri (auditor Vaqif Həsənov)
¾ Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş
Gömrük İdarəsində inzibatçılığın təşkili vəziyyətinin auditinin nəticələri (auditor Vaqif
Həsənov)
¾ Dövlət büdcəsindən qanunvericiliyə uyğun qaytarılmış vergi və digər artıqödəmələrin
təhlilinə dair analitik fəaliyyətin nəticələri (auditor Vaqif Həsənov)
Noyabr
¾ Azərbaycan Tibb Universitetində 2018-2019-cu illərdə daxilolmaların və xərclərin
proqnozlaşdırılması və icrasına dair aparılan maliyyə auditinin nəticələri (auditor Firsənd
Qurbanov)
¾ Dövlət büdcəsindən respublikanın regionlarında subartezian quyularının
layihələndirilməsi və tikintisi üçün “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditinin nəticələri (auditor Vaqif Həsənov)
¾ Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə dövlət
büdcəsindən ayrılan vəsaitlərin icrasına dair aparılan uyğunluq auditinin nəticələri (auditor
Firsənd Qurbanov)
¾ Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi publik hüquqi
şəxsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakının qanunauyğun və
məqsədyönlü istifadəsinin uyğunluq auditinin nəticələri (auditor Vaqif Həsənov)
73
|